Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1166/2023 20.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «mənzilin naturada təhvil verilməsi, bu mümkün olmadıqda pulun qaytarılması və borcun olmamasıyla bağlı maliyyə arayışnın verilməsi» tələbinə dair ilkin iddiası, Cavabdeh MTK-nın İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən müqavilə əsasında ona satılmış Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 313-də tikilən 2-ci binada yerləşən 8-ci mərtəbədə, 813 nömrəli mənzildə 50,45 kv.m sahənin naturada təhvil verilməsinə, həmin mənzildə 50,45 kv.m sahədə kəsir olan 7,65 kv.m sahənin pulunun 5355 manat pulun onun üzərindən silinməsinə, hesablamalarına görə artıq ödədiyi məbləğin 2205 manat pulun ona geri qaytarılmasına, ödədiyi dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq ona qaytarılmasına və onun adına borcun olmamasıyla bağlı maliyyə arayışının verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, Cavabdeh MTK tərəfindən müqavilə əsasında ona satılmış Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 313-də tikilən 2-ci binada yerləşən 8-ci mərtəbədə, 813 nömrəli mənzildə 50,45 kv.m sahənin naturada təhvil verilməsinə, Cavabdeh MTK tərəfindən 50,45 kv.m sahənin naturada təhvil verilə bilməyəcəyi təqdirdə kəsir olan hər bir kv.m sahə üçün 700 manatdan hesablanaraq ondan artıq artıq alınmış məbləğin MTK-dan tutularaq ona qaytarılmasına, ödədiyi dövlət rüsumunun, etibarnaməyə ödədiyi 19 manat pulun və poçt vasitəsilə göndərdiyi 3150 manata görə əlavə ödənilən 22 manat pulun Cavabdeh MTK-dan tutularaq ona qaytarılmasına və onun adına borcun olmamasıyla bağlı maliyyə arayışının verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış «01 İyul» 2019-cu il tarixli, 10 saylı müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh MTK ilə barışdıqlarını və iddia tələbindən imtina etdiyini bildirərək,mülki işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh MTK-nın nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə göndərərək,ilkin iddiaçı iddia ərizəsindən imtina etdiyindən, qarşılıqlı iddia tələbinin baxılmasını şərtləndirən hallar aradan qalxdığından qarşılıqlı iddia tələbindən imtina etdiyini bildirərək,mülki işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul edilmişdirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191,261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «mənzilin naturada təhvil verilməsi, bu mümkün olmadıqda pulun qaytarılması və borcun olmamasıyla bağlı maliyyə arayışnın verilməsi» tələbinə dair ilkin iddiası, Cavabdeh MTK-nın İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi dair iş üzrə iddiadan imtina ərizələri qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan (alındığı vaxtdan) 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1166/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1166/2023
20.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver