Məhkəmə qərarları › İş №2(010)-993/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-993/2020

23.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-993/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X1, Cavabdeh Ömərova Nailə Alı qızının və onun order üzrə vəkili X2, Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Xocavənd rayon 2 saylı tam orta məktəbin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Xocavənd Təhsil Şöbəsi 2 saylı tam orta məktəbin direktoru Ömərova Nailə Alı qızına, Azərbaycan Respublikası Təhsil Nazirliyi Xocavənd rayon Təhsil Şöbəsinə, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və üçüncü şəxs Xocavənd rayonu 2 saylı tam orta məktəbinə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və həmin sahənin boşaldılması” tələbinə dair ilkin və cavabdeh Ömərova Nailə Alı qızının İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “özəlləşdirmənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Xocavənd Təhsil Şöbəsi 2 saylı tam orta məktəbin direktoru Ömərova Nailə Alı qızına, Azərbaycan Respublikası Təhsil Nazirliyi Xocavənd rayon Təhsil Şöbəsinə, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və üçüncü şəxs Xocavənd rayonu 2 saylı tam orta məktəbinə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və həmin sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Xocavənd Təhsil Şöbəsi 2 saylı tam orta məktəbin direktoru Ömərova Nailə Alı qızının onun mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” 2704 küçəsi, 90A ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahələrin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh Ömərova Nailə Alı qızı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı iddiasının rədd olunmasını, onun iddia ərizəsinin təmin edilərək Azərbaycan Respublikası Təhsil Nazirliyi Xocavənd Təhsil Şöbəsi 2 saylı tam orta məktəbin yerləşdiyi Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” 2704 küçəsi, 90A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi haqqında əqdin qismən etibarsız hesab edilməsini və İddiaçı verilmiş qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********82- 12301 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış və Texniki Pasport qismən, yəni 2 mərtəbəli İnzibati bina, tikintialtı sahə 494,7 m2, ümumi sahə 801,1 m2 hissəsində ləğv edilməsini və həmin hissədə əmlakın dövlət mülkiyyətinə verilməsini xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 ərizə ilə məhkəməyə müraciət edərək iddia üzrə ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş və qarşılıqlı iddia ərizəsi üzrə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirmişdir. Cavabdeh Ömərova Nailə Alı qızı ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanması haqqında qərardad qəbul edilməsini və ilkin iddia ərizəsi üzrə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Xocavənd rayon 2 saylı tam orta məktəbin nümayəndəsi X6 iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinin mahiyyəti üzrə baxılmasını tələb etməmiş, mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Xocavənd Təhsil Şöbəsi 2 saylı tam orta məktəbin direktoru Ömərova Nailə Alı qızına, Azərbaycan Respublikası Təhsil Nazirliyi Xocavənd rayon Təhsil Şöbəsinə, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və üçüncü şəxs Xocavənd rayonu 2 saylı tam orta məktəbinə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və həmin sahənin boşaldılması” tələbinə dair ilkin və cavabdeh Ömərova Nailə Alı qızının İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “özəlləşdirmənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Xocavənd Təhsil Şöbəsi 2 saylı tam orta məktəbin direktoru Ömərova Nailə Alı qızına, Azərbaycan Respublikası Təhsil Nazirliyi Xocavənd rayon Təhsil Şöbəsinə, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və üçüncü şəxs Xocavənd rayonu 2 saylı tam orta məktəbinə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və həmin sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Cavabdeh Ömərova Nailə Alı qızının İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “özəlləşdirmənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar