Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1485/2021 22.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Habil Yunis oğlu Əhmədov İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olunur ki, İddiaçı Cavabdeh1 MMC-nin hüquqi şəxs kimi qeydiyyata alınmasını təsdiq edən sübutu iddia ərizəsinə əlavə etməmişdir. Elektron Məhkəmə protalından çıxarılmış vergi ödəyicilərinin məlumatlarından görünür ki, Cavabdeh1 MMC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 1 mənzil 6 ünvanında yerləşir. İddia ərizəsində digər Cavabdeh2 poçt ünvanının ünvan 2 ünvanı olduğu qeyd edilmişdir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) aşağıda göstərilən maddələrinə əsasən; 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının MPM-nin; 152.1.3. maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda qeyd edilməlidir ki, iddia ərizəsində tələb müqavilə hüquq münasibətlərindən irəli gələn tələbdir ki, həmin tələbin baxılması MPM-nin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyət qaydalarının təsiri altına düşmür. Göstərilənlərə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq iddia ərizəsi ərazi adiyyətinə əsasən düz verilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1485/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1485/2021
22.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver