Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-185/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Premium” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, DEN- 00008-02/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 133 500.08 manat əsas borc, 20421.94 manat faiz borcu, 112301.44 manat dəbbə borcu, ümumilikdə 266,223.46 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan xx.xx.2019-cu il tarixli, DENG-00008-02/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə , Nobel prospekti, ev 15, 195 saylı mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh, Cavabdeh1 tutulması, mənzilin boşaldılmasına və Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, iddiaçı Bank "xxxx" ASCnin “Premium” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-ci il tarixli DEN-00008-02/19A saylı kredit müqaviləsi bağlanmışdır, kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 190 000 (yüz doxsan min) manat məbləğində krediti illik 17 (on yeddi) faizlə 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və krediti 02 sentyabr 2021-ci il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür, kreditin təminatı qismində Cavabdeh1 04 iyul 2019- cu il tarixdə iddiaçıyla DENG-00008-02/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, 1212ci məhəllə , Nobel prospekti, ev 15, 195 saylı mənzili Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli DEN-00008-02/19A saylı kredit müqaviləsi üzrə borcalanm öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin “Premium” filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.07:2619-cu il tarixli DENG- 00008-02/19A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur, cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir, dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 241 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.11-ci və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur, cavabdehin xx.xx.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 133500.08 manat, faizlərin məbləği 20421.94 manat, dəbbə borcu 112301.44 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2021 -ci il tarixinə ümumi borcu 266223.46 manat təşkil edir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, borcun həddindən artıq şişirdildiyini bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər, Cavabdeh1 nümayəndəsi və vəkili iclasın təxirə salınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, qiymətləndirmə və məhkəmə mühasibatlıq rəyinə etiraz etmədiklərini, iclasa iddiaçının nümayəndəsiin iştirakı olmadan iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-ci il tarixli DEN-00008-02/19A saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən kredit alana illik 17%-lə 24 ay müddətinə 190000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-ci il tarixli DEN-00008-02/19A saylı İpoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus ünvan 2 Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-ci il tarixli DEN- 00008-02/19A saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayana ipotekaya qoyulmuşdur. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş **********805 saylı Ərizədən görünür ki, Cavabdeh2 ünvan 2-in ipotekaya qoyulmasına razıdır. İş materiallarında olan 04 iyul 2019-cu il tarixli 05 nömrəli Xəzinə məxaric orderindən görünür ki, Cavabdeh1 190.000 manat pulu iddiaçıdan təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* Saylı çıxarışın surətindən görünür ki, ünvan 2 xx.xx.2014-cü il tarixdən Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışın surətindən görünür ki, hüququ yüklü edilən şəxs Cavabdeh1 məxsus ünvan 2 Bank "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir, bu barədə dövlət reyestrində 2201 nömrəli reyestr kitabının 204664 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bank "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 2-ə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarından görünür ki, Bank "xxxx" ASC tərəfindən Cavabdeh1 bildiriş məktubu göndərilməklə ondan 5 gün müddətində borcunu ödəməsi tələb edilmiş, əks halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət edəcəyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh1 banka əsas borc məbləği 133500,08 manat, ümumi faiz borcu 20421,94 manat, dəbbə borcu 112301,44 manat, cəmi borc 266223,46 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, Bank "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 2019-cu ildə “FM“Consulting tərəfindən verilmiş Cavabdeh1 məxsus Daşınmaz Əmlakın qiymətləndirilməsi barədə 368/BT saylı Hesabatdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, ev 15, 195 nömrəli mənzilin bazar dəyəri 670000 manat, likvid dəyəri 600000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/7033 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-ci il tarixli DEN-00008- 02/19A saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 13351550 manat, faiz borcu ******* manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 09 saylı mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1212ci məhəllə, Nobel prospekti, ev 15, 195 nömrəli mənzilin hazırki bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri təqribən ******* manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Mənzilin qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 650000 manat, likvid dəyəri 552500 manatdır. Ekspertizanın keçirilməsi üçün xidmət haqqı 400 manatdır. Xidmət haqqı Bank "xxxx" ASC tərəfindən ödənilmişdir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında 24 ay müddətinə illik 17 faiz olmaqla 190000 manat məbləğində kredit verilməsini nəzərdə tutan xx.xx.2019-ci il tarixli DEN-00008-02/19A saylı kredit müqaviləsi bağlanmışdır, həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 190000 manat məbləğində pulu bankdan təhvil alaraq götürmüşdür, kredit müqaviləsinin təminatı olaraq eyni tarixli ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən mənzil Bank "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və onun hazırda banka ödənilməmiş əsas, faiz və cərimə borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, yuxarıda adı çəkilən xx.xx.2019-ci il tarixli DEN-00008-02/19A saylı kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 7000 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, mənzilin satış məbləği barədə məhkəməyə təqdim edilən sübutları nəzərdə keçirərək qeyd edir ki, tərəflər arasında müqavilə üzrə bu barədə hər hansı bir razılaşma yoxdur və mənzilin likvid dəyəri barədə təqdim edilmiş rəylər arasında böyük fərq vardır ("xxxx" Consulting MMC-nin xx.xx.2019-cu il tarixli rəyinə əsasən – 600.000 manat, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən – 1.207.710 manat, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən 552.500 manat), lakin məhkəmə, həmin sübutlar üzrə mənzilin likvid dəyərinin müəyyən edilməsini mümkün hesab edir və bu məqsədlə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyi üzrə gəlinən nəticəni nəzərə alır. Belə ki, həmin Rəy, digərlərinə münasibətdə son dövr üzrə bazar qiymətlərinə istinad olunmaqla, özündə yeni məlumatları ehtiva edir, həmçinin Rəy “Daşınmaz əmlak bazarının statistikası”nın təhlili ilə geniş mənbələrdən (Azərbaycan Respublikası Statistika Komitəsinin rəsmi saytı, “Azərbaycanda daşınmaz əmlak” agentliyinin saytı, “Əmlak bazarı” jurnalı və s.) istifadə olunmaqla aparılmışdır ki, bu da mənzilin real likvid dəyəri barədə nəticəyə gəlmək üçün mühüm əhəmiyyət daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, mənzilin likvid dəyəri 552500 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2019-ci il tarixli DEN-00008-02/19A saylı kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə Cavabdeh1 əsas borc üzrə 133500,08 manat, faiz borcu üzrə 20421,94 manat və 7000 manat məbləğində dəbbə pulu, cəmi 160922,02 manat məbləğində borc Bank "xxxx" ASC-yə ödənilməli, tələb ipoteka predmetinə yönəldilməli, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, ev 15, 195 saylı mənzilin qiyməti 552500 manat müəyyən olunmalı, həmin mənzil açıq hərracdan satılaraq əldə olunan vəsaitdən cavabdehin Bank "xxxx" ASC-yə olan borcu silinməli, satışdan əldə olunan pul qətnamənin icrasına kifayət etmədiyi halda qalan hissədə ümumi qaydada icra edilməli, mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməklə mənzil boşaldılaraq təhvil verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat Cavabdeh1 aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat, məhkəmə-qiymətləndirmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat cavabdehə aid edilməli, ondan 50 manat alınaraq dövlət büdcəsinə, 200 manat isə alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, iddiaçı tərəfindən məhkəmə-qiymətləndirmə ekspertizası tədqiqatı üzrə ödənilmiş 400 manata münasibətdə hesab edir ki, həmin məbləğ iddia tələbinin təmin edilmiş hissəsinə (160922,02 manat) mütənasib olaraq tərəflərə aid edilməli, 250 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 150 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bank "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-ci il tarixli DEN- 00008-02/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 xx.xx.2019-ci il tarixli DEN-00008-02/19A saylı kredit müqaviləsinə əsasən əsas borc kimi 133500,08 manat, faiz borcu kimi 20421,94 manat, cərimə borcu kimi 7000 manat, cəmi 160922 (yüz altmış min doqquz yüz iyirmi iki) manat 02 (iki) qəpik məbləğində pul vəsaiti, dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat və ekspertiza tədqiqatının dəyəri kimi ödənilmiş 250 (iki yüz əlli) manat tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, ev 15, 195 saylı mənzilə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın və borc Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, ev 15, 195 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, ev 15, 195 saylı mənzilin dəyəri 552500 (beş yüz əlli iki min beş yüz) manat müəyyən edilsin. Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, ev 15, 195 saylı mənzilə yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqlarına xitam verilsin və mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Cavabdeh1 məhkəmə-mühasibatlıq ekspertizalarının dəyərini təşkil edən 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************), qiymətləndirməyə dair ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 (iki yüz) manat tutularaq "xxxx" MMC-yə (Hesab: AZ57A11B400500C**********211, Kod: 201229, Müxbir hesab: AZ37NABZ013501**********1944 (AZN), VÖEN (BANK): **********, SWİFT: A11BAZ2XXXX) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-185/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-185/2022
27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Mənzildən çıxarılma - Mən
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver