Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-463/2022 22.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi və digər tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlə paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 72 saylı mənzilin (bundan sonra – Mənzil) və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “A” dektoru, 4 saylı bağ sahəsinin (bundan sonra – Bağ sahəsi) naturada bölünməsi mümkün olmadığından açıq hərracda satılması və satış pulunun paylarına mütənasib surətdə bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, mübahisəli Mənzilə dair iddiaçının 1/7 hissədə, cavabdehin isə 6/7 hissədə payları müəyyən edilmiş, bununla bağlı iddiaçının paylı mülkiyyət hüququ 02.07.2021-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır. Həmçinin, mübahisəli Bağ sahəsinə dair iddiaçının 1/7 hissədə, cavabdehin isə 6/7 hissədə payları müəyyən edilmiş, bununla bağlı iddiaçının paylı mülkiyyət hüququ 30.06.2021-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX tərəfindən verilmiş çıxarışlara əsasən əmlaklar onunla cavabdehin paylı mülkiyyətindədir. Cavabdeh ilkin mediasiyada iştirak etmədiyindən məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxışında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, mübahisəli əmlakların naturada bölünməsi ilə bağlı əvvəllər məhkəməyə müraciət etməmişdir. Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəisinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiası əsassızdır. Mənzilin və Bağ sahəsinin iddiaçı ilə cavabdehin birgə paylı mülkiyyəti olması və hər birinin payının müvafiq olaraq 1/7 və 6/7 hissədə olmaqla bölünməsi işin mübahisəsiz halıdır. Paylı mülkiyyətdə olan daşnmaz əşyanın bölünməsini və ondan payın ayrılması əsaslarını tənzimləyən Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Yenə həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmçinin, “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli Qərarında göstərilir ki, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, Mülki Məcəlləsinin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalarına riayət etmədən iddiaçıların ilk tələbi ilə həmin mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə qeyd edir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin kompensasiya vermək imkanı olmadıqda və ya o, kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-463/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-463/2022
22.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver