Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7253/2021 26.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi “qohumluq faktın müəyyən edilməsi barədə” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi “qohumluq faktın müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək 19.12.1938-ci il təvəllüdlü Vəliyeva (Məmmədova) Brilyant Hüseyn qızı ilə 01.07.1946-cı il təvəllüdlü X1 bacı-qardaş olması və 01.07.1946-cı il təvəllüdlü X1 onun dayısı olması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. Evlənməmişdən öncə soyadı Vəliyeva olmuşdur. Atası X3, anası isə Vəliyeva (Məmmədova) Brilyant Hüseyn qızı olmuşdur. Mərhum dayısı X4 23.03.2021-ci il tarixdə Bakı şəhərində Covid-19 xəstəliyindən vəfat etmişdir. Dayısı evlənməmiş və övladı olmamışdır. Onun rəhmətə getməsindən sonra vərəsələri olaraq o və digər şəxslər miras əmlakın qəbulu üçün 6 saylı Notariat ofisinə müraciət etmiş, bu zaman müəyyən olmuşdur ki, anası ilə dayısı arasında qohumluq faktını müəyyən etmək üçün anasının doğum haqqında şəhadətnaməsi lazımdır. Lakin anası Ermənistan Respublikası ərazisində doğulduğundan onun doğum haqqında şəhadətnaməsinin bərpası mümkün deyildir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ərizəçinin əri, X6 isə bacısı oğlu olduqlarını göstərərək, ifadələrində ərizədə göstərilən xüsusatları təsdiq etdilər. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X3, anası qrafasında X2 qeyd edilmişdir. V-JQ seriyalı, 420116 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X7 arasında nikah 29.12.1990-cı ildə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Dadaşova soyadı verilmişdir. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 ünvan 1 ünvanında qeydiyyatdadır. İİİ-JQ seriyalı, 447699 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 13.10.1987-ci il tarixdə vəfat etmişdir. AZ-İİ seriyalı, 169797 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 23.03.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının MPM-nin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.1-ci maddəsinin tələbinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə 19.12.1938-ci il təvəllüdlü Vəliyeva (Məmmədova) Brilyant Hüseyn qızı ilə 01.07.1946cı il təvəllüdlü X1 bacı-qardaş olması və 01.07.1946-cı il təvəllüdlü X1 Ərizəçi dayısı olması faktları müəyyən olunmuşdur. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339- 341, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ: Ərizə təmin edilsin. 19.12.1938-ci il təvəllüdlü Vəliyeva (Məmmədova) Brilyant Hüseyn qızı ilə 01.07.1946-cı il təvəllüdlü X1 bacı-qardaş olması və 01.07.1946-cı il təvəllüdlü X1 xx.xx.1967-ci il təvəllüdlü Dadaşova (Vəliyeva) Təranə Adil qızının dayısı olması faktları müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-7253/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7253/2021
26.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver