Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-95/2023 11.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili – “Union” Vəkil Bürosunun vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi və payına düşən hissənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh2 X2ndan aldığı xx.xx.2021-ci il tarixli etibarnamənin atasının xx.xx.2021ci il tarixində vəfat etməsi ilə bağlı xitam edilmiş hesab olunması, həmin etibarnamə əsasında atasına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 129, mənzil 120 ilə bağlı Cavabdeh2 ilə X16 arasında xx.xx.2021-ci ildə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X9 adına DƏDRX-dən verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi, vərəsələr arasında, yəni o və bacısı arasında bölünməsi və paylarına düşən hissəsinin onlara verilməsi. İddia tələbinin dəlilləri Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 129, mənzil 120 X2nun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. X2 anası X10 ilə faktiki nikaha girib yaşamışlar. Faktiki nikahlarından xx.xx.1993-cü ildə o və xx.xx.2000-ci ildə bacısı X12 anadan olmuşdur. Atalıq müəyyən olunmuşdur. Bir müddət keçdikdən sonra atası ilə anasının aralarındakı münasibətlər pozulmuş və ayrılmışlar. Atası Kəmalə adlı qadınla nikaha girib ailə qurmuşdur. Birgə nikahdan uşaqları olmamışdır. O və bacısı tez-tez atasıyla görüşmüş, lakin hər dəfə onun həyat yoldaşı Cavabdeh2 dava salmış, atasıyla görüşlərinə mane olmuşdur. Atası xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Atası ağır vəziyyətdə xəstə olarkən, yəni xx.xx.2021-ci il tarixində həyat yoldaşı Cavabdeh2 onun öləcəyini bildiyi üçün ondan etibarnamə almışdır. Qeyd edir ki, atası xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Cavabdeh2 atası ağır xəstə olan zaman, yəni xx.xx.2021-ci il tarixində aldığı etibarnaməni atası xx.xx.2021-ci il tarixində vəfat etdikdən sonra Bakı 2 saylı “ASAN xidmət” mərkəzinin notariusuna təqdim etmiş, cavabdeh notariusu aldatmış, fiziki şəxsin ölümü ilə xitam verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə ilə mirası tam ələ keçirtmək məqsədilə miras qoyanın, yəni atasının xüsusi mülkiyyəti olan Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 129, mənzil 120-ni 2 saylı Bakı “ASAN xidmət” mərkəzində xx.xx.2021-ci il tarixində bacısı X13 bağışlamışdır. DƏDRXdən verilmiş xx.xx.2022-ci il tarixli **********149 nömrəli məktubla da, həqiqətən, cavabdehin 2 saylı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu H.Y.Vəliyev tərəfindən təsdiqlənmiş 4Ə-1759 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinə əsasən X2na məxsus Bakı şəhəri, Suraxanı rayonu-AB yaşayış sahəsi, ev 129, mənzil 120-ni Cavabdeh2 X9 adına özgəninkiləşdirilmişdir. Atasının ağır vəziyyətindən istifadə edib ondan etibarnamə almış cavabdeh atası öldükdən sonra həmin etibarnaməyə xitam verilməsinə baxmayaraq onu “ASAN xidmət” mərkəzində və Baş Dövlət Yol Polis İdarəsinə təqdim edərək evi özgəninkiləşdirmişdir. Hesab edir ki, etibarnaməyə xitam edilmiş hesab olunmalı, bağışlama müqaviləsi etibarsız hesab edilməli, onun əsasında verilmiş çıxarış ləğv edilməli, o və bacısı qanuni vərəsələr hesab edilməli, vərəsəlikdə payları müəyyən edilməli və onlara verilməlidir. Aralarındakı mübahisənin həlli ilə bağlı Mediasiyaya müraciət etmiş, lakin cavabdeh Hüseynova X11 həmin məsələnin həllinə razılıq verməmişdir. Tərəflərin izahatları İddiaçı Cavabdeh2 və onun etibarnamə üzrə nümayəndəsi və vəkilinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 verdiyi izahatında göstərdi ki, iddiaçı tərəfin vəkili iddiaçının Masallı məhkəməsində atalıq faktı ilə bağlı işlərinin olduğunu bildirsə də, faktiki olaraq həmin ərizə ərizəçinin özünün ərizəsi ilə geri qayıdıb. İki iclasdır ki, iddiaçı tərəf gəlmir və ərizə ilə işin dayandırılmasını istəyir. Lakin faktiki olaraq ərizəsinin əsasında göstərdiyi mülki iş 23 dekabrda məhkəmə qərardadı ilə geri qaytarılıb. Həmçinin o bildirir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş atalığın müəyyən edilməsinə dair şəhadətnamə etibarsızdır. Belə ki, həmin şəhadətnamə Masallı rayon məhkəməsinin qətnaməsi əsasında 2022-ci ildə verilmişdir. Lakin həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə ləğv edilmişdir. Ona görə də hesab edir ki, hazırki iddia ilə iddiaçı tərəfin məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə cavabdeh Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Masallı rayon Məhkəməsinin 2(050)-247/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X5 xx xxxxx 1993-cü il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş İddiaçı və 03 oktyabr 2000-ci il tarixdə Masallı rayonu, Mollaoba kəndində doğulmuş X7 atasının X8 olması faktı müəyyən edilmişdir. Masallı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli, AZ-İ 433374 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxx 1993-cü ildə X5 doğulmuş İddiaçı atasıdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1620/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli Qərardadından görünür ki, maraqlarına toxunan şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(050)-247/2022 saylı qətnaməsi ləğv edilmiş və ərizəçilər X7 və İddiaçı maraqlı şəxs Masallı rayon Qeydiyyat şöbəsinə qarşı atalıq faktının müəyyən olunması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/6-1563 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı nümayəndəsi Vəkil1 və qarşı tərəf olan Cavabdeh2 və onun nümayəndəsi Vəkil2 (“Tərəflər”) xx.xx.2022-ci il tarixində, 16:00-16:20 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Masallı rayon Məhkəməsinin 2(050)-3907/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, ərizəçilər İddiaçı və X7 (maraqlı şəxs Masallı rayon Qeydiyyat Şöbəsi) atalığın etiraf olunması faktı tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Masallı rayon Məhkəməsinin 2(050)-3907/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, ərizəçilər İddiaçı və X7 (maraqlı şəxs Masallı rayon Qeydiyyat Şöbəsi) atalıq faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o həmin ərizə ilə İddiaçı və X1 rayon Məhkəməsində Masallı rayon Qeydiyyat Şöbəsinə qarşı “atalığın etiraf olunması” tələbinə dair iş qaldırdığından və iş icraata qəbul olunduğundan hazırki mülki işin həmin işə baxılıb qətnamə qanuni qüvvə alanadək dayandırılmasını xahiş etmişdir. İşin halları İddiaçı Cavabdeh2 X2ndan aldığı xx.xx.2021-ci il tarixli etibarnamənin atasının xx.xx.2021-ci il tarixində vəfat etməsi ilə bağlı xitam edilmiş hesab olunması, həmin etibarnamə əsasında atasına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 129, mənzil 120 ilə bağlı Cavabdeh2 ilə X16 arasında xx.xx.2021-ci ildə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X9 adına DƏDRX-dən verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi, vərəsələr arasında, yəni o və bacısı arasında bölünməsi və paylarına düşən hissəsinin onlara verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Masallı rayon Məhkəməsinin 2(050)-247/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X5 xx xxxxx 1993-cü il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş İddiaçı və 03 oktyabr 2000-ci il tarixdə Masallı rayonu, Mollaoba kəndində doğulmuş X7 atasının X8 olması faktı müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1620/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(050)-247/2022 saylı qətnaməsi ləğv edilmiş və ərizəçilər X7 və İddiaçı maraqlı şəxs Masallı rayon Qeydiyyat şöbəsinə qarşı atalıq faktının müəyyən olunması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Masallı rayon Məhkəməsinin 2(050)-3907/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçilər İddiaçı və X7 (maraqlı şəxs Masallı rayon Qeydiyyat Şöbəsi) atalığın etiraf olunması faktı tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Masallı rayon Məhkəməsinin 2(050)-3907/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçilər İddiaçı və X7 (maraqlı şəxs Masallı rayon Qeydiyyat Şöbəsi) atalıq faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizə ilə İddiaçı və X1 rayon Məhkəməsində Masallı rayon Qeydiyyat Şöbəsinə qarşı “atalığın etiraf olunması” tələbinə dair iş qaldırdığından və iş icraata qəbul olunduğundan hazırki mülki işin həmin işə baxılıb qətnamə qanuni qüvvəsini alanadək dayandırılmasını istəmişdir. İddiaçı məhkəmə çağırışına gəlməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmişdir, Lakin Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 işə mahiyyəti üzrə baxılıb qərar verilməsini, cari vəziyyətdə hazırki iddianı irəli sürmək üçün iddiaçının subyektiv hüququnun olmaması səbəbindən iddianın rədd edilməsini tələb etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 259.0.7. İşə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.
Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddiaçı mərhum X4 övladı olduğunu iddia etsə də məhkəmə müəyyən edir ki, Masallı rayon Məhkəməsinin 2(050)-247/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X5 xx xxxxx 1993-cü il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş İddiaçı və 03 oktyabr 2000-ci il tarixdə Masallı rayonu, Mollaoba kəndində doğulmuş X7 atasının X8 olması faktı müəyyən edilsə də, həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1620/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qərardadı ilə ləğv edilmiş və İddiaçı maraqlı şəxs Masallı rayon Qeydiyyat şöbəsinə qarşı atalıq faktının müəyyən olunması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. X4 İddiaçı atası olması iş materialları ilə müəyyən edilmədiyindən Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeni hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, əvvəllər X6 məxsus daşınmaz əmlakla bağlı Cavabdeh2 ilə X16 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi və payına düşən hissənin verilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi və payına düşən hissənin verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova