Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1191/2024 23.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı birgə nikah dövründə əldə olunmuş əmlak olan daşınmaz əmlaka dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə, əmlakın əvvəlki hüquqi vəziyyətinə gətirilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın ½ hissədə bölünərək paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı birgə nikah dövründə əldə olunmuş əmlak olan daşınmaz əmlaka dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə, əmlakın əvvəlki hüquqi vəziyyətinə gətirilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın ½ hissədə bölünərək paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdiyi Bakı şəhəri Abşeron rayonu Məmmədli kənd ərazisində yerləşən 0.04 hektar həyətyanı torpaq sahəsinə dair qanunsuz şəkildə digər Cavabdeh2 ilə 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisində bağlanılmış torpağa Daşınmaz Əmlaka dair 11 noyabr 2022-ci il tarixli 4Ə/2312 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında digər Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli **********900 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə və torpaq sahəsinin əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılaraq, həmin torpaq sahəsinin 1/2 hissədə Cavabdeh1Fərhadəli oğlu ilə onun arasında sənəd üzrə bölünərək paylarının müəyyən edilməsi barədə və digər Cavabdeh2 ailə üzvləri və əmlakı ilə həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbtdən azad olunması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Cavabdeh1 ilə 12 oktyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuş və onunla birgə nikahlarından 2 övladları doğulmuşdur və uşaqlar hal-hazırda onun himayəsindədir. Məhkəmə qərarına əsasən onların nikahları pozulmuşdur və uşaqların saxlanılması üçün onun xeyrinə aliment tutulmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmışdır. Cavabdehlə uzun müddət bir yerdə yaşasalar da sonradan cavabdehin səhlənkarlığı və ailəyə baxımsızlığı ucbatından ayrılmışlar və hal-hazırda da uşaqlar onun himayəsində olmaqla rəsmi qaydada ayrı yaşayırlar. Cavabdeh Bakı şəhərində yaşayır, o isə Gəncə şəhərində yaşayır və özü də tibb sahəsində fəaliyyət göstərir. Hazırkı mübahisələri ondan ibarətdir ki, cavabdehlə birgə nikah dövründə Abşeron rayon Məmmədli kənd ərazidə 0.04 hektar həyətyanı torpaq sahəsi almışlar və həmin torpaq sahəsi keçmiş əri Cavabdeh1 mülkiyyətində olmuşdur və həmin torpaq sahəsində onlar birgə nikah dövründə ev tikdirmişlər və həmin evin tikilməsində bütün xərcləri o kifayət qədər gəlir və qazancı olduğuna görə o tikdirmişdir. Çünki oğul övladları vardı, düşünürdülər ki, Bakı şəhərində özlərinin evləri olsun. Lakin cavabdeh aliment qətnaməsi və nikahın pozulması barədə qətnaməni aldıqdan sonra özünü subay yazdıraraq, həmin torpaq sahəsini onun razılıq və xəbəri olmadan başqa şəxsə satmışdır və başqa şəxsin mülkiyyətinə vermişdir. Ancaq həmin alqı-satqıdan onun məlumatı yoxdur və bir manat da olsun torpağın və evin satılması ilə əlaqədar qazandığı puldan ona heç bir ödəniş etməmişdir və o heç bir qazanc əldə etməmişdir. Həm notariat orqanı və həm də cavabdeh tərəfindən burda saxtakarlığa yol verilmişdir və birgə nikahda əldə etdiyikləri torpaq sahəsi və ev onun iradə ifadəsi olmadan başqa şəxsin mülkiyyətinə verilmişdir və onunla da onun mülkiyyət hüquqları gələcəkdə gözlənilən və əldə olunacaq mülkiyyət hüquqları əlinidən alınmış olmuşdur və bununla da onun Azərbaycan Respublikası Konstitusiyası və digər normativ hüquqi aktlarla qorunan hüquqları notariat orqanı və cavabdeh tərəfindən kobud şəkildə pozulmuş olmuşdur. Keçmiş əri Cavabdeh1 adına verilmiş xx.xx.2013 cü il tarixli ********** nömrəli reyestrdən çıxarışdan görünür ki, torpaq sahəsi birgə nikah dövründə alınmışdır. 2019-cu ildə rəsmi nikaha düşmüşlər və Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 112/2021 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur və bu hallar təsdiq edir ki, həqiqətən də torpaq sahəsi birgə nikah dövründə əldə edilmişdir. Bu hərəkətlər qanunsuzdur və əsassızdır, notariat orqanı tamamilə qanunsuzluğa və əsassızlığa yol vermişdir. Hər bir halda onun rəsmi nikahda olmağı nəzərə alınmalı və həmin bağışlama müqaviləsi etibarsız hesab edilməli, mülk əmlak əvvəlki vəziyyətinə qaytarılmalı və birgə nikah dövründə əldə olunmuş əmlak kimi torpaq sahəsi cavabdehlə yəni əri Cavabdeh1 ilə onun arasında bölünməli və eyni zamanda üzərində inşa etdikləri tikili ev və digər tikililərin dəyəri müəyyən olaraq, aralarında bölünməsi barədə qətnamə çıxarılmalıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. 28.03..2024-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh2 bu işdə cavabdeh olaraq cəlb edilməsi düzgün deyildir. Çünki Cavabdeh2 vicdanlı alıcı olaraq Cavabdeh1 pul ödəyərək torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində tikilmiş əmlak Cavabdeh1 vəsaiti hesabına tikilmişdir. Əmlak tikildiyi zaman iddiaçı heç bir yerdə işləmirdi. Cavabdeh1 başqa mülkü sataraq bu evi almışdır. xx.xx.2024-cü il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh2 izahatında göstərmişdir ki, cavabdeh kimi bu işə cəlb edilməsinə razı deyil. O sadəcə olaraq Cavabdeh1 pul ödəyərək həmin torpaq sahəsini almışdır. Onun başqa işlərdən xəbəri olmamışdır. İddiaçı vəkili Vəkil1 məhkəməyə teleqram göndərərək xx.xx.2024-cü il tarixə təyin edilmiş iclasa iştirakları olmadan baxılmasını və nəticə verilməsini xahiş etmişdir. 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixində məlumat göndərərək xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər və onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0.04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 90 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. -Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-112/2021 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin olunması, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2009-cu ildə Biləsuvar rayon İHB-nin Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 67 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş X13 və xx.xx.2014-cü ildə anadan olmuş X14 anaları İddiaçı yanında saxlanılmaları, xx.xx.2010-cu ildə anadan olmuş X7 və xx.xx.2014-cü ildə anadan olmuş X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh1 xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, iş üzrə ödənilməmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. -Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-112/2021 saylı qətnaməsindən həmçinin görünür ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2009-cu il tarixində rəsmi nikaha daxil olmuşdur. -Cavabdeh1 tərəfindən 1 saylı Sumqayıt regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə yazılmış xx.xx.2022-ci il tarixli **********769 saylı ərizədən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixində verilmiş **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.04 ha torpaq sahəsini satmaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini təmin etməyi xahiş etmişdir. -Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, Cavabdeh1 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixində verilmiş **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. -Satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsini alıcıya 10000 manata satmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin Vəkillər Kollegiyası Gəncə şəhəri 2 saylı vəkil bürosunun vəkili Anar Abdullayevə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-5148/2023 saylı məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X2 adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlakın olub-olmamasına dair arayışın verilməsi barədə 01 iyun 2023-cü il tarixli, **********, 3-21-3-33/1-5143/2023 saylı məktubuna Cavabdeh3 publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Məktuba cavab olaraq bildirilir ki, ünvan 1ində yerləşən 0.04 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xx.xx.2013-cü il tarixli, **********00 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 (xx.xx.1980-ciil təvəllüdlü) adına olmuşdur. Həmin torpaq sahəsi xx.xx.2022-ci il tarixli, 4Ə-2312 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmış, ona xx.xx.2022-ci il tarixli, **********00 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. -Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ № 455200 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 181 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına “Verdiyeva” soyadı verilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında X1, X14, X13, X3, X6 və X5 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2009-cu il tarixində rəsmi nikaha daxil olmuş və birgə nikah dövründə tərəflərin xx.xx.2010-cu ildə anadan olmuş X13 və xx.xx.2014-cü ildə anadan olmuş X14 adlı iki övladları dünyaya gəlmişdir. Birgə nikah dövründə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* №-li Çıxarışa əsasən ünvan 1ində yerləşən 0.04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. İddiaçı ilə Cavabdeh1 xx.xx.2021-ci il tarixində nikahları rəsmi qaydada pozulmuşdur. xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abasov X4 Nəbi Aliq oğluna ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsini 10000 manata satmışdır. Buna görə də İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı birgə nikah dövründə əldə olunmuş əmlak olan daşınmaz əmlaka dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə, əmlakın əvvəlki hüquqi vəziyyətinə gətirilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın ½ hissədə bölünərək paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad edərək Abşeron rayonu Məmmədli kənd ərazisində yerləşən 0.04 hektar həyətyanı torpaq sahəsinə torpaq sahəsi tərəflərin nikah münasibətləri olduğu zaman birgə nikah dövründə əldə edilmiş, yəni, onların ümumi birgə mülkiyyəti kimi nəzərdən keçirilməlidir. Belə ki, tərəflərin həmin əmlakı birgə nikah dövründə almasını, onların nikaha daxil olması və əmlakın alınması tarixləri tamamilə təsdiq edir. Bu səbəbdən də, iddiaçı birgə nikah dövründə alınmış əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə tamamilə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin: 87.1. maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. 87.2. maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 6.1.5 maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 152.1-152-3-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsi xx.xx.2022-ci il tarixdə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilələrin qanunvericiliyin tələblərinə zidd olaraq bağlandığını iddia edərək həmin müqavilələrin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2020-ci il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülkihüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarı”ndakı formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə Plenum Qərarının tələblərinə istinad edərək məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qiymətləndirib belə qənaətə gəlir ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsi İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə alınmışdır. Tərəflərin nikahları rəsmi qaydada pozulduqdan sonra əmlak xx.xx.2022-ci il tarixində Cavabdeh2 satılmış və bununla da, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Başqa sözlə, cavabdehlər arasında torpaq alqı-satqısına dair bağlanmış müqavilə özlüyündə etibarlı əqd olsa da iddiaçı tərəfindən mübahisələndirilmiş və beləliklə də, həmin əqdin iradə ifadəsinin zədələnməsi ilə bağlanması müəyyən olunmuşdur. Qeyd edilənlərlə müəyyən olundu ki, iddiaçının tələbi qismən əsaslıdır, belə ki, mübahisəli torpaq sahəsinin tərəflərin birgə nikahı dövründə cavabdehin xüsusi müıkiyyəti kimi qeydiyyata alınmasına baxmayaraq iddiaçın həmin əmlakda payı vardır və bu baxımdan iddiaçının həmin əmlak üzərində ½ hissədə payı müəyyən edilməlidir. Mülki Məcəllənin: 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4.maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin: 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 389.1. maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 354.2. maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 377.1. maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.. Mülki Məcəllənin 6.2. bəndinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qanunvericiliyin və Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitə kimi yalnız etibarlı əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticələr yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Eyni zamanda işin araşdırılan hallarından görünür ki, Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli **********900 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış vardır. Məhkəmə qeyd edir ki, cavabdehlər arasında alqı-satqı müqaviləsi ləğv edildiyindən Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməlidir. Belə ki, çıxarışın verilməsinə əsas olmuş sənəd etibarsız hesab olduğundan həmin sənəd əsasında qeydə alınmış dövlət qeydiyyatı da ləğv edilməlidir. Beləliklə, məhkəmə İddiaçı birgə nikah dövüründə əldə etdiyi Abşeron rayonu Məmmədli kənd ərazisində yerləşən 0.04 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisində bağlanılmış 11 noyabr 2022-ci il tarixli 4Ə/2312 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli **********900 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməli, torpaq sahəsi əvvəlki hüquqi vəziyyətinə qaytarılalı, həmin torpaq sahəsi İddiaçına ilə Cavabdeh1 arasında 1/2 hissədə bölünərək payları müəyyən edilməli, Cavabdeh2 əmlakı ilə birlikdə həmin torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi payına uyğun olaraq iddiaçıya təhvil verilməlidir. İddia tələbində Cavabdeh2 ailə üzvləri ilə çıxarılması hissəsi qeyri-müəyyən olduğundan və ailə üzvlərinin adlarının göstərilməməsi səbəbindən təmin edilməməlidir. Eyni zamanda tələbin torpaq sahəsinin zəbtdən azad olunması hissəsi də iddiaçı tərəfindən sübut olunmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Məcəllənin; 337.5. maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qanun qeyd edilən normasına istinad edərək hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 10000 (on min) manat pul vəsaiti Cavabdeh1 alınaraq Cavabdeh2 ödənilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 ilə digər Cavabdeh2 arasında 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisində bağlanılmış torpağa Daşınmaz Əmlaka dair 11 noyabr 2022-ci il tarixli 4Ə/2312 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında digər Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli **********900 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməli, torpaq sahəsi əvvəlki hüquqi vəziyyətinə qaytarılmalı, həmin torpaq sahəsi 1/2 hissədə bölünərək Cavabdeh1 ilə İddiaçı payları müəyyən edilməli, digər Cavabdeh2 əmlakı ilə birlikdə həmin torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi payına uyğun olaraq iddiaçıya təhvil verilməli, alqı–satqı müqaviləsi üzrə ödənilmiş 10000 (on min) manat pul vəsaiti Cavabdeh1 alınaraq Cavabdeh2 ödənilməlidir.dir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli **********900 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin, torpaq sahəsi əvvəlki hüquqi vəziyyətinə qaytarılsın, həmin torpaq sahəsi 1/2 hissədə bölünərək Cavabdeh1 ilə İddiaçı payları müəyyən edilsin, digər Cavabdeh2 əmlakı ilə birlikdə həmin torpaq sahəsindən çıxarılsın, torpaq sahəsi payına uyğun olaraq iddiaçıya təhvil verilsin, alqı–satqı müqaviləsi üzrə ödənilmiş 10000 (on min) manat pul vəsaiti Cavabdeh1 alınaraq Cavabdeh2 ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov