Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1688/2022 10.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3, Üçüncü şəxs şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Sumqayıt Regional Ərazi Şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh-yə, üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə qarşı «ona verilməsi nəzərdə tutulan müavinətin ölkəmizdəki minimum əmək haqqı məbləğinə uyğunlaşdırılması, manatın inflyasiyasına uyğun olaraq Dövlət Sosial Müdafiə Fonduna hər ay və ya birdəfəlik hesablamaqla ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-dən ona verilməsi nəzərdə tutulan müavinətin ölkəmizdəki minimum əmək haqqı məbləğinə uyğunlaşdırılması, manatın inflyasiyasına uyğun olaraq Dövlət Sosial Müdafiə Fonduna hər ay və ya birdəfəlik hesablamaqla həmin müavinatin ona verilməsi üçün keçirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh-də qanuni əmək fəaliyyəti ilə məşğul olmuş, 18 may 2012-ci il tarixdə əmək müqaviləsi ilə üzərinə qoyulmuş vəzifələri yetirərkən xəsarət almışdır. Aldığı xəsarət nəticəsində əmək qabiliyyətini demək olar ki, itirmişdir. Sağ əlinin barmaqlarının dəzgaha düşməsi nəticəsində kəsilməsi istehsalatda baş vermiş bədbəxt hadisə kimi “İZ” formalı aktla rəsmilləşdirilmiş və Cavabdeh-də uçota alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 03 nömrəli qərarıilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə ödənc verilməsi qaydaları, şərtləri, məbləği” -nin 1.1-ci bəndinin axrıncı abzasının tələblərinə əsasən zərər çəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilməlidir. Həmin Qaydaların 1.3-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt ("İZ formalı akt) və işçinin peşə əmək qabiliyyətinin itirilməsini və ya peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının rəyi olduqda əmək xəsarətinə görə dəyən zərərin əvəzi ödənilməlidir. Həmin qaydaların 2.1-ci bəndinin tələblərinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi 2012-ci ilin may ayında əmək müqaviləsi üzrə üzərinə qoyulmuş vəzifələri yerinə gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. İşçilər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunduqları halda dəymiş zərərin əvəzi "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq qaydada hesablanıb ödənilir. Göstərilənləri nəzərə alaraq 27 iyun 2013-cü il tarixdə Cavabdeh üzrə “Zərərə görə verilən ödənc haqqında” əmr verilmiş və onun ştat cədvəli ilə tutuduğu vəzifəyə uyğun aldığı 220 manat əmək haqqının 50 % nisbətində yəni hər ay 110 manat məbləğində aylıq müavinat ödənilməsi nəzərdə tutulmuşdur. O, vaxtdan fasilələrlə və bir sıra əlaqədar təşkilatlara müraciət edib əziyyət çəkəndən sonra ona ödəniləcək 110 manat müavinat ödənilməyə başlamışdır. 2021-ci ilin yanvar-ayından yenə də müavinatın ödənilməsi dayandırılmışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmiş və müraciətinə cavab olaraq cavabdehin qanuna zidd hərəkətlərindən yəni, qanunla nəzərdə tutulmuş müavinatın ödənilməməsindən məhkəməyə müraciət edə biləcəyi bildirimişdir. Ona vurulan zərər onun sağlamlığına vurulan zərərdir və həmin zərərin müqabilində kompensassiya ödənilməsi nəzərdə tutulmuşdur. Baxmayaraq ki, 2012-ci ildən indiki vaxtadək Azərbaycan manatı dəfələrlə infilasiyaya uğramış, manatın alıcılıq qabiliyyəti dəfələrlə aşağı düşmüşdür, ona ödəniləcək müavinatın miqdarı isə dəyişdirilmədən qalmışdır. Qeyd edilənlərə əsasən, o, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X8 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddia tələbində nəzərdə tutulan müavinətin Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməsi düzgün deyildir. Zərər Dövlət Sosial Müdafiə Fondu tərəfindən deyil, işəgötürən tərəfindən ödənilməlidir. Odur ki, o, iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Sumqayıt Regional Ərazi Şöbəsinin nümayəndəsi X9 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı istehsalat qəzası nəticəsində əmək qabiliyyətinin 50 %-ni itirmişdir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 03 nömrəli qərarına əsasən, istehsalatda bədbəxt hadisə baş verərkən zərərçəkmişin xərcləri müəssisə tərəfindən ödənilir. Ödənilən pulun minimum əmək haqqına uyğunlaşdırılması qərarda da öz əskini tapmışdır. Azərbaycan Respublikası üzrə kütləvi artım və minimum əmək haqqı artım olarkən pensiya və müavinətlərdə də artım olacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətində belə şikayətlər olarkən, əgər əmək haqqı düzgün hesablanmayıbsa, X10 Xidməti əmək haqqını yenidən hesablayaraq, müəssisədən tələb edir. Lakin hazırda Cavabdeh-nin fəaliyyət fgöstəribgöstərmədiyi barədə məlumatı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli əmək müqavəsindən görünür ki, işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanmış, işçinin aylıq əmək haqqı 220 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 27 iyun 2013-cü il tarixli, 12 saylı əmrdən görünür ki, istehsalatda əmək funksiyalarını yerinə yetirərkən xəsarət almış X5 13 sentyabr 2012-ci il tarixdən hesablanmaqla peşə əmək qabiliyyətini itirməzdən əvvəl malik olduğu orta aylıq əmək haqqının 50 faizi nisbətində, hər ay 110 manat məbləğində aylıq müavinət ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-219/2012 saylı, 30 avqust 2012-ci il tarixli hökmündən görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 500 manat miqdarında cərimə növündə cəza təyin edilməsi, X2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm icraya yönələnədək qüvvədə saxlanılması, iş üzrə məhkəmə təhlükəsizlik texnikası ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pulun məhkəmə məsrəfi kimi X1 tutulub dövlət nəfinə keçirilməsi, X6 cinayət hadisəsi nəticəsində sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi üçün mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququnun izah edilməsi hökm edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2011-ci il tarixli əmək müqavəsindən göründüyü kimi işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanmış, işçinin aylıq əmək haqqı 220 manat müəyyən edilmişdir. 18 may 2012-ci il tarixdə İddiaçı əmək müqaviləsi ilə üzərinə qoyulmuş vəzifələri yetirərkən xəsarət almış, aldığı xəsarət nəticəsində əmək qabiliyyətini itirmişdir. Cavabdeh tərəfindən verilmiş 27 iyun 2013-cü il tarixli, 12 saylı əmrinə əsasən, istehsalatda əmək funksiyalarını yerinə yetirərkən xəsarət almış X5 13 sentyabr 2012-ci il tarixdən hesablanmaqla peşə əmək qabiliyyətini itirməzdən əvvəl malik olduğu orta aylıq əmək haqqının 50 faizi nisbətində, hər ay 110 manat məbləğində aylıq müavinət ödənilməsi əmr edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 03 nömrəli qərarına əsaslanarq hesab edir ki,iddia tələbinin iddiaçıya cavabdeh təşkilat tərəfindən verilməsi nəzərdə tutulan müavinətin minimum əmək haqqı məbləğinə uyğunlaşdırılmasının qanuni əsası vardır və idia tələbi bu hissədə təmin edilməlidir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 03 nömrəli qərarının 1.1-ci bəndinə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmin qərarın 3.5-ci maddəsinə əssən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa məhkəmə hesab edir ki,iddia tələbinin manatın inflyasiyasına uyğun olaraq hər ay və ya birdəfəlik hesablamaqla müavinətin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən cavabdehə ödənilməsi hissəsinin qanuni əsasları olmadığı və iddia tələbi bu hissədə əsassız olduğundan rədd edilməlidir.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 03 nömrəli qərarında müəyəyn edildiyi kimi “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi təqsirkar müəssisə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh-dən İddiaçı verilməsi nəzərdə tutulan müavinət Azərbaycan Respublikasında minimum əmək haqqı məbləğinə uyğunlaşdırılsın. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1688/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1688/2022
10.06.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Sair işlər - Əmək mübahisələri - Digər - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver