Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-162/2022 11.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun vəkili X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin bağlanmış hesab edilməsi və ya pulun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən X5 adına olan 0,03 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinə dair onun adına DƏDRX-dən reyestrdən çıxarışın verilməsi və ya 0,03 ha torpaq sahəsini alarkən ödədiyi və inşa etdirdiyi tikiliyə çəkdiyi 36,330 manat pulun ona qaytarılması, habelə dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ilin yay aylarında Cavabdeh1 atasına məxsus olan və Novxanı qəsəbəsində yerləşən, ümumi sahəsi 0,08 ha torpaq sahəsinin 0.03 ha hissəsini, fərdi yaşayış evi tikmək məqsədilə onunla 15000 ABŞ dollarına (milli valyutada 25500 manat) razılaşaraq almışdır. Atası yaşlı və xəstə olduğuna görə danışığı və şifahi alqı-satqını oğlu Mirəli vasitəsilə aparmışdır. Torpağın pulunu Mirənnağı ilə danışıb razılaşandan sonra onun razılığı ilə oğlu Mirəliyə, hər ikisinin yaxından tanıyıb etibar etdiyi X11 vasitəsilə üç dəfəyə, hər dəfə 5.000 ABŞ dolları verməklə ödəmişdir. Həmin vaxt Mirəli ona bildirmişdir ki, atası Mirənnağının mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin hamısını satmaq istəyir, 0,05 ha torpaq sahəsinə müştəri tapıb satarkən, alınmış 0,03 ha torpaq sahəsini də onun adına sənədləşdirəcəkdir. Cavabdeh1 ondan pulu alandan bir müddət sonra 0,05 ha torpaq sahəsini Cavabdeh2 satmaqla, 0,03 ha torpaq sahəsini onun adına keçirərək mülkiyyət sənədi almaq istəyərkən, ondan əlavə olaraq 1.000 manat pul istəmiş, o isə torpağın dəyərini qabaqcadan ödədiyini bildirərək, həmin puldan xərcləməsini və sənədləşdirmə başa çatandan sonra verəcəyini bildirmişdir. Torpağın pulunu ödəyəndən sonra o, satıcı Cavabdeh1 torpağın mülkiyyət sənədini alacağına inanaraq onun razılığı ilə aldığı torpaq sahəsində ailəsi üçün iki otaqlı yaşayış evi tikdirməyə başlamış, lakin sənədləşdirmə işləri başa çatmadığından tikintini yarımçıq saxlamışdır. Fərdi müraciətinə əsasən “X10” MMCnin eksperti Ələsgər Mirzəyev tərəfindən tikinti işləri dəyərləndirilmiş və ekspertin 13 oktyabr 2020-ci il tarixli 323 saylı rəyi ilə müəyyən edilmişdir ki, tikintiyə 10830 manat məbləğində xərc çəkilmişdir. Beləliklə, torpaq sahəsinin alınmasına və tikinti işlərinin aparılmasına ümumilikdə 36.330 manat (25.500+10.830) məbləğində xərc çəkilmişdir. 2020-ci ilin avqust ayında ona məlum olmuşdur ki, Mirənnağı və onun oğlu Cavabdeh1lər, 25.500 manat ödədiyi 0.03 ha torpaq sahəsini və inşa etdirdiyi tikilini qanunsuz olaraq tanışı Cavabdeh2 adına sənədləşdirərək reyestrdən çıxarış almışdır. Bu halları biləndən sonra Mirəli və atası Mirənnağı ilə dəfələrlə görüşmüş, pulunu ödəyib aldığı torpaq sahəsini nə üçün onun adına deyil, Cavabdeh2 adına rəsmiləşdirmələrini soruşmuşdur. Ona bildirmişlər ki, Cavabdeh2 torpaq sahəsinin 0,05 ha hissəsi üzərində olan evlə birlikdə almış və ona çatacaq 0,03 ha torpaq sahəsi üzərində olan inşa etdirdiyi yarımçıq tikili ilə birlikdə özündə saxlamışdır. Onun, həyat yoldaşı Dilbərin və oğlu Nicatın yanında X26 Əliyevə demişdir ki, 0,03 ha torpaq sahəsini İddiaçı satıb və bunun müqabilində 15000 ABŞ dolları pul alıb. Buna görə də Cavabdeh2 0,08 ha torpağı satanda 0.03 ha torpağı İddiaçı adına sənədləşdirməlidir. Bu məsələ ilə bağlı Cavabdeh2 öz razılığını bildirmiş, o isə buna inanmışdır. Göründüyü kimi, 0.03 ha torpaq sahəsini alması ilə bağlı o, öz üzərinə düşən əmlakın dəyərini ödəmək vəzifəsini tam icra etmiş, lakin Cavabdeh1 qanunsuz hərəkəti nəticəsində bu torpağın onun mülkiyyətinə keçirilməsi başa çatdırılmamışdır. Cavabdeh1 0.03 ha torpaq sahəsinin satılmasına dair əqd üzrə üzərinə düşən vəzifəni icra etməmiş, torpaq sahəsini ona satıb, dəyərini alandan sonra onu və üzərində aparılmış tikilini qanunsuz olaraq Cavabdeh2 adına sənədləşdirməklə ona 36330 manat məbləğində maddi ziyan vurmuşdur. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə gedişatında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlərdən onun xeyrinə torpaq sahəsi üçün ödədiyi 15000 ABŞ dolları və orada inşa etdirdiyi tikilinin dəyəri kimi 10830 manat pulun, rüsum kimi ödənilmiş 30 manat pulun və ekspertiza xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. MPM-nin 31.2-ci maddəsinə görə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İddiaçı və onun vəkili X12 məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddiaya etiraz etdi və onun rədd olunmasını xahiş etdi. O əlavə etdi ki, mübahisəli torpaq sahəsi kredit müqaviləsinin təminatı qismində "xxxx" KB ASC-də ipoteka ilə yüklü edilmişdir. Sonradan bu borc Cavabdeh1 tərəfindən ödənilmədiyindən bank iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Çıxarılmış məhkəmə qətnamələrinə əsasən 0,08 ha torpaq sahəsi və üzərindəki 141,6 kv.metrlik yaşayış evi hərraca çıxarılmış və orada satılmışdır. O, iddiaçını 2008-ci ildə deyil, 2018-ci ildə görmüşdür. Bu zaman evin və sahənin bankda girovda olduğunu bildirmiş və torpaq sahəsini əldə etmək üçün banka müraciət etməsini tövsiyə etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, həqiqətən atasına məxsus Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsini 2008-ci ilin yay aylarında İddiaçı satmışdır və bunun müqabilində ondan 15000 ABŞ dolları pul almışdır. Aralarındakı sövdələşmə bu cür olmuşdur ki, torpaq sahəsinin qalan 0,05 ha hissəsi Cavabdeh2 satılacaq, lakin artıq xərc çıxmaması üçün 0,08 ha sahə üçün Cavabdeh2 adına ümumi sənəd alınacaq və bundan sonra 0,03 ha üçün İddiaçı adına ayrıca sənəd alınacaqdır. Torpaq sahəsinin 0,03 ha hissəsi İddiaçıdur, çünki dəyərini tam ödəmişdir və iş üzrə qətnamə çıxarıldıqda bu hal nəzərə alınmalıdır. Bundan başqa, İddiaçı bu torpaq sahəsində tikili inşa etdirmişdir və bu tikilinin dəyəri təqribən 10000- 15000 manat təşkil edir. Həmin tikili iddiaçıya satılmış sahədə yerləşir və torpaq sahəsinin ona satılmasından sonra inşa edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid kimi ifadə verən X11 göstərdi ki, mübahisəli torpaq sahəsi İddiaçı satılmış və torpağın dəyəri kimi 15000 ABŞ dolları pul Cavabdeh1 tərəfindən qəbul edilmişdir. X28 Nağıyev razılaşmışlar ki, artıq vəsait xərclənməməsinə görə qalan 0,05 ha sahə satılacağı təqdirdə 0,03 ha sahə üçün sonradan İddiaçı adına sənəd alınacaqdır. Bu razılaşma şifahi olmuşdur və həmin razılaşmaya o da şahid olmuşdur. İş materiallarında olan MA ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, A.Ələsgər küçəsində yerləşən fərdi yaşayış evi X5 mülkiyyətindədir və xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq 60 ay müddətinə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-708A saylı, 30800118 kodlu şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon AİK-nin 30 avqust 1999-cu il tarixli, 28 saylı qərarı ilə Abşeron rayonu, Novxanı kəndində 0,08 ha torpaq sahəsi X6 verilmişdir. İş materiallarında olan MA ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, A.Ələsgər küçəsində 0,08 ha torpaq sahəsində yerləşən 6 saylı fərdi yaşayış evi xx.xx.2010-cu il tarixdən X5 mülkiyyətindədir. İş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, A.Ələsgər küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən 6 saylı fərdi yaşayış evi X5 mülkiyyətindədir və xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq 60 ay müddətinə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, A.Ələsgər küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən 6 saylı fərdi yaşayış evi X5 mülkiyyətindədir və xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq 60 ay müddətinə "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, A.Ələsgər küçəsində yerləşən 141,6 kv.mertlik, 3 otaqlı 6 saylı fərdi yaşayış evini X9 10000 manata Cavabdeh2 satmışdır. İş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, A.Ələsgər küçəsində 0,08 ha torpaq sahəsində yerləşən 6 saylı fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2017-ci il tarixli, 2(103)-2991/2017 saylı icra vərəqəsindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 21 iyul 2014-cü il tarixli UM-23/14 saylı əsas kredit müqaviləsi əsasında bağlanmış 25 iyul 2014-cü il tarixli 60/14 saylı əlavə kredit müqaviləsi üzrə əsas borc qismində 69.995 ABŞ dolları 90 sent, faiz borcu qismində 5.856 ABŞ dolları 71 sent, cərimə qismində 50 ABŞ dolları, cəmi 75.902 ABŞ dolları 61 sent məbləğində pul vəsaitinin, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 30 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 28 manat, cəmi 58 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın X5 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Aşıq Ələsgər küçəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 75.0 kv.m, köməkçi sahəsi 66,6 kv.m olan 6 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,08 hektar ölçüdə torpaq sahəsinə yönəldilməsi, X5 mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndi, Aşıq Ələsgər küçəsində yerləşən, 3 otaqlı, yaşayış sahəsi 75.0 kv.m, köməkçi sahəsi 66.6 kv.m olan 6 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,08 hektar ölçüdə torpaq sahəsinin açıq hərracda satılması, X6 məxsus Abşeron rayonu, Novxanı kəndi, Aşıq Ələsgər küçəsində yerləşən 6 nömrəli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,08 hektar ölçüdə torpaq sahəsinin ilkin satış qiymətinin 75.000 manat müəyyən edilməsi, məhkəmə xərci - 75 manatın "xxxx" KB ASCdən, 75 manat pulun X4 tutularaq "xxxx" MMC hesabına köçürülməsi, X5 mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndi, Aşıq Ələsgər küçəsində yerləşən 6 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,08 hektar ölçüdə torpaq sahəsinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına Əİiyev Seymur Mirsalam oğlu və Cavabdeh1 "xxxx" ASC-yə olan borcunun ödənilməsi, X5 mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndi, Aşıq Ələsgər küçəsində yerləşən 6 saylı fərdi yaşayış evi satıldıqdan sonra 1 (bir) ay müddətində X9, X20, X13 və X7 həmin fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 yanvar 2018-ci il tarixli protokol və müqavilənin surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2017-ci il tarixli, 2(103)-2991/2017 saylı icra vərəqəsinə əsasən hərraca çıxarılmış Abşeron rayonu Novxanı kəndi, Aşıq Ələsgər küçəsində yerləşən, 3 otaqlı, yaşayış sahəsi 75.0 kv.m, köməkçi sahəsi 66.6 kv.m olan 6 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,08 hektar ölçüdə torpaq sahəsi hərrac təşkilatı tərəfindən 63750 manata X1. İş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, A.Ələsgər küçəsində 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 6 saylı fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən X14 mülkiyyətindədir. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, A.Ələsgər küçəsində yerləşən 141,6 kv.mertlik, 3 otaqlı 6 saylı fərdi yaşayış evi və 500 kv.metr torpaq sahəsini X21 (onun adından etibarnamə üzrə Cavabdeh2) cəmi 40000 manata X2. İş materiallarında olan ********** qeydiyyat saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, A.Ələsgər küçəsindəki 0,05 ha torpaq sahəsində yerləşən 6 saylı fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdən X15 mülkiyyətindədir. İş materiallarında olan ********** qeydiyyat saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, A.Ələsgər küçəsindəki 0,03 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdən X14 mülkiyyətindədir. Onun adına eyni tarxili torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, A.Ələsgər küçəsində yerləşən 0,03 ha torpaq sahəsini X21 cəmi 25000 manata X3. İş materiallarında olan ********** qeydiyyat saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, A.Ələsgər küçəsindəki 0,03 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdən X18 mülkiyyətindədir. Onun adına xx.xx.2020-ci il tarxili torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan “X10” MMC-nin 13 oktyabr 2020-ci il tarixli 323 saylı rəyindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində İddiaçı tərəfindən inşa etdirilmiş 1 mətəbəli yarımçıq tikiliyə və daş hasara çəkilən xərclərin təqribi dəyəri 10830 manat təşkil edir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi cavabdehlərdən Cavabdeh1 atası X6 məxsus olmuş, sonradan bu əmlak bank kreditin təminatı olaraq "xxxx" KB ASC-yə ipoteka qoyulmuş və borc ödənilmədiyinə görə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən tutmanın həmin daşınmaz əmlakın üzərinə yönəldilməsi və həmin əmlakın hərracda satılaraq borcun ödənilməsi qət edilmişdir. Bu barədə hərrac 04 yanvar 2018-ci il taixdə keçirilmiş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə protokol və müqavilə ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2017-ci il tarixli, 2(103)-2991/2017 saylı icra vərəqəsinə əsasən hərraca çıxarılmış Abşeron rayonu Novxanı kəndi, Aşıq Ələsgər küçəsində yerləşən, 3 otaqlı, yaşayış sahəsi 75.0 m2 olan, köməkçi sahəsi 66.6 m2 olan 6 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,08 hektar ölçüdə torpaq sahəsi hərrac təşkilatı tərəfindən 63750 manata X1. A.Ə.Məmmədov sonradan özünə məxus olan həmin daşınmaz əmlakı qanuni əsaslarla müxtəlif şəxslərə satmışdır. İddiaçı iddia edir ki, Cavabdeh1 bu torpaq sahəsinin 0,03 ha hissəsini 2008-ci ili yay aylarında ona satmış və bunun üçün ondan 15000 ABŞ dolları pul almışdır. Qüvvədə olan qanunvericiliyə görə daşınmaz əmlaka dair alqı-satqı müqavilələri yazılı formada bağlanmalı və notarial qaydada təsdiqlənməlidir. Tərəflər arasında belə bir müqavilənin mövcud olmaması işin mübahisəsiz halıdır. Bununla belə, İddiaçıla Cavabdeh1 arasında bu əmlakla bağlı şifahi razılaşmanın olması və buna görə 15000 ABŞ dolları pulun verilməsi işdə olan mötəbər sübutlarla təsdiqini tapır. Belə ki, həmin məbləğdə pulu mübahisəli torpaq sahəsini satmaq məqsədilə qəbul etdiyini Cavabdeh1 etiraf etmişdir. İşdə olan hüquqmüəyyənedici sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsi hazırda özgəninkiləşdirilərək başqa şəxslərin adına keçirilmişdir. Başqa sözlə, işdən görünür ki, Cavabdeh1 İddiaçı 15000 ABŞ dollarını heç bir hüquqi əsas olmadan almış və əsassız varlanmışdır. MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 heç bir qanuni və ya müqavilə əsası olmadan İddiaçı 15000 ABŞ dolları məbləğində pulunu əldə edərək əsassız varlanmışdır və deməli, o, yuxarıda qeyd edilən normanın tələbinə görə əldə etdiyi məbləği İddiaçı qaytarmalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı ona satılması vəd edilmiş torpaq sahəsində tikinti işləri görmüş və buna 10830 manat məbləğində xərc çəkilmişdir. Hazırda həmin torpaq sahəsi və üzərində yerləşən yarımçıq tikili ona məxsus olmadığından bu xərc zərər kimi qiymətləndirilməli və ona qaytarılmalıdır. Məhkəmə bu hissədə də tələbi əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı 0,03 ha torpaq sahəsinə görə Cavabdeh1 15000 ABŞ dolları pul ödədikdən sonra bu sahədə tikili inşa etdirməyə başlamış, lakin sonradan sənədləşmə işlərinə görə tikili yarımçıq qalmışdır. Aparılmış inşaat işlərinin dəyəri 10830 manat təşkil edir. Məhkəmə bu barədə iddiaçının təqdim etdiyi “X10” MMC-nin 13 oktyabr 2020-ci il tarixli 323 saylı rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, Cavabdeh1 İddiaçı bu məbləğdə maddi ziyan vurduğundan və cavabdeh bu məbləğlə razılaşdığından həmin məbləğ ondan tutulmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını, Cavabdeh1 iddianı etirafını, işin konkret hallarını və işdə olan mötəbər sənədlərlə mübahisəli 0,03 ha torpaq sahəsinə görə Cavabdeh1 əsassız olaraq 15000 ABŞ dolları varlanması, həmçinin İddiaçı orada tikinti işləri gördürərək 10830 manat maddi ziyana düşməsinin öz təsdiqini tapdığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdeh1 15000 ABŞ dolları (ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə) və 10830 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Cavabdeh2 qarşı qaldırılmış tələb öz təsdiqini tapmadığından məhkəmə iddianı ona dair hissədə əsaslı hesab etmir və təmin edilməməsi qənaətinə gəlir. Həmçinin ekspertiza xərcinin ödənilməsi ilə bağlı İddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, ekspertiza xərcinin cavabdehlərdən tutulması barədə onun iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 15000 ABŞ dolları (ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə) və 10830 manat, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-162/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-162/2022
11.02.2022 · Müqavilələrin məcburi bağlanması - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver