Məhkəmə qərarları › İş №2(011)-2139/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2139/2021

06.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2139/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanına hesablanmış 278.40 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 2 ünvanına (abonent kodu: **********00450) təbii qaz verilişinin dayandırılmasının və smart karta yüklənən puldan tutulmanın aparılmasının Cavabdehnə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(011)-2139/2021 saylı qərardadı ilə ərizə təmin edilmişdir. 06 may 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamış, işə isə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli qərarına əsasən iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan iddianı təmin tədbirinin qüvvədə saxlanılmasına zərurət aradan qalxmışdır və bu səbəbdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(011)- 2139/2021 saylı iddianı təmin etmək haqqında qərardadı ləğv edilərək, ünvan 2 ünvanına (abonent kodu: **********00450) təbii qaz verilişinin dayandırılması və smart karta yüklənən puldan tutulmanın aparılması ilə bağlı Cavabdeh üzərinə qoyulmuş qadağa götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 162, 259.11, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçınun Cavabdehnə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(011)-2139/2021 saylı iddianı təmin etmək haqqında qərardadı ləğv edilsin, iddiaçıya məxsus ünvan 2 ünvanına (abonent kodu: **********00450) təbii qaz verilişinin dayandırılması və smart karta yüklənən puldan tutulmanın aparılması ilə bağlı Cavabdeh üzərinə qoyulmuş qadağa götürülsün. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar