Məhkəmə qərarları › İş №2(012)-1148/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1148/2021

28.01.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1148/2021 28.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1, İddiaçı Cavabdeh” İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair mülki iş üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh” İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 170-ci maddəsinə əsasən, 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud idiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh” İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdə sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar