Məhkəmə qərarları › İş №2(011)-2820/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2820/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi z
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2820/2021 08.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Məhkəmə iclas katibi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdxeh "xxxx" MMC və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC və Cavabdeh2 qarşı iddiaçı ilə "xxxx" MMC arasında 16.07.2019-cu il tarixdə bağlanmış E/-2/41 saylı alqı-satqı müqaviləsi və həmin müqaviləyə görə verilmiş maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2930-cu məhəllədə tikilən “Panorama Park” yaşayış kompleksinin E binasının 2ci mərtəbəsində yerləşən 41 saylı dəyəri 19000 manat olan qaraj sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərində vəzifə kimi qoyulması, həmin qaraj sahəsi üzərində istifadə, sahiblik və sərəncamm hüquqlarının sərbəst həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılmış suni maneələrinin aradan qaldırılması, X5 ilə iddiaçı arasında bağlanmış beh müqaviləsinə əsasən cavabdehlərin qanunsiz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 10000 manat, mənəvi zərərə görə isə 30000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2930-cü məhəlləsində tikilən “Panorama Park” yaşayış kompleksinin E binasının 16-cı mərtəbəsində 2 otaqlı 81,37 kv.mənzili və həmin binanın mənfi 2-ci mərtəbəsində yerləşən 41 nömrəli dəyəri 19000 manat olan qaraj sahəsinin verilməsinə dair müqavilə bağlandı. "xxxx"MMC tərəfindən iddiaçıya 18.07.2019-cu il tarixli 123 nömrəli maliyyə arayışından da görünür ki, iddiaçının qaraj sahəsi üçün MMC-yə heç bir borcu qalmamışdır. Bu barədə iddiaçı Cavabdeh2 arasında 02.08.2019-cu ildə aramızdakı razılığı təsdiq etmək üçün AKT tərtib edildi. Həmin Akta əsasən əmlakların dəyərinin ödənilib-ödənilməsini mənzil və qaraj sahəsinin İddiaçı geri qaytarılması üçün əsas deyildir. Sonradan maddi problemləri ilə əlaqədar olaraq iddiaçı həmin qaraj sahəsinin satmaq qərarına gəlmişdir. Bunun üçün X5 adlı şəxslə əldə edilmiş razılığa əsasən qaraj sahəsini həmin şəxsə 25000 manata satmağa razılaşdı. Bunun üçün 07.09.2020-ci il tarixdə X5 ilə iddiaçı arasında beh müqaviləsi bağlanılmışdır. Həmin beh müqaviləsinə əsasən iddiaçı, ilkin olaraq, 5000 manatı aldı və üzərinə ödhəlik götürdü ki, 18.09.2020-ci il tarixinədək həmin qaraj sahəsini onun adına rəsmiləşdirəcək. "xxxx" MMC-yə bu məqsədlə müraciət etdiyi zaman iddiaçıya bildirmişdirlər ki, onların Cavabdeh2 ilə maliyyə mübahisəsi olduğuna görə müqaviləni X3 adına rəsmiləşdirilməsi mümkün deyil. Cəmiyyət qanunsuz hərəkəti nəticəsində X4 Beh müqaviləsinin şərtlərinə əsasən 22.09.2020-ci il tarixdə 10000 manat qaytarmaq məcburiyyətində qalmışdır. Qeyd edilən hadisələr iddiçıya çox pis təsir etmiş, iddiaçı mənəvi iztirab çəkmişdir. Hadisədən sonraa iddiaçı əsasəb xəstəsi olmuş, bununla bağlı müxtəlif xəstəxanalara, klinikalaraq müraciət edərək iddiaçıya müxtəlif reseptlər yazılmış və bunun nəticəsində müxtəlif dərmanlar alaraq mənəvi əzab çəkmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanılmış 16.07.2019-cu il tarixli “Çoxmərtəbəli yaşayış binasında fərdi dayanacaq yerin alınması haqqında” E/-2/41 nömrəli Müqavilənin surətindən görünür ki, alıcı müqaviləni əsas tutaraq sifariş edir, satıcı isə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektinin 2930-cü məhəlləsində tikilən “Panorama Park” yaşayış kompleksində E binasının – 2-ci mərtəbəsində 41 nömrəli dayacaq yerini inşa edib təhvil verir. Dayanacaq yerinin ümumi qiyməti -19000 manat məbləğində müəyyənləşdirilir. İş materiallarında olan "xxxx" MMC-nin 18.07.2019-cu il tarixli 123 nömrəli arayışının surətindən görünür ki, "xxxx" MMC-yə məxsus olan Gəncə prospekti 2930 ünvanda yerləşən yaşayış kompleksi, E bloku, -2-ci mərtəbəsində yerləşən 41 nömrəli qaraja görə İddiaçı borcu qalmamışdır. İş materiallarında olan İddiaçı ilə X5 arasında bağlanılmış 07.09.2020-ci il tarixli Beh müqaviləsinin surətindən görünür ki, tərəflçər müqaviləni aşağıda göstərilən məzmunda və şərtlərlə bağlamışdırlar: - satıcı "xxxx" MMC arasında 16.07.2019-cu il tarixdə bağlanmış E/-2/41 saylı alqısatqı müqaviləsi əsasında ona məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2930cu məhəllədə tikilən “Panorama Park” yaşayış kompleksinin E binasının mənfi 2-ci mərtəbəsində 41 nömrəli dayanacaq yerini alıcıya satır; - Alıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2930-cu məhəllədə tikilən “Panorama Park” yaşayış kompleksinin E binasının mənfi 2-ci mərtəbəsində 41 nömrəli dayanacaq yerini aldığına görə satıcıya 25000 manat ödəməyi öhdəsinə götürür; - Alıcı müqavilənin şərtlərinə əsasən ilkin olaraq beh qismində 5000 mmanat ödəməyi, 10 gündən sonra isə, yəni 18.09.2020-ci il tarixə kimi qalan 20000 manatı ödəməyi, satıcı isə sənədləşməni alıcının adına aparmağı öhdəsinə götürür; - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 492.2-ci maddəsinə əsasən tərəflər məsuliyyət daşıyırlar. İş materiallarında olan X5 tərəfindən imzalanmış 22.09.2020-ci il tarixli qəbzin surətindən görünür ki, o, qəbz verir ondan ötəri ki, İddiaçı ilə araların bağlanılmış 07.09.2020-ci il tarixli beh müqaviləsinin şərtlərinə qarşı tərəf özünün MMC ilə arasında olan problemə əsasən müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2930-cü məhəllədə tikilən “Panorama Park” yaşayış kompleksinin E binasının – 2-ci mərtəbəsində 41 nömrəli dayacanaq yerini iddiaçının adına rəsmiləşdirə bilmədiyinə görə həmin müqavilənin 4-cü bəndinin tələbinə əsasən ödədiyi 5000 manat vəsaitin 2 qatını, yəni 10000 manat pul vəsaitini İddiaçı ona ödədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərdi ki, o, İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2930-cü məhəllədə tikilən “Panorama Park” yaşayış kompleksinin E binasının – 2-ci mərtəbəsində 41 nömrəli dayacanaq yerinin alqı-satqısı ilə bağlı razılaşmışdırlar. Bununla bağlı onlar arasında beh müqaviləsi bağlanılmışdır. O, İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış müqavilənin onun adına rəsmiləşdirilməsi ilə bağlı 2020-ci ilin sentyabr ayında "xxxx" MMC-nin ofisinə getmiş, lakin orada ona bildirmişdirlər ki, cəmiyyət ilə Cavabdeh2 arasında mübahisə olduğuna görə dayanacaq yerinin alqı-satqısının rəsmiləşdirilməsinə icazə verilmir. Beh müqaviləsinin şərtlərini ” MMC tərəfindən onun adına daha əvvəl rəsmiləşdirilmişdir. 07.05.2021-ci il tarixli yeində müayinə zamanı aşkar edilmişdir ki, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 2930-cu məhəllədə "xxxx" MMC tərəfində inşa edilmiş “Panorama Park” yaşayış kompleksinin – 2-ci mərtəbəsində yerləşən dayanacaq yerlərinin nömrələri yoxdur, dayanacağın girişində şlaqbaum quraşdırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə alıcı İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektinin 2930-cü məhəlləsində tikilən “Panorama Park” yaşayış kompleksində E binasının – 2-ci mərtəbəsində 41 nömrəli dayanacaq yerini alqı-satqısına dair müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə "xxxx" MMC tərəfindən Gəncə prospekti 2930 ünvanda yerləşən yaşayış kompleksi, E bloku, -2ci mərtəbəsində yerləşən 41 nömrəli qaraja görə İddiaçı borcu qalmadığına dair arayış verilmişdir. Daha sonra iddiaçı X5 adlı şəxslə həmin dayanacaq yerinin satılması ilə bağlı razılaşmışdır və bununla bağlı beh müqaviləsi imzalanmışdır. İddiaçı hal-hazırda yuxarıda qeyd edilmiş dayanacaq yerinin ona təhvil verilmədiyini, həmin dayanacaq yeri üzərində istifadə, sahiblik və sərəncam hüquqlarının sərbəst həyata keçirilməsinə cavabdehlər tərəfindən süni maneələrinin yaradıldığını, dayanacaq yerinin alınması haqqında müqavilənin rəsmiləşdiriləməsi ilə bağlı "xxxx" MMC-yə müraciət etdiyini, lakin cəmiyyət tərəfindən dayanacaq yerinin X1 ilə bağlı sənədləri rəsmişləşdirməkdən imtina edildiyini bildirsə də, bu halları təsdiq edəcək yetərli sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddianın, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2930-cu məhəllədə tikilən “Panorama Park” yaşayış kompleksinin E binasının 2-ci mərtəbəsində yerləşən 41 saylı dəyəri 19000 manat olan qaraj sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərində vəzifə kimi qoyulması, həmin qaraj sahəsi üzərində istifadə, sahiblik və sərəncam hüquqlarının sərbəst həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılmış süni maneələrinin aradan qaldırılması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərin ona məxsus olan dayanacaq yerinin "xxxx" MMC tərəfindən təhvil verilmədiyi, həmin dayanacaq yeri üzərində sahiblik və sərəncam hüquqlarının sərbəst keçirilməsinə maneələrin yaradıldığını bildirsə də, məhkəməyə bu hallarla bağlı sübut təqdim etməmişdir. Odur ki, iddia bu hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə iddianın X5 ilə iddiaçı arasında bağlanmış beh müqaviləsinə əsasən cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 10000 manat maddi, mənəvi zərərə görə isə 30000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.http://e-qanun.az/alpidata/code/data/0/c_c_8.htm Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM 1092.1-ci maddəsi). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (MM 1092.1-ci maddəsi). Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (MM 1092.3-cü maddəsi). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarda izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə maddi və mənəvi zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddiaçıya cavabdehlərin təqsirli hərəkətləri nəticəsində maddi ziyanın vurulduğu, eyni zamanda, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC və Cavabdeh2 qarşı iddiaçı ilə "xxxx" MMC arasında 16.07.2019-cu il tarixdə bağlanmış E/-2/41 saylı alqı-satqı müqaviləsi və həmin müqaviləyə görə verilmiş maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2930-cu məhəllədə tikilən “Panorama Park” yaşayış kompleksinin E binasının 2ci mərtəbəsində yerləşən 41 saylı dəyəri 19000 manat olan qaraj sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərində vəzifə kimi qoyulması, həmin qaraj sahəsi üzərində istifadə, sahiblik və sərəncam hüquqlarının sərbəst həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılmış süni maneələrinin aradan qaldırılması, X5 ilə iddiaçı arasında bağlanmış beh müqaviləsinə əsasən cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 10000 manat, mənəvi zərərə görə isə 30000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver