Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-897/2022 06.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh QSC “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər QSC "xxxx" KB-ya, "xxxx" MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Xətai rayon İcra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,1 kv.m olan qeyri-yaşayış sahəsinin (311 saylı mağazanın) açıq hərracdan satılmasına dair “X2 yekunları barədə 55/16 saylı xx.xx.2011-ci il tarixli protokol”un və “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx.xx.2011-ci il tarixli müqavilənin” etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən 59,1 kv.m olan qeyri-yaşayış sahəsinə (311 saylı mağazaya) dair QSC "xxxx" KB-nin adına verilmiş çıxarışın ləğv edilməsi, barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2008-ci il tarixli, 2(011)-3107/08 saylı qətnaməsi ilə QSC "xxxx" KB-nın İddiaçı qarşı müqavilənin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilmiş, QSC "xxxx" KB ilə onun arasında bağlanmış xx.xx.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsinin ləğv edilməsi, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,1 kv.m olan qeyri- yaşayış sahəsinin (311 saylı mağazanın) açıq hərracdan satılması, satışdan əldə olunan məbləğdən 172.415,77 manat əsas borc, 22.261,19 manat faiz borcu, 6.907,51 manat cərimə borcu, ümumilikdə isə 201.584,47 manat və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq QSC Bank Standard” KB-nın hesabına keçirilməsi, qeyri-yaşayış sahəsinin satışından əldə olunan vəsaitdən borc ödənildikdən sonra qalıq məbləğin İddiaçı qaytarılması qət edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin 23 fevral 2009-cu il tarixli, 2(103)-1314/2009 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2008-ci il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, qətnamənin icrası Xətai rayon icra Şöbəsinə (keçmiş Xətai rayon məhkəmə icraçıları şöbəsinə) həvalə edilmişdir, bundan sonra Xətai rayon MİK "xxxx" MMC-yə xx.xx.2009-cu il tarixli məktubla müraciət edərək mütəxəssis tərəfindən əmlakın qiymətləndirilməsini xahiş etmişdir, qiymətləndirici təşkilatın ekspert rəyi ilə girov qoyulmuş sahəsi 59,1 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 360000 manat müəyyən edilmişdir, bundan sonra Xəzər rayon MİŞ-nin xx/xx-4286 saylı, xx.xx.2009-cu il tarixli məktubuna əsasən "xxxx" MMC tərəfindən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsi xx.xx.2009-cu il tarixdə açıq hərracda satışa çıxarılmış, lakin alıcı olmadığından əmlak təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, 229500.00 manat olmaqla QSC "xxxx" KB-yə təklif edilmişdir, cavabdeh "xxxx" MMC tərəfindən hərracların keçirilmə yeri və vaxtı barədə iddiaçı, əvvəlki iş üzrə borclu İddiaçı rəsmi qaydada məlumat verilməmiş, o da hərrac keçirilən zaman ondan asılı olmayan səbəblərdən iştirak edə bilməmiş, nə də ki "xxxx" MMC-nin “X2 yekunları barədə 55/16 saylı, xx.xx.2011-ci il tarixli protokolu və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2011-ci il tarixli müqavilə İddiaçı təqdim edilməmişdir. Daha sonra Vəkil izahatında bildirdi ki, sorğu ilə "xxxx" MMC-yə müraciət edilmiş, ondan İddiaçı mülkiyyətində olan mübahisəli əmlakla bağlı bütün sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsini xahiş etmişdir, lakin sorğuya cavab olaraq bildirilmişdir ki, uzun müddət keçdiyindən hərracla bağlı tələb olunan sənədlərin təqdim edilməsi mümkünsüzdür, hətta cavabdeh məhkəmənin sorğusuna da eyni məzmunda cavab vermişdir, göründüyü kimi, cavabdeh "xxxx" MMC qərəzli şəkildə “X2 yekunları barədə 55/16 saylı protokolu və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə - 2011-ci il tarixli müqavilə”ni İddiaçı təqdim etmək istəməmişdir, qeyd edilən hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin mövcudluğundan yalnız Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 1 saylı Bakı Ərazi idarəsinə və Bakı şəhəri Xətai Rayon icra Şöbəsinə ünvanlanmış sorğulara cavab məktublarından sonra məlumatlı olmuşlar, sorğuya cavab olaraq xx.xx.2021 -ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel 23 ünvanında yerləşən 311 saylı mağaza QSC "xxxx" KB-nin adına keçmişdir və hazırda mülkiyyətindədir, təqdim edilmiş xx.xx.2021 -ci il tarixli. **********76 saylı məktubla bildirilmişdir ki, mağaza QSC “Bank Standard" KB-nin adına “X2 yekunları barədə 55/16 saylı, xx.xx.2011 -ci il tarixli protokol”u və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2011 -ci il tarixli müqavilə”yə, habelə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3107/08 saylı, xx.xx.2008-ci il tarixli icra vərəqəsinə və MH seriyalı, ******* saylı çıxarışa əsasən qeydiyyata alınmışdır və hazırda da mülkiyyətindədir. Vəkil həmçinin izahatında bildirdi ki, icra işinə dair sənədlərdən görünür ki, məhkəmənin icra vərəqəsi icra edilməsi məqsədilə xx.xx.2009-cu il tarixli məktubla cavabdeh "xxxx" MMC-yə göndərilmişdir, lakin cavabdeh Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC hərracın nəticələri barədə Xətai rayon icra Şöbəsinə heç bir məlumat vermədiyindən, Xətai rayon İcra şöbəsi hərracın nəticəsi barədə məlumat verilməsi üçün "xxxx" MMC-yə xx.xx.2012-ci il tarixli məktubla, QSC "xxxx" KB-na xx.xx.2015-ci il tarixli məktubla müraciət etmişdir, göründüyü kimi, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi’’ MMC tərəfindən hərrac keçirilsə də, hərracların keçirilməsi vaxtı və yeri, nəticəsi barədə nəinki İddiaçı, Xətai rayon İcra Şöbəsinə də məlumat verilməmişdir, həmçinin icra işinə dair sənədlərdən görünür ki, bugünədək “X2 yekunları barədə 55/16 saylı, 25.05.201-ci il tarixli protokol'u və “Hərracın yekunları üzrə əmlakın alqı-stqısı barədə xx.xx.2011-ci il tarixli müqavilə Xətai rayon icra Şöbəsinə də təqdim edilməmişdir, QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Xətai rayon icra Şöbəsinə 14 oktyabr 2021 -ci il tarixli, **********972 saylı məktub ünvanlanmış və 311 saylı mağazanın xx.xx.2011-ci il tarixdə, 53/16 saylı yekun hərrac protokoluna əsasən 102000 manata balansa götürülməsi barədə məlumat verilmişdir, hərracın keçirilməsi tamamilə ipoteka haqqında qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir, "xxxx" MMC QSC "xxxx" KB-yə ünvanlanmış xx.xx.2009-cu il tarixli məktubu ilə əmlakın təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 229500 manat olmaqla banka təklif etmişdir, həmin məktubdan aydın olur ki, təkrar hərrac keçirilmiş, hərrac baş tutmadığından qeyd edilən qiymətlə alınması üçün banka təklif edilmişdir, lakin QSC "xxxx" KB əmlakı ona 229500 manat olmaqla təklif edildiyi vaxtdan 30 gün ərzində almamışdır, ona təklif ediliyi tarixdən təxminən 2 ilə yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2011-ci tarixdə 102000 manata almışdır, halbuki ipoteka haqqında qanunvericiliyin tələbinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra ona təklif edilmiş əmlakı 30 təqvim günü müddətində qəbul etməzsə, ipotekaya xitam verilməlidir. İddiaçının nümayəndəsi və vəkili həmçinin bildirdi ki, ilkin hərracdan sonra, təkrar hərrac keçirilmiş, əmlak təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə banka təklif edilsə də, heç bir əsas olmadan təklif edilmiş qiymətdən qat-qat aşağı qiymətə, yəni 102000 manata QSC "xxxx" KB-yə satılmışdır, ipoteka predmeti olan əmlakın hansı əsaslarla 102000 manata alınması nə onlara, nə İcra Şobəsinə, nə də digər aidiyyəti orqanlara satılması bu günə qədər müəyyən edilmir, hətta məhkəmədə də bu müəyyən olunmadı, halbuki, ipoteka haqqında qanunvericiliyə əsasən ipoteka predmeti olan əmlakın ilk və təkrar hərraclara çıxarılması nəzərdə tutulmuşdur, əmlakın 3-cü dəfə hərraca çıxarılması qanunvericiliklə təzimlənməmişdir, belə olan halda cavabdeh əmlakın təkrar hərraca çıxarılması barədə məlumat verərək əmlakı 229500 manata banka təklif etsə də, sonradan əmlakın 102000 manata bank tərəfindən alınması müəmmalıdır, belə çıxır ki, ya təkrar hərracdan sonra qanunsuz olaraq 3-cü dəfə, yəni xx.xx.2011-ci il tarixdə yenidən hərrac keçirilmiş və bunun nəticələri üzrə müqavilə bağlanmışdır, ya da saxtakarlıq edilməklə həmin qiymətə rəsmiləşdirilmişdir, belə saxtakarlıq edildiyindən də maraqlı şəxslərin heç birinə məlumat verilməmişdir, hazırda da ümumiyyətlə hərracların sayı, əmlakın banka 229500 manat olmaqla təklif edildiyi halda hansı səbəblərə görə təklif edildiyindən çox aşağı qiymətə yəni 102000 manata satılmasına dair İddiaçı da nə də icra şöbəsində məlumat yoxdur, təkrar hərracın keçirilmiş olması və təkrar hərracda əmlakın hansı qiymətlə hərraca çıxarılması barədə hazırda da kimsədə bir məlumat yoxdur, qeyd etmək olar ki, əmlakın satılması qanuni olmadığından, əmlak bu günə kimi iddiaçıdan alınmamışdır və hazırda da onun istifadəsindədir, məhkəməyə təqdim edilmiş arayışdan da bunu görmək olar, əmlakın heç bir əsas olmadan aşağı qiymətə satılması əvvəlki qətnamə üzrə borclunun, hazırkı iş üzrə iddiaçının bank qarşısında öhdəliklərini qarşılamamışdır ki, bu da iddiaçını əlverişsiz vəziyyətdə qoymuş, icra işi üzrə əlavə çətinliklər yaratmışdır, yəni hələ də iddiaçının 99584,47 manat borcunun olması bildirilir, halbuki hərracın qanuna uyğun olaraq keçirilməsi və əmlakın qiymətləndirilmə üzrə satılması məhkəmə qətnaməsinin icrası üzrə bütün hərəkətlərin yerinə yetirilməsini mümkün etməklə iddiaçının da bank qarşısında öhdəliklərini tam ödəməklə, iddiaçını satışdan əldə olunmuş vəsaitlə də təmin edərdi. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh QSC “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi N.Ə.İbrahimov iddia tələbini qəbul etməyək izahat verərək bildirdi ki, əmlak hərracda satılarkən ilk olaraq birinci dəfə hərrac keçirilir, əgər bu zaman tərəflərdən əmlakı alan olmazsa, hərrac ikinci dəfə təkrarən keçirilir, əmlak 40 faiz aşağı qiymətə hərraca çıxarılmış və bank onu öz balansına götürmüşdür, belə nəticəyə gəlmək olar ki, əgər həmin əmlak 102000 manata balansa götürülmüşdürsə, deməli ilkin qeyd olunan 259.500 manat qiymətə hərraca çıxmamışdır, hərracın keçirilməsində qanun pozuntusu olmamışdır. Sonda cavabdehin nümayəndəsi N.Ə.İbrahimov iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlərə və üçüncü şəxsə xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin və icra məmurunun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 11 may 2022-ci il tarixli məhkəmə iclasında Xətai rayon icra şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2008-ci il tarixli, 2(011)-3107/08 saylı qətnaməsi ilə balı icra işi hələ də davam edir, icraata xitam verilməmişdir, ipoteka ilə bağlı oxşar işlər zamanı hərrac keçirilir və banka təklif olunur, əgər bank buna reaksiya göstərmirsə, yenidən keçirilir, yanız bundan sonra məlum olur ki, əmlak satılıb və ya satılmayıb, 2020-ci ilədək İcra şöbəsi protokolu imzalamasa, hərraca çıxarılan əmlak balansa götürülə bilməzdi, yəni sifarişçi protokolu imzalamasa Dövlət Reyestr xidməti çıxarış vermir və əmlak balansa götürülə bilmirdi, hazırki iş üzrə Əmanətlərin Sığortalanması Fondu icra şöbəsinə cavab məktubu yazana qədər mübahisəli əmlakın satılması ilə bağlı icra şöbəsində məlumat olmamışdır, tərəflərin icra işi ancaq Xətai rayonunda olmuşdur, hal-hazırda da icra işi açıq halda qalmış, xitam verilməmişdir, protokollarla bağlı sorğular verilsə də, icra şöbəsinin sorğusuna cavab verilməmişdir, əmlak barəsində icra şöbəsi tərəfindən şifariş verilmiş və qiymətləndirmə olmuşdur, həmin rəyə əsasən əmlakın dəyəri 360000 manat olmuşdur, əmlak 26 may 2009-ci ildə hərraca göndərilmiş və hərrac keçirilmişdir, bununla bağlı tərəflərə bildiriş də göndərilmişdir, daha sonra avqust ayında Daşınar Daşınmaz Hərrac mərkəzi icra şöbəsinə təklif göndərmişdir ki, əmlak həmin qiymətə əldə olunmadığına görə təklif verilib, belə ki, qiymət birinci təklifdə 15 faiz, ikinci təklifdə isə 25 faiz aşağı salınıb, son olaraq 259500 manata əmlak alına bilərlər, təklif mərhələsi burada bitir, həmin bildiriş Banka göndərilib, məlumat üçün də iddiaçıya göndərilib - 2009-cu il 27 avqustda - daha sonra 2012-ci ildə İcra şöbəsi tərəfindən Daşınar Daşınmaz Hərrac mərkəzinə yenidən sorğu göndərilmiş, lakin ona cavab verilməmişdir, 2013-cü ildə işin vəziyyəti ilə bağlı məlumat alınması üçün yenidən sorğular verilmiş, lakin onlara da cavab verilməmişdir, belə ki, Bank Standarta 2015-ci ildə sorğu verilmiş, lakin o da sorğuya cavab verməmişdir, 2021-ci ildə ƏSF tərəfindən sorğu verilmiş, icra şöbəsi tərəfindən həmin sorğuya cavab verilmişdir, belə ki, 102000 manata Bankın balansına götürülüb, halbuki son təklif 259500 manat olmuşdur, bu barədə icra şöbəsində hər hansı məlumat yoxdur, ya tələbkar ya da borclunun hərraca müraciəti ilə hərrac nəticələri ləğv olunmalı və yenidən hərrac keçirilməlidir, belə hallar olur ki tərəflər qiymətləndirmə ilə bağlı narazı qalırlar və yenidən müraciət olunur, ilkin qiymətləndirilməsi 360000 olan əmlakın daha sonra 259500 manat olması normaldır, lakin 102000 məbləğı ilə bağlı heç bir məlumat yoxdur, belə bir fakta rast gəlinməyib, hərracın nəticələri ləğv olunduğu halda belə, icra şöbəsinə mütləq məlumat verilməli idi və bütün hallarda növbəti qiymətləndirmə icra şöbəsi tərəfindən aparılmalı idi, qiymət barədə istənilən razılaşma ola bilməz, çünki bu qiymət real bazar qiymətinə uyğun olmalıdır. İş materiallarında olan MH seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,1 kv.m olan qeyri-yaşayış sahəsi (311 saylı mağaza) İddiaçı adına qeydiyyata alınmışdır, qeydiyyat tarixi xx.xx.2007-ci ildir. İş materiallarında olan MH seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23/311 saylı mağaza QSC "xxxx" KB-nin xeyrinə hüququ yüklü edilmişdir, qeydiyyat tarixi xx.xx.2007-ci ildir. İş materiallarında olan 23 dekabr 2008-ci il tarixli 2(011)-3107/2008 saylı İcra vərəqəsindən görünür ki, QSC "xxxx" KB və İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli **********7 saylı kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,1 kv.m olan qeyri-yaşayış sahəsinin (311 saylı mağazanın) açıq hərracda satılması, qeyri yaşayış sahəsinin satışından əldə olunan məbləğdən 172.415,77 manat əsas borc, 22.261,19 manat faiz borcu, 6.907,51 manat cərimə üzrə borc, ümumilikdə isə 201584,47 manat və 20 manat ödənilməmiş dövlət rüsumu tutularaq QSC "xxxx" KB-nin hesabına keçirilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1314/09 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 23 dekabr 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Xətai rayon Məhkəməsi tərəfindən Xətai rayon məhkəmə icraçıları şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1314/09 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinin surəti icra hərəkətlərinin davam etdirilməsi məqsədilə sonuncuya göndərilmişdir. İş materiallarından görünür ki, xx.xx.2009-cu il tarixli xx/xx-2661 saylı məktubla Xətai rayon məhkəmə icraçıları şöbəsi tərəfindən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə mağazanın qiymətləndirilməsindən ötrü mütəxəssisin Xətai rayon məhkəmə icraçıları şöbəsinə gəlməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 14 may 2009-cu il tarixli Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,1 kv.m olan qeyri-yaşayış sahəsinin (311 saylı mağazanın) qiyməti 360000 manat müəyyən olunmuşdur. İş materiallarından görünür ki, xx.xx.2009-cu il tarixdə Xətai rayon məhkəmə icraçıları şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş, İddiaçı icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. İş materiallarında olan Xətai rayon Məhkəməsi tərəfindən Xətai rayon məhkəmə icraçıları şöbəsinə ünvanlanmış xx.xx.2009-cu il tarixli məktubdan görünür ki, sonuncudan Xətai rayon Məhkəməsinin 2(011)-3107/08 saylı xx.xx.2008-ci il tarixli qətnaməsinin surəti və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1314/09 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinin surəti icra olunması üçün göndərildiyi qeyd olunmuş, qətnamənin icrası barədə Xətai rayon Məhkəməsinə məsləhət verilməsi xahiş edilmişdir. İş materiallarında olan Xətai rayon məhkəmə icraçıları şöbəsi tərəfindən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, İddiaçı, QSC "xxxx" KB-yə, AR Ədliyyə Nazirlliyi məhkəmə icraçıları Baş idarəsinə ünvanlanmış xx.xx.2009-cu il tarixli 17/74 – 4286 saylı məktubun surətindən görünür ki, girov qoyullmuş 59.1 kv.m olan qeyriyaşayış sahələrinin ilkin standard qiyməti 360000 manat təşkil edir və keçiriləcək hərracda iştirak etmək hüquqlarının olduğu bildirilmişdir. İş materiallarında olan "xxxx" tərəfindən QSC "xxxx" KB-ya ünvanlanmış 01/1974 saylı 27 avqust 2009-cu il tarixli “Təklif”dən görünür ki, sonuncuya, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 saylı qeyri-yaşayış binasında yerləşən 311 saylı mağazanı təklif daxil olan tarixdən satılmazsa 30 təqvim günü ərzində təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətə, yəni 229500 manat olmaqla ala biləcəyi, həmin müddət ərzində alıcılar tərəfindən təklif olarsa onun rəsmi iştirakı ilə hərrac keçirilə biləcəyi bildirilmiş, əks təqdirdə bu müddət ərzində ipoteka predmetini əldə etməməsinə görə ipotekaya xitam veriləcəyi qeyd edilmişdir, məktubun surəti Xətai rayon Mİ şöbəsinə və İddiaçı göndərilməsi qeyd edilmişdir. İş materiallarıda olan “X2 yekunları barədə 55/16 saylı xx.xx.2011-ci il tarixli protokol”undan görünür ki, satılan əmlak iddiaçıya məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,1 kv.m olan qeyri-yaşayış sahəsidir (311 saylı mağaza), əmlakın ilkin hərrac qiyməti 160000 manat, əmlakın təkrar hərracdakı qiymətindən 25% aşağı salınmış qiyməti 102000 manat olmuşdur, əmlak xx.xx.2011-ci il tarixdə QSC "xxxx" KB-yə 102000 manata satılmışdır. İş materiallarında olan 25 may 2011-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, iddiaçıya məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,1 kv.m olan qeyri-yaşayış sahəsi 311 saylı mağaza 102000 manata alıcı QSC "xxxx" KB-yə satılmışdır, satıcı mağazanı alıcıya təhvil verməyi, alıcı isə mağazanı qəbul edib dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən 311 saylı mağaza – qeyri-yaşayış sahəsi QSC "xxxx" KB-nin adına tam paylı xüsusi mülkiyyət kimi keçmişdir, qeydiyyat tarixi xx.xx.2014-cü ildir. İş materiallarında olan Xətai rayon icra şöbəsinin rəisi tərəfindən "xxxx"nə ünvanlanmış xx.xx.2012-ci il tarixli məktubun surətindən görünür ki, hərracın nəticələri barədə Xətai rayon icra şöbəsinə heç bir məlumat verilmədiyi bildirilmiş, hərracın nəticəsi barədə icra şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Xətai rayon İcra şöbəsi tərəfindən DƏDRX-in Bakı ərazi idarəsinə ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 saylı binanın 1-ci mərtəbəsində yerləşən 311 saylı mağaza ilə bağlı hər hansı sənədləşmə aparılarkən Xətai rayon İcra şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Xətai rayon İcra şöbəsi tərəfindən QSC "xxxx" KB-yə ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubdan görünür ki, bankdan İddiaçı tərəfindən 201584,47 manat məbləğində borcunvə 20 manat dövlət rüsumunun banka ödənilibödənilməməsi, ödənilməyibsə nə qədər borcunun qalması barədə Xətai rayon İcra şöbəsinə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı ünvan 10 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən 59.1 kv.m olan 311 saylı mağaza QSC "xxxx" KB-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı ünvan 10 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (311 saylı mağaza) QSC "xxxx" KB-nin adına “X2 yekunları barədə 55/16 saylı xx.xx.2011-ci il tarixli protokol”una, “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx.xx.2011-ci il tarixli müqavilə”yə, habelə Xətai rayon Məhkəməsinin 2(011)-3107/08 saylı xx.xx.2008-ci il tarixli icra vərəqəsinə və MH seriyalı, ******* saylı çıxarışa əsasən xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 8 saylı Vəkil bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinə dair keçirilən hərraclarla bağlı tələb olunan sənədlərin təqdim edilməsi uzun müddət keçdiyindən mümkün olmamışdır. İş materiallarında olan Xətai rayon İcra şöbəsi tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" tərəfindən xx.xx.2009-cu il tarixdə alıcı olmadığından 229500 manat olmaqla banka təklif olunmuşdur, lakin təklifin nəticəsi barədə bugünədək şöbəyə məlumat daxil olmadığı bildirilmiş, icra sənədi üzrə təklifin qəbul olunub-olunmaması barədə Xətai rayon İcra şöbəsinə rəsmi məlumat verməsi xahiş olunmuşdur. İş materiallarında olan QSC "xxxx" KB tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış 29 iyun 2021-ci il tarixli məktubun surətindən görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, 25 may 2011-ci il tarixli 55/16 saylı Hərrac Protokoluna əsasən 102000 manata LPO QSC "xxxx" KB-yə təklif olunmuşdur, əmlak LPO QSC "xxxx" KB-nin balansındadır. İş materiallarında olan Xətai rayon İcra şöbəsi tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, icra sənədi üzrə orclu İddiaçı hazırki borcunun olub olmaması və hansı məbləğdə borcunun olması barədə Xətai rayon İcra şöbəsinə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan QSC "xxxx" KB tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış 15 sentyabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, 25 may 2011-ci il tarixli 55/16 saylı Hərrac Protokoluna əsasən 102000 manata LPO QSC "xxxx" KB-yə təklif olunmuşdur, əmlak LPO QSC "xxxx" KB-nin balansındadır. İş materiallarında olan QSC "xxxx" KB tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış 14 oktyabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-3107/08 saylı xx.xx.2008-ci il tarixli məhkəmə sənədi üzrə girov prdmeti olan borclu İddiaçı mülkiyyətində olan Xətai rayon, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,1 kv.m olan qeyri-yaşayış sahəsi (311 saylı mağaza) xx.xx.2011-ci il tarixdə 53/16 saylı yekun hərrac protokola əsasən 102000 manata balansa götürülmüşdür, qərar üzrə borclu İddiaçı Bank qarşısında hal-hazırda öhdəliyi 99584,47 manat və 20 manat dövlət rüsumu təşkil edir. İş materiallarında olan “A.M.A.Y Holding” tərəfindən verilmiş 28 aprel 2022-ci il tarixli 32/0428 saylı Arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 23 ünvanında 2468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,1 kv/m olan qeyri-yaşayış sahəsi (311 saylı mağaza) 2007-ci ildən hazırki vaxtadək İddiaçı istifadəsindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(011)-3107/08 saylı qətnaməsi ilə iddiaçıya məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,1 kv.m olan qeyri-yaşayış sahəsinin (311 saylı mağazanın) açıq hərracdan satılması, satışdan əldə olunan məbləğdən ümumilikdə 201.584,47 manat və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq QSC "xxxx" KB-nın hesabına keçirilməsi qət edilmişdir, qətnamə icraya yönəldilmiş, Xətai rayon Məhkəmə icraçıları şöbəsi (Xətai rayon İcra şöbəsi) tərəfindən xx.xx.2009-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir, əmlakın hərracda satılması məqsədilə icra məmurunun müraciətinə əsasən əmlak qiymətləndirilmiş, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli rəyə əsasən onun qiyməti 360.000 manat müəyyən olunmuşdur, xx.xx.2009-cu il tarixdə Xətai rayon Məhkəmə icraçıları şöbəsi tərəfindən hərracın təşkilatçısına - "xxxx"nə ünvanlanmış sifarişdə hərraca qoyulan əmlakın ilkin satış qiyməti 360.000 manat göstərilmişdir, "xxxx" MMC-nin xx.xx.2009-cu il tarixli məktubu ilə QSC "xxxx" KB-yə əmlakı 30 təqvim günü ərzində təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətə (229.500 manat) əldə edə biləcəyi, həmin müddət ərzində alıcılar tərəfindən təklif olarsa onun rəsmi iştirakı ilə hərrac keçirilə biləcəyi bildirilmiş, əks təqdirdə bu müddət ərzində ipoteka predmetini əldə etməməsinə görə ipotekaya xitam veriləcəyi qeyd edilmişdir, əmlak "xxxx" və QSC "xxxx" KB arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən xx.xx.2011-ci il tarixində sonuncuya satılmış, əmlakın bank tərəfindən əldə olunmasına əsas olmuş “X2 yekunları barədə 55/16 saylı protokolda onun ilkin hərrac qiyməti 160000 manat, əmlakın təkrar hərracdakı qiymətindən 25 faiz qiyməti 102000 manat qeyd olunmuşdur, Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə "xxxx"nə, xx.xx.2021-ci il tarixdə Əmanətlərin Sığortalanması Fonduna müraciət olunaraq hərracın nəticələri barədə Xətai rayon icra şöbəsinə heç bir məlumat verilmədiyi bildirilmiş, bu barədə icra şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur, həmçinin icra şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə DƏDRX Bakı Ərazi idarəsinə, xx.xx.2015-ci il tarixdə QSC "xxxx" KB-ya xx.xx.2021-ci il tarixdə Əmanətlərin Sığortalanması Fonduna əmlakla bağlı sorğu ilə müraciət olunmuşdur, mübahisəli əmlak hazırda İddiaçı istifadəsindədir. Bununla belə, hərracın keçirildiyi dövrdə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2009cu il tarixli rəyə əsasən onun ilkin satış qiymətinin 360.000 manatdan daha aşağı məbləğdə müəyyən olunması, həmçinin əmlakın əldə edilməsinin 229.500 manatdan daha aşağı qiymətə tələbkara təklif olunmasını, o cümlədən “X2 yekunları barədə 55/16 saylı xx.xx.2011-ci il tarixli protokol” üzrə qeyd edilmiş “iddiaçıya məxsus əmlakın (311 saylı mağaza) hərracda ilkin satış dəyərinin 160000 manat məbləğdə, təkrar hərracdakı qiymətindən isə 25% aşağı salınması ilə nəticədə 102000 manat məbləğdə QSC "xxxx" KB-yə təklif olunması” və bu barədə maraqlı şəxslərin, o cümlədən də iddiaçının məlumatlandırılmasını təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçıya məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,1 kv.m olan qeyri-yaşayış sahəsinə (311 saylı mağaza) dair 2009-cu ildə "xxxx" MMC tərəfindən hərrac keçirilməsinə, ilkin hərrac baş tutmadığından həmin mənzilin xx.xx.2009-cu il tarixli məktubla dəyərindən 25% aşağı qiymətlə (229.500 manat) ipoteka saxlayan QSC "xxxx" KB-yə təklif edilməsinə, lakin tələbkar tərəfindən əmlakın 30 təqvim günü ərzində əldə edilməməsinə və bununla da təkrar hərrac baş tutmadığından qanunvericiliyin tələbləri baxımından mübahisəli mənzilin ipoteka yüklülüyünə xitam verilməli olmasına baxmayaraq, mənzilin heç bir əsas olmadan tələbkar tərəfindən ”X2 yekunları barədə 55/16 saylı xx.xx.2011-ci il tarixli protokol” tərtib olunmaqla 102.000 manata əldə olunması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bununla belə, hərracın təşkilatçısı - cavabdeh "xxxx" məhkəmə iclasında iştirak etməməklə də mənzilin 102000 manata QSC "xxxx" KB-yə satılmasının qanunvericiliyin tələblərinə uyğun olmasını sübuta yetirməmiş, habelə buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri gözlənilmədən keçirilmiş hərrac qanuni hesab olunab oluna bilməz və ona görə də iddia tələbi əsaslıdır və məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 2009-cu ildə qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1.-ci maddəsinə əsasən, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında (Məhkəmə Qərarlarının icrası haqqında)” Azərbaycan Respublikası Qanununun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,1 kv.m olan qeyri-yaşayış sahəsinin (311 saylı mağazanın) açıq hərracdan satılmasına dair “X2 yekunları barədə 55/16 saylı xx.xx.2011-ci il tarixli protokol” və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2011-ci il tarixli müqavilə” etibarsız hesab edilməli, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən 59,1 kv.m olan qeyri-yaşayış sahəsinə (311 saylı mağazaya) dair QSC "xxxx" KB-nin adına verilmiş RX seriyalı ******* saylı çıxarış ləğv edilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehlərə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 100 manat onlardan müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,1 kv.m olan qeyri-yaşayış sahəsinin (311 saylı mağazanın) açıq hərracdan satılmasına dair “X2 yekunları barədə 55/16 saylı xx.xx.2011-ci il tarixli protokol” və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2011-ci il tarixli müqavilə” etibarsız hesab edilsin. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən 59,1 kv.m olan qeyri-yaşayış sahəsinə (311 saylı mağazaya) dair QSC "xxxx" KB-nin adına verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı Çıxarış ləğv edilsin. Dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat cavabdehlər QSC "xxxx" KB, "xxxx" MMC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri XətaiRayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-897/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-897/2022
06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver