Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4235/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizə və onun dəlilləri: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və Maraqlı şəxs2 arasında Bakı Maraqlı şəxs1nda mediasiya reyestrində M-00216 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X5 iştirakı ilə bağladıqları 17 aprel 2023-cü il tarixli barışıq sazişinin alimentin tutulması hissəsində məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs2 arasında rəsmi nikah 09 fevral 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Birgə nikahdan 07 aprel 2015-ci il təvəllüdlü X7 və 24 yanvar 2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra bir müddət araları yaxşı olmuş, sonradan münasibətlər korlanmışdır. Tərəflər hazırda bir evdə yaşasalar da Maraqlı şəxs2 uşaqların saxlanması üçün heç bir yardım göstərmir. Uşaqlar azyaşlı olduqları üçün də ərizəçi işləyə bilmir. Cavabdeh hərbçidir və əmək haqqısı yüksəkdir. Ərizəçi aliment tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş, Maraqlı şəxs2 mediasiya prosesində aliment ödəməyə razı olduğunu bildirmişdir. Tərəflər arasında Bakı Maraqlı şəxs1nda mediasiya reyestrində M-00216 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X5 iştirakı ilə 17 aprel 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin tarixdən 2 ay keçməsinə baxmayaraq o, bu günə qədər alimenti ödəmir, yəni alimentin tutulması hissəsində barışıq sazişinin könüllü icrasından imtina edir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X9 ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxslər Maraqlı şəxs2 və Bakı şəhəri Maraqlı şəxs1na məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Göründüyü kimi Ərizəçi və Maraqlı şəxs2 09 fevral 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 07 aprel 2015-ci il təvəllüdlü X7 və 24 yanvar 2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. Tərəflər arasında mediasiya prosesi nəticəsində 17 aprel 2023-cü il tarixli, M-00216 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə ata Maraqlı şəxs2 övladları X7 və X6 hər ay hər birinə 400 manat, ümumilikdə 800 manat sabit pul məbləğində aliment ödəməyə razı olmuşdur. Lakin Maraqlı şəxs2 öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı ərizəçinin və onun nümayəndəsi və vəkilinin verdiyi izahatlarla müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından doğulmuş X7 və X8 anaları Ərizəçi himayəsində yaşayırlar. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 07 aprel 2015-ci il təvəllüdlü X2 və 24 yanvar 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Maraqlı şəxs2 hər ay 440 manat, ümumilikdə 800 manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mediasiya prosesi nəticəsində tərəflər arasında 17 aprel 2023-cü il tarixli, M-00216 nömrəli barışıq sazişi alimentin tutulması hissəsində təsdiq edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs2 və Ərizəçi arasında bağlanmış 17 aprel 2023-cü il tarixli, M-00216 nömrəli Barışıq sazişi alimentin tutulması hissəsində aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.1. Tərəflər razılığa gəlirlər ki, Maraqlı şəxs2 övladları 07 aprel 2015-ci il təvəllüdlü X2 və 24 yanvar 2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 400 manat, ümumilikdə 800 (səkkiz yüz) manat alimenti Ərizəçi ödəyəcəkdir. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4235/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4235/2023
01.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver