Məhkəmə qərarları › İş №2(012)-125/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-125/2023

07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-125/2023 07.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhallinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsi publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhallinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsi publik hüquqi şəxsinin maraqlı şəxs Abşeron rayon Qeydiyyat şöbəsinə qarşı «doğum faktıın müəyyən edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhallinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsi publik hüquqi şəxsi ərizə ilə məhkəməyə müraciət edərək, müəssisələrində xx.xx.2005ci il tarixdən məskunlaşan xx.xx.1999-cu il təvəllüdlü Məmmədyarova İlahənin doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhallinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsi publik hüquqi şəxsi məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, doğum haqqında şəhadətnamədə soyadın-Məmmədyarova, adın-İlahə, ata adının-Mahir, doğum tarixinin xx.xx.1999-cu il, doğulduğu yerin-Bakı, ata qrafasında-atasının X3, ana qrafasındaanasının X4, valideynlərinin milliyətinin azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhallinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsi publik hüquqi şəxsinin nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində tam dövlət təminatında olan vətəndaş xx.xx.1999-cu il təvəllüdlü Məmmədyarova İlahənin doğumu indiyə qədər qeydiyyata alınmamış və şəxsiyyətini təsdiq edən sənəd yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.1999-cu il təvəllüdlü Məmmədyarova İlahənin doğum haqqında şəhadətnaməsinin alınmasına köməklik göstərilməsini xahiş etmişlər. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron rayon Qeydiyyat şöbəsinə etdikləri müraciətin cavabı olaraq Məmmədyarova İlahənin doğum haqqında akt qeydləri “Vətəndaşlıq vəxiyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat inforasiya sistemində aşkar edilməmiş və müraciətləri təmin etməkdən imtina etmişdir. Buna görə də ərizədə adı qeyd olunan onların müəssisəsində məskunlaşan Məmmədyarova İlahənin doğum faktının müəyyən edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Göstərilənlərə əsasən o, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Abşeron rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasının Əmək və Əhallinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində işləyir. Məmmədyarova İlahə (şərti olaraq) 2005-ci ildən müəssisədədir və Məmmədyarova İlahənin sağlamlığında problem vardır. Məhkəməyə şahid qismində cəlb edilmiş X2 ifadəsində bildirdi ki, o, 2007-ci ildən Azərbaycan Respublikasının Əmək və Əhallinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində işləyir. O, gələndə artıq Məmmədyarova İlahə müəssisədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhallinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsi publik hüquqi şəxsi tərəfindən verilmiş 13 yanvar 2022-ci il tarixli, 10 №-li arayışdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Məmmədyarova İlahə xx.xx.2005-ci il tarixdən Psixo nevroloji uşaq evindən (atılmış) daxil olmuş hal-hazıra kimi həqiqətən 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi publik hüquqi şəxsdə (Saray 7 saylı ağıldankəm uşaqlar üçün internat evi) “Debillik dərəcəsində ağıl zəifliyi nitqin pozuntusu” diaqnozu ilə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Naziriyi “Məhkəmə Tibbi Ekspertiza və X7” Publik Hüquqi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 695 saylı rəydən görünür ki, Məmmədyarova İlahənin müəyyən edilmiş sümük yaşı 20-25 ilə uyğun gəlir. Məhkəmə ərizəçi orqanın nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, şərti olaraq 1999-cu il təvəllüdlü Məmmədyarova İlahə adlı qız uşağı Psixo nevroloji uşaq evindən xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhallinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə daxil olmuş və hal-hazıradək İlahəyə doğum haqqında şəhadətnaməsinin alınması mümkün olmamışdır. Mülki işin məhkəmə gedişatında təxmini xx.xx.1999-cu il təvəllüdlü kimi məhkəməyə təqdim olunan Məmmədyarova İlahənin yaşının müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Naziriyi “Məhkəmə Tibbi Ekspertiza və X7” Publik Hüquqi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 695 saylı rəydən görünür ki, Məmmədyarova İlahənin müəyyən edilmiş sümük yaşı 20-25 ilə uyğun gəldiyi göstərilmişdir. Məhkəmə işin xüsusi faktiki hallarını və ərizədə xahiş olunanların məhkəmədən kənar müəyyən edilməsinin qeyri mümkünlüyünü nəzərə alaraq hesab edir ki, 1999cu il təvəllüdlü Məmmədyarova İlahənin doğum faktının müəyyən edilməli, Məmmədyarova İlahəyə doğum haqqında şəhadətnamənin verilməsinin mümkünlüyü üçün şərti olaraq doğulduğu yerin- Bakı, ata qrafasında-atasının X3, ana qrafasında-anasının X4 yazılması göstərilməlidir. Bundan başqa Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsinin rekzivitlərində “milliyət” qrafası olmadığından, məhkəmə hesab edir ki, ərizə şəhadətnamədə Məmmədyarova İlahənin valideynlərinin milliyətinin azərbaycanlı kimi qeyd edilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 307, 311 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. 1999-cu il təvəllüdlü İlahənin doğum faktı müəyyən edilsin,doğum haqqında şəhadətnamədə soyadı-“Məmmədyarova”, adı-“İlahə”, ata adı-“Mahir”, doğum tarixi-“1999-cu il”, doğulduğu yer- “Bakı”, ata qrafasında atası-“X3”, ana qrafasında anası-“X4” kimi qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar