Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1399/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və X4 qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və X4 qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh1 MTK ilə alqısatqı müqaviləsi bağlayaraq MTK-ya məxsus ünvan 1 ünvanda 40 kv.metr ölçüdə 2-ci mərtəbədə qeyri-yaşayış sahəsini dəyərini tam ödəməklə 12 yanvar 2013-cü il tarixdə alqı-satqı müqaviləsilə almışdır. Hazırda Cavabdeh1 MTK-nın varisi olan Cavabdeh1 MMC-nin həbsdə olan sədri C.Alışov onunla bağlanmış 12 yanvar 2013-cü il tarixli müqavilənin etibarsız hesab edərək 2008-ci il tarixli müqavilə əsasında yaxın qohumu Orucəliyə satılmasına əsaslanaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsindən qətnamə əldə etmişdir. Hazırda həmin qətnamədən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin icraatındadır. Belə ki, o, həmin sahəni 30000 manat nağd pul vəsaiti ödəməklə MTK-dan almış, 11000 manata yaxın təmir-quraşdırma xərcləri çəkmişdir. O, MTK-nın sədri olduğu vaxtda fiziki şəxs statusunda Cavabdeh1 MTK ilə alqı-satqı müqaviləsi bağlamışdır. Vicdanlı alıcıdır. Əvvəlki məhkəmələrdə ekspert rəyində sözügedən qeydi-yaşayış sahəsinin çizgi və ona məxsus olan qeyri-yaşayış sahəsinin koordinatları ilə üst-üstə düşür. Sözügedən (ofis) qeyri-yaşayış sahəsi tərəfindən, şəxsi vəsaiti hesabına təmir edilmiş və hazırda onun sahibliyindədir. Odur ki, məhkəmə qaydasında müqavilənin etibarlı sayılması və yaxud araşdırma nəticəsində məhkəmə bu əqdi etibarsız saydığı halda ona qeyri-yaşayış sahəsinin alınması və təmiri üçün MTK-ya ödədiyi xərclər, həmin qeyri-yaşayış sahəsinin bu günki bazar dəyəri məbləğində zərər hesablanaraq cavabdehdən tutulmalıdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh1 MTK ilə alqı-satqı müqaviləsi bağlayaraq, MTK-ya məxsus ünvan 1 ünvanda 40 kv.metr ölçüdə 2-ci mərtəbədə qeyriyaşayış sahəsini alqı-satqısı barədə xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarlı sayılması və ya müqavilə etibarsız sayıldığı halda ümumilikdə həmin qeyri-yaşayış sahəsinin hazırki bazar dəyərinin Cavabdeh1 MMC-dən (MTK) alınaraq (qeyri-yaşayış sahəsinin bazar dəyərini 75000 manatın) ona ödənilməsinin və həmin sahənin qaytarılmasının pulun ödənilməsi ilə eyni vaxtda icra edilməsi şərtilə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında çıxış edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbində qeyri-yaşayış sahəsi üçün hesablanmış 56000 manat məbləğin azaldılaraq, müqavilədə və ödəniş qəbzində əksini tapan 32000 manat məbləğin Cavabdeh1 MMC-dən, 9600 manat təmir xərclərini isə cavabdeh X2 tutulmaqla iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, iddiaçı ərizə təqdim edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-217/2021 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur. Daha sonra cavabdeh X5 məhkəməyə ərizə ilə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini xahiş etmiş və məhkəmənin 2(011)-1399/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 217/2021 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ekspert tərəfindən verilmiş rəyə istinad etməklə Bakışəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.m qeyri-yaşayış sahəsi üzrə onun tərəfindən yerinə yetirilmiş təmir-tikinti işləri üçün cavabdeh X2 10332 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehlər Cavabdeh1 MMC-yə və X4 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2013-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşmiş Cavabdeh1 MTK-nın tikilməkdə olan binasının 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ((market) 40 kv.metr) ilə bağlı tərəflər arasında müqavilə bağlanmış və göstərilən qeyri-yaşayış sahəsinin ümumi dəyəri 32000 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş 12 yanvar 2015-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 MTK tərəfindən 15 dekabr 2013-cü il tarixli müqavilə ilə İddiaçı satılmış Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən binanın İİ mərtəbəsində, lift otağının arxasında yerləşən ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsi ona məxsusdur. Qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmiş və gələcəkdə bu sahə ilə əlaqədar ona heç bir iddiaları olmayacaqdır. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş 15 dekabr 2013-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə (Ukrayna dairəsi) yerləşən yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Tikilməkdə olan binanın İİ mərtəbəsində yerləşən 40 kv.m qeyri-yaşayış sahəsinin pay dəyərindən 32000 manat alıcı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(011)-5682/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-7500/2017 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 MMC, X7, X8 və üçüncü şəxs X6 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-976/2019 saylı qərarının surətindən görünür ki, Yüksəliş-C” MMC-nin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3148 nömrəli 30 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən Cavabdeh1 MTK-ya məxsus 1 giriş 2-ci mərtəbə, 40 kv.metr qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 9633.0 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-si tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən Cavabdeh1 MTK-ya məxsus 1 giriş 2ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin bazar qiyməti 56000 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 12271/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-258/2019 saylı iş üzrə 20 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-258/2019 saylı 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən görünür ki, iddiaçı X3 İddiaçı və Cavabdeh1 MTK-ya qarşı qeyri-yaşayış sahəsindən çıxarma və müqavilənin, maliyyə arayışının etibarsız hesab edilməsi barədə ilkin iddiası təmin edilmişdir. İş materiallarında olan Cavabdeh1 MTK-nın 2013-cü ili əhatə edən xəzinə kitabından görünür ki, həmin kitabın 01-30 dekabr 2013-cü il tarixinə dair dövrü əhatə edən 09-cu vərəqində MTK üzvlərinin tərəfindən ödəniş qrafasında 312 10 manat Cavabdeh1 MTK-ya ödənişin köçürülməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2935 nömrəli 10 avqust 2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən Cavabdeh1 MTK-ya məxsus 1 giriş 2-ci mərtəbə, 40 kv.metr qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş təmirtikinti işlərinin ümumi dəyəri təqribən 10332 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.5-ci maddəsində müəyyən edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.7-ci maddəsində müəyyən edilmişdir ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Eyni Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 337.5-ci maddəsi müəyyən edir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən Cavabdeh1 MTK tərəfindən tikilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinə dair İddiaçı ilə Cavabdeh1 MTK arasında 15 dekabr 2013-cü il tarixdə müqavilə bağlanmış, 32000 manat məbləğində pul vəsaiti maliyyə arayışına əsasən İddiaçı tərəfindən tam ödənilmişdir. Lakin həmin qeyri-yaşayış sahəsi ilə bağlı müqavilə X3 cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı qeyri-yaşayış sahəsindən çıxarma və müqavilənin, maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş və tərəflər arasında olan 15 dekabr 2013-cü il tarixli müqavilə etibarsız sayılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2935 nömrəli 10 avqust 2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən Cavabdeh1 MTK-ya məxsus 1 giriş 2-ci mərtəbə, 40 kv.metr qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 10332 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi-hüquq normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında 15 dekabr 2013-cü il tarixdə bağlanmış müqavilə məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyindən, iddia tələbi Cavabdeh1 MMC-dən 32000 manatın tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi təmir xərclərinin cavabdeh X2 tutulması hissəsində də əsaslı olduğundan təmin edilməli, ekspert rəyi ilə təsdiq edilmiş qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işləri üçün sərf edilmiş 10332 manat məbləğində pul vəsaiti X2 tutularaq İddiaçı ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh1 MMC-dən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən Cavabdeh1 MTK tərəfindən tikilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinin alınmasına görə iddiaçı tərəfindən 15 dekabr 2013-cü il tarixli müqavilə əsasında ödənilmiş 32000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh X2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən Cavabdeh1 MTK tərəfindən tikilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsində iddiaçı tərəfindən çəkilmiş təmir xərclərinə görə 10332 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Eyni zamanda iddia təmin edildiyindən 50 manat ekspertiza xərci cavabdeh X2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1399/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1399/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver