Məhkəmə qərarları › İş №2(012)-1682/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1682/2021

25.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1682/2021 25.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X5rşı ölüm faktının müəyyən edilməsi və cavabdehin üzərinə şəhadətnamə verilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsinə 25 may 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X5rşı ölüm faktının müəyyən edilməsi və cavabdehin üzərinə şəhadətnamə verilməsi öhdəliyinin qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri- 18.10.1956-cı il təvəllüdlü X4 Abşeron rayonu, Xırdalan şəhəri, «Quşçuluq» massivi, Babək küçəsində yerləşən 4C ünvanında 19.08.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi və bu əsasla ona ölüm faktını təsdiq edən tibbi şəhadətnamə verilməsi öhdəliyinin «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X9 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, uzun müddətdir şəkərli diabet xəstəliyinə tutulan və 2 ildir ki, ürək çatışmazlığından əziyyət əri- 18.10.1956-cı il təvəllüdlü X6 19.08.2020-ci il tarixdə qəflətən yatdığı yerdə vəfat etmişdir. Ailəsi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına zəng etmiş, onlar gəldiyi zaman isə artıq həkimə qədər ölüm gərçəkləşmişdir. Bu barədə onlara xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Mərhum Masazır kənd qəbirstanlığında dəfn olunmuşdur. İddiaçı ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxs2nə müraciət etmiş, lakin ona tibbi şəhadətnamə təqdim etmədiyi üçün imtina məktubu verilmişdir. Tibbi şəhadətnamənin verilməsi üçün daha sonra «Abşeron Rayon Mərkəzi Xəstəxanası»-na müraciət etsə də, mərhumun ölüm səbəbi məlum olmadığı üçün ona tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan sonra isə iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia ərizəsində göstərilənləri təsdiq edərək, ərizəsində yazılanlara uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X12 məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Maraqlı tərəf Maraqlı şəxs2 nümayəndəsi də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin və maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, atası şəkər xəstəliyindən əziyyət çəkirdi və ürək çatışmazlığı vardı. Bir gün qəflətən vəfat etdi. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan AZE seriyalı 16078500 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X6 18.10.1956-cı il tarixdə Ağdam rayonu, Başqərvənd kəndində anadan olmuşdur. Mülki işin materiallarında olan 284390 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X6 və X1 arasında nikah 23.03.1979-cu il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 329 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Bəhruzi” soyadı verilmişdir. Mülki işin materiallarında olan X3 Yardım Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, 19.08.2020-ci il tarixdə saat 05:55 radələrində 18.10.1956-cı il təvəllüdlü X4 meyidi Abşeron rayonu, Xırdalan şəhəri, «Quşçuluq» massivi, Babək küçəsində yerləşən 4C ünvanında aşkar edilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilən 01 oktyabr 2020-ci il tarixli arayışdan müəyyən edilir ki, Ərizəçi həyat yoldaşı X6 həqiqətən də, 19.08.2020-ci il tarixdə Masazır kənd qəbirstanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan 01.09.2020-ci il tarixli, 4139 №-li arayışdan müəyyən edilir ki, Ərizəçi həqiqətən də, Abşeron rayonu, Xırdalan şəhəri, «Quşçuluq» massivi, Babək küçəsində yerləşən 4C ünvanındakı fərdi yaşayış evində yaşayır və əri X6 həmin evdə rəhmətə gedənə qədər həyat yoldaşı ilə birgə yaşayıb. Mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanası» X12 tərəfindən ərizəçiyə verilən 23 oktyabr 2020-ci il tarixli, 1740 saylı cavab məktubundan müəyyən edilir ki, 18.10.1956-cı il təvəllüdlü X4 ölümünün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etməməsinə görə ona Abşeron rayon Poliklinikası tərəfindən ölüm haqqında şəhadətnamə verilmir. Mülki işin materiallarında olan Maraqlı şəxs2 tərəfindən verilmiş 04.09.2020-ci il tarixli, 05/Q-1020/15 saylı məktubdan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bu səbəbdən də Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, 18.10.1956-cı il təvəllüdlü X4 19.08.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində ölməsi faktı iş materialları ilə tam təsdiq olunduğundan iddia bu hissədə təmin edilməli, 18.10.1956-cı il təvəllüdlü X4 19.08.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməlidir. İddia tələbinin digər hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanası» X12 tərəfindən ərizəçiyə verilən 23 oktyabr 2020ci il tarixli, 1740 saylı cavab məktubu ilə 18.10.1956-cı il təvəllüdlü X4 ölümünün səbəbi məlum olmadığına görə ona Abşeron rayon Poliklinikası tərəfindən ölüm haqqında şəhadətnamə verilməməsi kimi imtinası qanuni və əsaslı olduğundan iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 18.10.1956-cı il təvəllüdlü X4 19.08.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 18.10.1956-cı il təvəllüdlü X4 19.08.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar