Məhkəmə qərarları › İş №2(011)-74/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-74/2022

05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - İ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-74/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli DEN-00001-04/18A saylı kredit müqaviləsinin və xx.xx.2019-cu il tarixli DEN-00004-04/19A kredit müqaviləsinin ləğv edilməsi, DEN-00001-04/18A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 120355,40 manat əsas borc, 17425.33 manat faiz borcu, 27886,55 manat dəbbə borcu, ümumilikdə 165667,28 manat məbləğində borcun və DEN- 00004-04/19A kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 174361,15 manat əsas borc, 22865,84 manat faiz məbləği, 15752,07 manat dəbbə borcu, ümumilikdə 212979,06 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 iddiaçının xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC-nin “Ticarət” filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli DENG-00001-16/18A saylı ipoteka müqaviləsi və xx.xx.2019-cu il tarixli DENG-00004-04/19A saylı Sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935V məhəllə, 113T saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, ipoteka və sonrakı ipoteka ilə təmin edilmiş kredit borcunun həmin ipoteka və sonrakı ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka və sonrakı ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehlər arasında razılıq əldə edildiyi üçün üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver