Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1018/2021 24.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə xx xxxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri- xx.xx.1971-ci il təvəllüdlü X2 Abşeron rayonu, Masazır qəsəbəsində xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi və bu əsasla ona ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxs üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri- xx.xx.1971-ci il təvəllüdlü X4 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində vəfat etmiş və Abşeron rayon, Saray qəsəbəsində dəfn edilmişdir. Ərizəçi ölümün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona imtina məktubu ilə məhkəməyə müraciət etməsi izah edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə qismən əsaslıdır, qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 724000 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X4 və X1 arasında xx.xx.2012-ci il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Hacıyeva” soyadı verilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 05/Q-928/15 saylı arayışdan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bu səbəbdən də Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon Saray bələdiyyəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 309 №-li arayışdan müəyyən edilir ki, Ərizəçi əri-X4 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Abşeron rayonu, Saray qəsəbəsində dəfn olunmuşdur. Mülki işin materiallarında olan Abşeron Rayon Prokurorluğu tərəfindən göndərilən xx.xx.2020-ci il tarixli, 103-C-20 №-li məktubdan müəyyən edilir ki, X2 ürək çatışmazlığından ölməsi barədə məlumat daxil olduqdan sonra araşdırma aparılmış, araşdırma zamanı baş vermiş hadisədə cinayət hadisəsi olmadığından xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1971-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Ərizənin digər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ölüm faktının müəyyən edilməsi müvafiq icra orqanı tərəfindən icra olunaraq ölüm haqqında şəhadətnamə verildiyindən bunun üçün ərizə verməyə zərurət olmadığından bu hissədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1018/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1018/2021
24.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver