Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1102/2021 16.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızı katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanındakı mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər kürəkəni olmuş Cavabdeh müəyyən səbəblərə görə ona məxsus ünvan 1 ünvanındakı mənzildə qeydiyyata salınmışdır. Cavabdehin onun qızı ilə olan nikahı məhkəmə qaydasında pozulduqdan sonra cavabdeh onlarla həmin mənzildə yaşamır. Bu səbəbdən də cavabdehin həmin evdən istifadə hüququnun itirilməsi zərurəti yaranmışdır. Məhkəməyə təqdim edilən 130049 №-li ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehin mənzildən istifadə hüququnun itirilməsini xahiş edir. İddia ərizəsinin məzmunundan göründüyü kimi cavabdehin mübahisəli mənzilə qeydiyyatı formal olmuşdur, oradan istifadə hüququnun mövcudluğu barədə sənəd iş materiallarında mövcud deyildir.Məhkəmə qeyd edir ki, iddiaçı bu barədə ilkin olaraq müvafiq icra hakimiyyəti orqanına ərizə təqdim etməli, onun müraciətindən imtina olunduğu halda isə müvafiq icra hakimiyyəti orqanının hərəkətindən inzibati məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, hazırkı iddiaya ümumi məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1 maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1102/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1102/2021
16.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver