Məhkəmə qərarları › İş №2(011)-1358/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1358/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1358/2022 10.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-yə qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 08.05.2013-cü ildə bağlanmış nikahları 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən pozulmuş və nikahın pozulması haqqında 18.11.2014-cü il tarixli şəhadətnamə verilmişdir. Birgə nikahda olduqlatı dövrdə ünvan 1 ünvanında yerləşən 39 saylı mənzili əldə etmişlər. Aralarında bağlanmış 18.10.2014-cü il tarixli nikah müqaviləsinə əsasən, mənzil 04/125/AİF nömrəli, 11.08.2014-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmçinin nikah müqaviləsinə əsasən, cavabdeh ipoteka üzrə öhdəlikləri yerinə yetirməyi və qarşılıqlı razılıq əsasında ipoteka müqaviləsi bitdikdə mənzili onun adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Mənzilin əldə olunması üçü ilkin ödəniş olaraq 16000 manat və əlavə olaraq aylıq ödənişlərə 6000 manat pul onun tərəfindən ödənilmişdir. Bundan əlavə, mənzillə bağlı aralarında bağlanmış 18.10.2014-cü il tarixli sazişə əsasən cavabdeh həmin mənzili ona bağışlamağı və mənzillə bağlı gələcəkdə heç bir iddia irəli sürməyəcəyini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh ipoteka müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etməmişdir. Bu səbəbdən də, sözügedən mənzilin əldə olunması üçün ödədiyi cəmi 22000 manat pulun cavabdehdən tutulub ona ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddianı qəbul etmir. İddiaçının iddiası şər böhtan xarakterli əsassız bir iddiadır. 2014-cü ildə 25 il müddətinə adı çəkilən mübahisəli mənzili aylıq 380 manat ödəmək şərti ilə ipoteka yolu ilə almışdır. Həmin mənzili alan zaman şəxsi qazancım hesabına 45.000 manat ilkin ödəniş etmişdir. Həmin məbləğin bir hissəsini Beynəlxalq Bankdan kredit götürmüşdür. Hal-hazırda da banklara kredit ödəyir. İddiaçı hal-hazırda həmin mənzildə oğlu ilə birlikdə yaşayır. Keçmiş həyat yoldaşı İddiaçı həmin mənzil üçün öz şəxsi hesabına pul ödəməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzləridə bir ailə olduqları vaxtlarda o işdə olan vaxtlar aylıq ödənişləri həyat yoldaşıa şəxsən vermişdir ki, ödəniş etsin. Hal-hazırda həmin qəbzləri iddiaçı öz adına çıxardır. Həmçinin, hal-hazırda əlində 9.000 manatlıq poçt qəbzləri var, hansı ki, şəxsən öz adından birgə evlilik vaxtlarında İddiaçı adına köçürtmüşdür. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia ərizəsinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazda göstərilnlərə uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X3 iddia tələbinin təmin olunubolunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kreditor-ipoteka saxlayan "xxxx" ASC ilə alıcı-ipoteka qoyan Cavabdeh və satıcı X5 arasında bağlanmış 04/125/AİF nömrəli, 11.08.2014-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, b.45 ünvanında yerləşən 16 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində1 otaqlı ümumi sahəsi 51 .0 m2, yaşayış sahəsi 18.2 m2 olan 39 saylı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. Mənzilin satış qiyməti 71500 manatdır, mənzilin dəyərinin 26500 manatı alıcı-İpoteka qoyanın özü tərəfindən, 45000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən 11.08.2014 cü il tarixli 04/125/AİF saylı kredit müqaviləsinə əsasən alıcıipotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarında olan 11.08.2014-cü il tarixli, ******* saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən ilkin ödəniş qismində "xxxx" ASC-nin hesabına 26500 manat ödəniş edilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18.10.2014-cü il tarixli nikah müqaviləsinin surətindən görünür ki, tərəflər aşağıda göstərilən şərtlərlə hazırki müqaviləni bağlamışdırlar: Qeyd olunur ki, İddiaçı ilə Cavabdeh arasında 08.05.2013-cü il tarixdə nikah bağlanılmışdır. Tərəflər rəsim nikah münasibətinə daxıl olduqdan sonra ünvan 1, 39 saylı mənzili 11.08.2014-cü tarixli, 04/125/AİF saylı alqı-saiqı və ipoteka müqaviləsi ilə əldə etmiş və həmin mənzil Cavabdeh adına rəsmiləşdirilmişdir. Hazırda mənzil sahəsi ipoteka hüququ ilə yüklü olduğu halda mənzil sahəsinin mülkiyyətçisi X2r. Tərəflərin qarşılıqlı razalığı əsasında Cavabdeh ipoteka müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edir. Bundan sonra ipoteka müqaviləsinin müddəti bitdikdə ünvan 1, 39 saylı mənzil İddiaçı adına rəsmiləşdirilir. Cavabdeh daşınmaz əmlakda olan paydan imtina etməklə həmin əmlakın İddiaçı adına tam rəsmiləşdirilməsinə razılıq verir. Cavabdeh gələcəkdə mübahisəli mənzil sahəsinə dair heç bir iddia irəli sürməyəcəkdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18.10.2014-cü il tarixli sazişin surətindən görünür ki, Cavabdeh boşandıqdan sora ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 39 saylı mənzili təmənnasız İddiaçı bağışlamağı və həmin ünvan üzrə "xxxx" ASC-yə olan ipoteka-kredit (girov) borclarını ödəməyi və gələcəkdə həmin mənzillə bağlı öz payından imtina etməklə təmənnasız heç bir iddia irəli sürməyəcəyini öz öhdəsinə götürmüşdür. İddiaçı mənzil adına keçdikdən sonra Cavabdeh qarşı heç bir tələb və iddia irəli sürməyəcəyini öhdəsinə götürür. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikahı ləğv olunmuş və bu barədə nikahın ləğvi haqqında akt qeydləri kitabında 18.11.2014-cü il tarixdə 72 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli 2(011)-5978/2021 saylı qətnamənin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, "xxxx" ASC-nin Gənclik Filialı ilə Cavabdeh arasında bağlanmış 11.08.2014-cü il tarixli 04/125/AİF saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən kredit müqaviləsi üzrə 41092.94 manat əsas borc, faiz borcu üzrə 4043.99 manat, 449 manat dəbbə pulu olmaqla, cəmi 45585.93 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, b.45 ünvanında yerləşən 16 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində 39 saylı mənzilə yönəldilərək, likvid qiyməti 61000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcu ödənilməsi qət edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mərkəzi X4 27 aprel 2020-ci il tarixli qərarları ilə "xxxx" ASC ödəmə qabiliyyətini itirdiyindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən "xxxx" ASC-yə müvəqqəti inzibatçı təyin olunmuş, bu bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçmişdir.Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə TuranBank ASC arasında imzalanmış 11 iyul 2018-ci il tarixli 17 saylı Xidmət müqaviləsinə əsasən müvəkkil bank tələb hüquqları fonda məxsus olan ipoteka kreditlərinə xidmət olunmasını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən fond tərəfindən ipoteka kreditləri müvəkkil banka- "xxxx" ASC-yə bu müqavilənin ayrılmaz hissəsi olan 19 may 2020-ci il tarixli cədvələ əsasən siyahı üzrə xidmət olunmağa verilmişdir. İş materiallarında olan 01.09.2014-cü il tarixli, 01.10.2014-cü il tarixli, 05.01.2015-ci il tarixli, 03.02.2015-ci il tarixli, 02.03.2015-ci il tarixli, mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh kredit üzrə ödəniş qismində "xxxx" ASC-nin hesabına cəmi 1637,62 manat ödəniş edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında işin halları, tərəflərin izahatları və işin materialları ilə İddiaçı Cavabdeh ilə 08.05.2013-cü ildə nikaha daxil olması, birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 39 saylı mənzili 04/125/AİF nömrəli, 11.08.2014-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında əldə etmələri, mənzilin cavabdehin adına rəsmiləşdirilməsi, tərəflər arasında bağlanmış 18.10.2014-cü il tarixli nikah müqaviləsinə və eyni tarixli sazişə əsasən, cavabdehin ipoteka üzrə öhdəlikləri yerinə yetirməyi və qarşılıqlı razılıq əsasında ipoteka müqaviləsinin müddəti bitdikdə mənzili iddiaçının adına rəsmiləşdirməyi, mənzili iddiaçıya bağışlamağı və mənzillə bağlı gələcəkdə heç bir iddia irəli sürməyəcəyini öhdəsinə götürməsi, lakin, cavabdeh tərəfindəni ipoteka müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməməsi, iddiaçı tərəfindən cavabdehin kredit öhdəlikləri ilə bağlı cəmi 1637,62 manat ödəniş etməsi müəyyən edilmişdir. Bununla yanaşı, iddiaçı iddia ərizəsində mənzilin alınması ilə bağlı tərəfindən ilkin ödəniş qismində 16000 manat, həmçinin, kreditin qaytarılması məqsədi ilə 6000 manat ödənildiyini göstərsə də, bunu əsaslandıra bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də, iddia tələbi qismən təmin edilərək 1637,62 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə ödənilmiş 106 manat dövlət rüsümunun 7,42 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsində isə göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1637,62 (min altı yüz otuz yeddi manat 62 qəpik) manat və ödənilmiş dövlət rüsumunun 7,42 (yeddi manat 42 qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver