Məhkəmə qərarları › İş №2(012)-150/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-150/2023

10.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-150/2023 10.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil1 və Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın real bölgüsü, digər mülkiyyətçidən kompensasiya tələbi və ya əmlakın açıq hərracdan satılması tələbinə dair mülki işə 10 yanvar 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,02 ha torpaq sahəsinin ½ hissədə tərəflərin paylarına mütənasib naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda cavabdeh tərəfindən iddiaçının payına mütənasib şəkildə kompensasiya ödənilməsi, kompensasiya məbləğini cavabdeh qəbul etmədiyi halda, əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin aralarında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılması barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,02 ha torpaq sahəsinin ½ tərəflərin paylarına mütənasib naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda cavabdeh tərəfindən iddiaçının payına mütənasib şəkildə kompensasiya ödənilməsi, kompensasiya məbləğini cavabdeh qəbul etmədiyi halda, əmlakın açıq hərracdan satılması, satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin aralarında onların paylarına mütənasib surətdə bölüşdürülməsi və "xxxx" MMC-yə xidmət haqqı olaraq ödənilmiş 200 (iki yüz) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə Abşerom rayonu, Saray qəsəbəsi, V,Axundov küçəsi, ev 29 b ünvanında yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini əldə etmişlər. Abşeron Rayon Məhkəməinin 29 oktyabr 2019-cu il tarixli, 2(012)- 4400/2019 saylı qətnaməsi ilə həmin əmlak üzərində tərəflərin payları ½ olmaqla müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia tələbinin əsaslı olmasını nəzərə alıb, təmin edilməsini xahiş etdi. İddiaçının vəkili-nümayəndəsi eyni zamanda bildirdi ki, iş üzrə alınmış ekspertiza rəyində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar qiymət 37974,45 manat müəyyən edilməsi ilə razı deyildir. İddiaçının özünün təşəbbüsü ilə "xxxx" MMC tərəfindən alınmış mütəxəssis rəyində qeyd olunan 59700 (əlli doqquz min yeddi yüz) manat məbləğin daha real olduğunu hesab edir. Odur ki, kompensasiya məbləğinin 59700 (əlli doqquz min yeddi yüz) manat müəyyən edilməsini, bu mümkün olmadığı halda isə əmlakın açıq hərracda satılması, əldə edilən pulun paylara uyğun aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddianı qismən qəbul etdiyini, kompensasiya məbləğinin artırılmasını qəbul etmədiyini, iş üzrə alınmış məhkəmə ekspertizası rəyində qeyd olunan əmlakın dəyərinin 37974,45 manat hesabı ilə razı olduğunu, fərdi yaşayış evinin hərracdan satılmasına razı olmadığını bildirdi, iddiaçı tərəfindən sonradan əldə edilmiş rəyin sübut kimi qəbul edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan ünvan 4tyabr 2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında ½ hissədə, Cavabdeh ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hisəsi İddiaçı adına, 1/2 hisəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 171 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2022-ci il tarixli 10/5401 saylı rəyindən müəyyən edilir ki, Qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin faktiki vəziyyətini, planda yerləşməsini, torpaq sahəsinin üç tərəfdən qonşu sahələrlə əhatə olunduğunu, yalnız bir tərəfdən küçəyə yol olduğunu, yol olan hissədən isə eni 4.2 metr olan hissədə yola çıxış olduğunu, yardımçı sahələrin (mətbəx, sanitar qovşaq) yeganə olduğunu nəzərə alaraq, tədqiq olunan torpaq sahəsinin və fərdi yaşayış evinin tərəflərin 1/2 payına uyğun olaraq naturada, təcrid sahələr şəklində iki bərabər hissəyə bölünməsinin, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4. 2.9. bəndlərinin və metodik vəsaitin, eləcə də Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1 -nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Qərardadın ikinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki vaxtda mövcud olan orta bazar qiymətləri təqribən 37974,45 manat məbləğində müəyyən edilir. Ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Mülki işin materiallarına əlavə olunan "xxxx" MMC tərəfindən verilmiş Daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli hesabtdan görünür ki, Cavabdeh ½ hissə, İddiaçı ½ hissə paylı mülkiyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin vizual texniki baxış və təqdim edilən fototəsvirlərə əsasən 09 yanvar 2023-cü il tarixinə: bazar dəyəri: 59700,0 (əlli doqquz min yeddi yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsində göstərilmişdir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsində göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsində göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6.maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər 05 oktyabr 2008-ci ildə rəsmi nikaha daxil olmuşlar. Bigə nikahlarından övladları olmamışdır. Aralarında olan nikah 21 sentyabr 2018-ci ildə pozulmuşdur. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən əmlak əldə etmişlər. ünvan 4tyabr 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ünvan 1 ünvanında ½ hissədə, Cavabdeh ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Hazırda İddiaçı məhkəməyə iddia tələbi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,02 ha torpaq sahəsinin 1/2 tərəflərin paylarına mütənasib naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda cavabdeh tərəfindən iddiaçının payına mütənasib şəkildə kompensasiya ödənilməsi, kompensasiya məbləğini cavabdeh qəbul etmədiyi halda əmlakın açıq hərracdan satılması, satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin aralarında onların paylarına mütənasib surətdə bölüşdürülməsi və "xxxx" MMC-yə xidmət haqqı olaraq ödənilmiş 200 (iki yüz) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Məhkəmə araşdırmaları zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2022-ci il tarixli 10/5401 saylı rəyinə əsasənünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölgüsü mümkün deyildir. Ekspertizanın rəyinə əsasən mübahisəli əmlakın hazırki vaxtda mövcud olan orta bazar qiymətinin təqribən 37974,45 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclası zamanı iddiaçı tərəf həmin məbləğlə razılaşmadı, "xxxx" MMC tərəfindən alınmış mütəxəssis rəyində qeyd olunan 59700 (əlli doqquz min yeddi yüz) manat məbləğin daha real olduğunu hesab etdi, həmin məbləğlə də cavabdeh iddiaçıya kompensasiya ödəmək istəmədiyini bildirdi.Göründüyü kimi kompensasiya məbləği barədə tərəflər arasında razılıq olmadı. O halda, iddiaçı əmlakın hərracda satılıb paylara uyğun bölünməsini xahiş etdiyindən məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsində göstərilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,02 ha torpaq sahəsi açıq hərracdan satılmalı, satışdan əldə edilən pul vəsaiti İddiaçı və Cavabdeh paylarına uyğun ½ hissədə onlara verilməlidir. İddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manatı İddiaçı, 25 manatı Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Eyni zamanda iddiaçı tərəfindən təqdim olunmuş qiymətləndirici rəyinin alınması üçün ödənilmiş 200 manat pul vəsaitinin 100 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,02 ha torpaq sahəsi açıq hərracdan satılsın, satışdan əldə edilən pul vəsaiti İddiaçı və Cavabdeh paylarına uyğun hər birinə ½ hissədə onlara verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manatı İddiaçı, 25 manatı Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. İddiaçı tərəfindən təqdim olunmuş qiymətləndirici rəyinin alınması üçün ödənilmiş 200 manat pul vəsaitinin 100 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Hakim : Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver