Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6567/2025 19.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, himayə, aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında xx.xx.2020-ci il tarixdə 284 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X2 onun himayəsində qalması, birgə nikahdan olan övladları xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mən cavabdehlə xx.xx.2020-ci il tarixdə 284 nömrəli qeydlə nikaha daxil olmuşam. Birgə nikahımızdan övladımız - xx.xx.2021-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə ilk əvvəl mehriban yaşasaq da, sonradan münasibətlərimiz pozulmuşdur. Cavabdehlə aramızda son zamanlar anlaşılmazlıqlardan və sair səbəblərdən mən nikahın pozulması qərarına gəlmişəm. Həmçinin birgə nikahdan olan övladımız mənim yanımdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, tərəflərə verilmiş 3 ay ərzində barışıq əldə olunmamışdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, uşağın ananın yanında qalmasına və aliment tələbinə etiraz etmir. Sonda Cavabdeh dediklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 384308 nömrəli Nikah haqqında Şəhadətnamədən görünür ki, X4 və Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 5 saylı Bakı Asan Xidmət X1 nikah bağlanmışdır, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 284 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/11/2025-00551 saylı, xx.xx.2025-ci il tarixli “X3 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı və Cavabdeh İMS-da iştirak etmiş, hər iki tərəfin tələbi ilə proses davam etdirilə bilməmişdir. Mübahisənin predmeti nikahın pozulması, uşağın anada qalması, aliment, uşaqla ünsiyyət olmuşdur. İddiaçı tərəfindən ilkin mediasiyanın keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASC-də avtomatika üzrə mühəndis vəzifəsində işləyir və onun əmək haqqı 3100.00 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixində 5 saylı Bakı Asan Xidmət X1 nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 284 nömrə ilə qeyd edilmişdir, onların birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X5 adında yetkinlik yaşına çatmayan 1 uşağı var, tərəflər arasındakı ər-arvad münasibətləri kəsilmişdir, birgə ailə təsərrüfatı idarə etmirlər, ailənin bərpası mümkün deyil, məhkəmə tərəfindən tərəflərə barışıq üçün 3 ay vaxt verilməsinə baxmayaraq barışıq əldə edilməmişdir, iddiaçı nikahın pozulmasında, uşağın onun yanında qalmasında və aliment tələbində təkid edir, cavabdeh nikahın pozulmasına, uşağın ananın yanında qalmasına və aliment tələbinə etiraz etmir, Cavabdeh "xxxx" ASC-də avtomatika üzrə mühəndis vəzifəsində işləyir və onun əmək haqqı 3100.00 manat təşkil edir. Bununla belə nikahın pozulmasını, yetkinlik yaşına çatmayan uşağın ananın yanında qalması və onun saxlanılması üçün aliment tutulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, nikahın pozulmasına münasibətdə hesab edir ki, tərəflər nikahın pozulmasına razı olduğundan, tərəflərə verilmiş 3 ay müddət ərzində tərəflər arasında barışıq əldə edilmədiyindən və nikahın pozulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixində 5 saylı Bakı Asan Xidmət X1 Nikahın bağlanması haqqında akt qeydləri kitabında 284 nömrə ilə qeydə alınmış nikah pozulmalıdır. Məhkəmə, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalmasına münasibətdə, uşağın onun yanında qalması barədə iddiaçının xahişini, onun yaş həddini, tərbiyəsini, psixi, fiziki, mənəvi inkişafını, halhazırda iddiaçının yanında olmasını, cavabdehin bu barədə etirazının olmaması, həmçinin uşağın ananın yanında saxlanmasını istisna edən halların olmamasını nəzərə alaraq, xx.xx.2021-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulmalı aliment miqdarının müəyyən edilməsinə münasibətdə qeyd edir ki, bu zaman tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olması, uşağın əvvəlki yaşayış səviyyəsi və onun mənafeyinin müdafiəsi zəruriliyi, cavabdehin maddi vəziyyəti, əmək haqqının məbləği (3100.00 manat) kimi digər diqqətəlayiq hallar nəzərə alınmalı və Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay onun əməkhaqqı və digər gəlirlərinin 1/4-i hissəsi miqdarında müəyyən edilməlidir. Məhkəmə, alimentin hansı vaxtdan tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti ərizənin məhkəməyə verildiyi həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.2.1-ci maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. ...Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur Həmin Qərarın 8.2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə, 5 saylı Bakı Asan Xidmət X1 284 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmalı, xx.xx.2021-ci il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılmalı, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2025-ci il tarixindən hesablanmaqla, hər ay onun əmək haqqı və digər gəlirlərinin ¼-i (dörddə biri) miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçının ödədiyi dövlət rüsumu özünə aid edilməli, cavabdehin dövlət rüsumundan azad olması halı məhkəmə tərəfindən müəyyən olunmadığından, 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə, 5 saylı Bakı Asan Xidmət X1 284 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. xx.xx.2021-ci il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılsın. xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2025-ci il tarixindən hesablanmaqla, hər ay onun əmək haqqı və digər gəlirlərinin ¼-i (dörddə biri) miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Dövlət rüsumunun kəsri kimi qalan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6567/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6567/2025
19.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Uşaq tələbi - Alimentin təyin edilməsi tələb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver