Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6325/2023 15.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, Ərizəçi “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Ərizəçi “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9569 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9569/2018 saylı 29 oktyabr 2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Yarasa ART Pictures MMC-nin icra orqanının rəhbəri Ərizəçi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, birinci instansiya məhkəməsi yalnız vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır və həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək səlahiyyəti vergi orqanlarına həvalə edilmişdir. Hesab edirəm ki, hazırkı ərizə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsi ilə bağlı olduğundan ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, bununla bağlı olaraq ərizənin qəbul edilməsindən imtina olunmalı, ərizəçiyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək hüququ izah olunmalıdır. MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 151 və 153-cü maddəsinə əsasən Q ə r a r a a l d ı m: Ərizəçi “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsi” haqqında ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6325/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6325/2023
15.08.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver