Məhkəmə qərarları › İş №2(012)-1704/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1704/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun t
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1704/2022 08.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «mənzil tikinti kooperativi üzlərinin ümumi yığıncağının qərarının verilməsi vəzifəsinin cavabdeh təşkilatın üzərinə qoyulması və mənzillərə istifadə, sahiblik və mülkiyyət hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasında 3-cü blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 133,6 m2 olan izolə olunmuş 4 otaqlı, 54 saylı və Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış binasında 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 83 m2 olan 2 otaqlı 23 saylı mənzillərə dair Cavabdeh MTK-nın binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması, Cavabdeh MTK ilə onun arasında “Mənzil tikintisi haqqında" 30 noyabr 2019-cu il tarixli, 439 saylı və “Mənzil tikintisi haqqında” 11 yanvar 2021-ci il tarixli, 687a saylı müqavilələrdən irəli gələn adları qeyd edilən mənzillərə dair istifadə, sahiblik və mülkiyyət hüquqlarının məhkəmə tərəfindən tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh MTK ilə onun arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasında 3-cü blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 133,6 m2 olan izolə olunmuş 4 otaqlı, 54 saylı mənzilin ayrılması barədə “Mənzil tikintisi haqqında” 30 noyabr 2019-cu il tarixli, 439 saylı müqaviləsi bağlanmış, mənzilin dəyəri 43000 manat tərəfindən ödənmişdir. Daha sonra yenə Cavabdeh MTK ilə onun arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış binasında 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 83 m2 başqa iki otaqlı, 23 saylı mənzilin ayrılması barədə “Mənzil tikintisi haqqında” 11 yanvar 2021-ci il tarixli, 687a saylı müqaviləsi bağlanmış, mənzilin dəyəri 31000 manat tərəfindən ödənmişdir. Qeyd edilən mənzillərin payçısı olmağı ilə əlaqədar "xxxx" MTK-nın üzvləri tərəfindən qəbul edilən ümumi yığıncağının qərarını və protokolu əldə etmək məqsədilə tərəfindən "xxxx" MTK-ya 13 yanvar 2022-ci il tarixli müraciət göndərilmişdir. Ancaq cavabdeh tərəfindən müraciəti cavablandırılmamışdır. Həmçinin, 2019-cu noyabr ayında "xxxx" MMC-dən (hüquqi varis Cavabdeh MTK) Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış binasında biri 4 otaq, digəri 2 otaq olmaqla iki mənzil almışdır. Mənzilləri aldıqdan 5 ay sonra aldığı iki otaqlı mənzilin başqa alıcısı ortaya çıxmışdır. Həmin alıcı iddia edərək bildirmişdir ki, iki otaqlı mənzili ondan əvvəl almışdır. Yaranmış problemin həll edilməsi məqsədilə Cavabdeh MTK iiə aralarında bağlanılan “Mənzil tikintisi haqqında” 11 yanvar 2021-ci il tarixli, 687a saylı müqaviləsinə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış binasında 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 83 m2 başqa iki otaqlı 23 saylı mənzil verilmişdir. Qeyd edilən mənzillərə dair əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasını istəyir. Lakin hal-hazırda bu mümkün deyildir. Çünki mənzillərə dair "xxxx" MTK-nın binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və protokolu mənə verilmir ya da ümumiyyətlə belə qərar və protokollar yoxdur. Bina tikilmiş, qapısı isə hələki qoyulmamışdır. Onu narahat edən isə hələki yoxdur.Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MTK-nın nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Cavabdeh MTK-ya müraciət etmişdir. O, iddia tələbinin mülkiyyət, istifadə və sahiblik hüquqlarının tanınması hissəsində etiraz etmir. Bu mənzil ilə bağlı heç bir mübahisə yoxdur. İş materiallarında olan 30 noyabr 2019-cu il tarixli, 439 saylı müqavilədən görünür ki, icraçı Cavabdeh MTK Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 133,6 m2 olan izolə olunmuş 4 otaqdan ibarət 54 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 30 noyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Rüstəmov X4 şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 133,6 m2 olan izolə olunmuş 4 otaqdan ibarət 54 saylı mənzilə görə 43000 manat məbləğində pul ödəmişdir. İddiaçı Cavabdeh MTK-ya heç bir borcu yoxdur. İş materiallarında olan 11 yanvar 2021-ci il tarixli, 687a saylı müqavilədən görünür ki, icraçı Cavabdeh MTK Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 83 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 23 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 11 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Rüstəmov X4 şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 83 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 23 saylı mənzilə görə 31000 manat məbləğində pul ödəmişdir. İddiaçı Cavabdeh MTK-ya heç bir borcu yoxdur. Məhkəmə işdə iştiak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, 30 noyabr 2019-cu il tarixli, 439 saylı müqaviləsinə əsasən, icraçı Cavabdeh MTK Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 133,6 m2 olan izolə olunmuş 4 otaqdan ibarət 54 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş,11 yanvar 2021-ci il tarixli, 687a saylı müqaviləsinə əsasən isə icraçı Cavabdeh MTK Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 83 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 23 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, iddiaçı tərəfindən mənzillərin dəyəri tam ödənilmişdir. Lakin Cavabdeh MTK tərəfindən bugünədək mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı İddiaçı verilməmişdir. Belə olan təqdirdə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-4.1-ci maddəsi və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113-cü maddələrini nəzərə alaraq hesab edir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasında 3-cü blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 133,6 m2 olan izolə olunmuş 4 otaqlı, 54 saylı və Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış binasında 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 83 m2 olan 2 otaqlı 23 saylı mənzillərə dair Cavabdeh MTK-nın binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-4.1-ci maddəsinə əsasən, kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 109-4.1.3. kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq; 109-4.1.4. kooperativin fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının və vəzifəli şəxslərinin işində olan nöqsanların aradan qaldırılması barədə təkliflər vermək; 109.4.1.7. kooperativin üzvləri üçün nəzərdə tutulmuş imtiyazlardan və güzəştlərdən istifadə etmək; 109.4.1.8. bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.3.3-cü maddəsinə əsasən, kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan- cizgisi bu qərara əlavə olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113.3.-cü maddəsinə əsasən, mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Bundan başqa məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki,iddia tələbinin Progress-2016” MTK ilə onun arasında “Mənzil tikintisi haqqında" 30 noyabr 2019-cu il tarixli, 439 saylı və “Mənzil tikintisi haqqında” 11 yanvar 2021-ci il tarixli, 687a saylı müqavilələrdən irəli gələn adları qeyd edilən mənzillərə dair istifadə, sahiblik və mülkiyyət hüquqlarının məhkəmə tərəfindən tanınması tələbi iılə bağlı tərflər arasında hər hansı bir mübahisə yoxdur,bununla bağlı iddiaçının hər hansı bir hüququnun pozulması müəyyən edilməmiş və göstərilənləri tərəflər məhkəmdə öz izahatı ilə təstiq etmişlər.Ona görə də məhkəmə hesab edir ki, hal-hazırda əsaslar müəyyən edilmədiyindən iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasında 3-cü blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 133,6 m2 olan izolə olunmuş 4 otaqlı, 54 saylı və Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış binasında 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 83 m2 olan 2 otaqlı 23 saylı mənzillərə dair Cavabdeh MTK-nın binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulsun. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver