Məhkəmə qərarları › İş №2(012)-183/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-183/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-183/2022 29.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1,məhkəmənin əvvəlki iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1, Cavabdeh4, Cavabdeh5, X3 və Cavabdeh6 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 05 may tarixli kredit müqaviləsi üzrə 10737.22 USD əsas, 12865.5 USD faiz, 890.26 USD cərimə borcu olmaqla, ümumilikdə cəmi 24492.98 USD borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən və istifadədə olan 0.0623 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən və istifadədə olan 0.0623 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən və istifadədə olan 0.0623 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X2 və digər şəxslərin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən və istifadədə olan 0.0623 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 05 may tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “1 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 13000 USD məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsi ünvanında yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən və istifadədə olan 0.0623 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi 2015-ci il 05 may tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 05 may tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikda, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il aprelin 09-dək Cavabdeh1 2015-ci il 05 may tarixli kredit müqaviləsi üzrə banka 10737.22 USD əsas, 12865.5 USD faiz, 890.26 USD cərimə borcu olmaqla ümumilikdə cəmi 24492.93 USD borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönədilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən edilmişdir. cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönədilməli, həmin əmlak həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. İddiaçı ASC iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 05 may tarixli kredit müqaviləsi üzrə 10737.22 ABŞ dolları əsas, 14170.5 ABŞ dolları faiz, 1347.98 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 413.55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 26669.25 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinin və 0.0623 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və digər şəxslərin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən. 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında cavabdehin vəkili-nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xhiş etdi. Cavabdehlər sonrakı məhkəmə iclasın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 may 2015-ci il tarixli, 1-G1-1-0-306-15 nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, kreditor "xxxx" İKB ASC-nin 1 saylı filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncuya illik 25%lə 36 ay müddətinə 13000 USD (on üç min ABŞ dolları) məbləğində kredit verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının çıxarışından müəyyən edilir ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. İş materiallarında olan 05 may 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, Cavabdeh1 götürdüyü kredit məbləğini müvafiq qrafik əsasında aylıq 516.88 manat olaraq ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş planına Cavabdeh1 imza etmişdir. İş materiallarında olan 05 may 2015-ci il tarixli, 1-G1-1-0-306-15 nömrəli kredit müqaviləsinə və 05 may 2015-ci il tarixli, 1-G1-1-0-306-15 nömrəli İpoteka müqaviləsinə əlavədən görünür ki, kredit müqaviləsində “36 ay” sözü “74 ay” sözü, “xx.xx.2018” sözləri “xx.xx.2021” sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi “xx.xx.2021” hesab edilmiş, İpoteka ilə təmin edilmiş öhdəlik “74 ay”, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək icra edilməlidir. İş materiallarında olan ipoteka müqaviləsinə əlavədən müəyyən edilir ki, ipoteka müqaviləsinin də müddəti xx.xx.2021-ci ilədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən 13000 USD məbləğində kredit götürmüşdür. İş materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan 05 may 2015-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" İKB ASC-nin 1 saylı filialı və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.0623 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evi ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 35000 (otuz beş min) manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışdan müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.0623 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evi "xxxx" İKB ASC-nin 1 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 21 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, sonrakı ipoteka qeydiyyatı da DƏDRX-də xx.xx.2021-ci il gtarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.0623 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X7 qeydiyyatdadırlar. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 həmin tarixə olan əsas borcu 10737.22 USD əsas, 12865.5 USD faiz, 890.26 USD cərimə borcu olmaqla, ümumilikdə cəmi 24492.98 USD təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 göndərilən xx.xx.2021-ci il tarixli məktubda 5 gün müddətində borcunu ödəməyi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb olunacağı və tutmanın ipoteka predmetinə yönəldiləcəyi əks olunmuşdur. xx.xx.2021-ci il tarixli İddiaçı ASC tərəfindən verilən ərizədən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. İş materiallarında olan iş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrini əks etdirən xx.xx.2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1-G1-1-0-306-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu ümumilikdə 16.219,16 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən: xx.xx.2018-ci il tarixə: əsas borc üzrə------------------------------------------------------ 11.163,70 ABŞ dolları; faiz borcu üzrə------------------------------------------------------5.055,46 ABŞ dolları. Qeyd edilir ki, iş materiallarında 05 may 2015-ci il tarixli, 1-G1-1-0-306-15 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh1 cərimə hesablanmadı. Bundan başqa qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2018-ci il tarixdən sonrakı dövrdə 391,21 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Lakin borc məbləğinin hesablanma tarixi xx.xx.2018-ci il tarixə göstərildiyindən 391,21 ABŞ dolları məbləğində ödənişlər nəzərə alınmadı. İş materiallarında olan iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrini əks etdirən xx.xx.2022-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1-G1 -1-0-306-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 24.665,88 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən: xx.xx.2021-ci il tarixə: əsas borc üzrə------------------------------------------------------ 11.163,70 ABŞ dolları; faiz borcu üzrə------------------------------------------------------13.502,18 ABŞ dolları. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Ekspert rəyindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, sahəsi 0.0623 ha olan 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m əsas, 29.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 39.000 (otuz doqquz min) manat bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 31.000 (otuz bir min) manat müəyyən edilir. İş materiallarında olan “X8 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, sahəsi 0.0623 ha olan 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m əsas, 29.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 86.650 (səksən altı min altı yüz əlli) manat, likvid qiymətinin dəyəri 74.500 (yetmiş dörd min beş yüz) manat müəyyən edilir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Ekspert rəyindən görünür ki, ünvan 1 saylı fərdi yaşayış evinin bazar dəyəri 85000 (səksən beş min) manat, likvid qiymətinin dəyəri 72000 (yetmiş iki min) manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.0623 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 21 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 həmin tarixə 10737.22 ABŞ dolları əsas, 14170.5 ABŞ dolları faiz, 1347.98 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 413.55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 26669.25 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə olunan notarial qaydada təsdiq olunmuş ərizələrin surətindən görünür ki, Cavabdeh3, X4, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.623 ha torpaq sahəsinə ipoteka qoyulmasına etiraz etmirlər. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd şərtsiz tərk edəcəkdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin müəyyən edilən hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borc hissəsində təmin edilərək 10737.22 ABŞ dolları, faiz borcu hissəsində qismən təmin edilərək 13502,18 ABŞ dolları, cərimə borcunun məbləği azaldılaraq 130 ABŞ dolları, müqavilə müddətindən sonrakı dövr üçün 5%-lə 413,55 ABŞ dolları, cəmi 24.782,95 ABŞ dolları məbləğində pul cavabdeh dən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla təmin edilməli, tələb ipoteka predmeti - Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməlidir. Məhkəmə iddia tələbinin fərdi yaşayış evi və torpaq sahəsi hərracdan satılandan bir ay sonra cavabdehlərin həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehlər tələb ipoteka predmetinə yönəldiyi halda ipoteka predmetini boşaltmaları barədə yazılı öhdəlik götürdüklərindən iddia həmin hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdehlərin istifadə hüquqlarının itirilməsi itirilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli ipoteka qoyan mülkiyyətçi Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə olan istifadə hüququ tələb həmin əmlaklara yönəldikdə və o satıldıqdan sonra itirilməli, iddia həmin hissədə digər cavabdehləərə münasibətdə təmin edilməməlidir. Belə ki, işin materiallarında olan 6 saylı forma arayışdan həmin şəxslər mülkiyyətçi Cavabdeh1 qohumları kimi qeyd edilib və 2004-cü ildən sonrakı müddətlərdə həmin evə qeydiyyata alınmışlar. Həmin evdən istifadə ilə bağlı onlarla mülkiyyətçi arasında evdən istifadə ilə bağlı hər hansı rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. Halbu ki, Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, digər cavabdehlərin istifadə hüququnun itirilməsi hissəsində iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin əmlakın boşaldılandan sonra banka təhvil verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir.Belə ki, əmlak açıq hərracda satılandan sonra yeni mülkiyyətçiyə verilməlidir. Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında bağlanan ipoteka müqaviləsində ipoteka predmetinin qiyməti 35 000 manat qiymətləndirilmişdir. İş materiallarında olan qiymətləndiriçilərin rəyinə əsasən ipoteka predmetlərinin likvid dəyəri 31000 manat, 74500 manat və 72000 qiymətləndirilmişdir. Məhkəmə müqayisəli təhlil edərək ipoteka predmetinin likvid dəyərinin 72000 manat müəyyən edilməsini işin faktiki hallarına uyğun,qanuni və əsaslı hesab edir. İddia tələbinin fərdi yaşayış evinin və torpaq sahəsinin İddiaçı ASC-yə təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, fərdi yaşayış evi və torpaq sahəsi hərracda kimə satılması müəyyən ediləndən sonra əmlak ona təhvil verilməli olduğundan iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat dövlət rüsumuna görə pul məbləğindəki hissəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməli, qalan hissə isə iddiaçıya aid edilməlidir. Eyni zamanda, iş üzrə keçirilmiş "xxxx" MMC-nin qiymətləndirmə xərci ilə əlaqədar 150 manat xidmət haqqını iddiaçı tərəf ödədiyindən və hazırda iddia qismən təmin edildiyindən həmin məbləğin 50 manatı iddiaçıya aid edilməli 100 manatı isə Cavabdeh1 tutularaq iddiaçıya verilməlidir. İş üzrə “X8 Mərkəzi” MMC-nin qiymətləndirmə fəaliyyəti ilə əlaqədar 300 manat məhkəmə xərcinin iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, 100 manat hissəsi iddiaçıdan, 200 manatı isə Cavabdeh1 tutularaq həmin MMC-yə ödənilməlidir. İş üzrə "xxxx" MMC-nin qiymətləndirmə fəaliyyəti ilə əlaqədar 200 (iki yüz) manat xidmət haqqının 70 manatı iddiaçıdan, 130 manatı isə Cavabdeh1 tutularaq həmin MMCnin hesabına köçürülməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli,Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 10737.22 ABŞ dolları, faiz borcu 13502,18 ABŞ dolları, cərimə borcu 130 ABŞ dolları, müqavilə müddətindən sonrakı dövr üçün 5%-lə 413,55 ABŞ dolları, cəmi 24.782,95 ABŞ dolları məbləğində pul qətnamə icra olunan vaxtın Azərbaycan manatı ekvivalenti hissəsində uyğun və 30 manat dövlət rüsumuna görə pul tutulmalı,tələb Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın, əldə edilən pul borcun ödənilməsinə yönəldilməli,əmlak satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, X4, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evindən və 0.0623 ha torpaq sahəsindən cıxarılmalı,həmin əmlaklar boşaldılmalı,Cavabdeh1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə həmin əmlak acıq hərracda satılandan sonra istifadə hüququ itirilməli,ipoteka predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinin və 0.0623 ha torpaq sahəsinin likvid dəyəri –ilkin satış qiyməti 72 000 (yetmiş iki min) manat müəyyən edilməli,iddia qalan hissədə təmin edilməməli,iş üzrə keçirilmiş qiymətləndirmə ilə əlaqədar "xxxx" MMC-nin qiymətləndirmə xərci ilə əlaqədar 150 manat xidmət haqqını iddiaçı tərəf ödədiyindən və hazırda iddia qismən təmin edildiyindən həmin məbləğin 50 manatı iddiaçıya aid edilsin 100 manatı isə Cavabdeh1 tutularaq İddiaçı ASC-yə verilməli,iş üzrə “X8 Mərkəzi” MMC-nin qiymətləndirmə fəaliyyəti ilə əlaqədar 300 manat məhkəmə xərcinin iddia qismən təmin edildiyindən xərcin 100 manat hissəsi İddiaçı ASC-dən, 200 manatı isə Cavabdeh1 tutularaq “X8 Mərkəzi”-yə ödənilməli,iş üzrə "xxxx" MMC-nin qiymətləndirmə fəaliyyəti ilə əlaqədar 200 (iki yüz) manat xidmət haqqının 70 manatı İddiaçı ASC-dən, 130 manatı isə Cavabdeh1 tutularaq həmin MMC-yə ödənilməli,məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 manat məhkəmə xərcinin 70 manatı İddiaçı ASC-dən, 130 manatı isə Cavabdeh1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 10737.22 ABŞ dolları, faiz borcu 13502,18 ABŞ dolları, cərimə borcu 130 ABŞ dolları, müqavilə müddətindən sonrakı dövr üçün 5%-lə 413,55 ABŞ dolları, cəmi 24.782,95 ABŞ dolları məbləğində pul qətnamə icra olunan vaxtın Azərbaycan manatı ekvivalenti hissəsində uyğun və 30 manat dövlət rüsumuna görə pul tutulsun. Tələb Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın, əldə edilən pul borcun ödənilməsinə yönəldilsin. Əmlak satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, X4, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evindən və 0.0623 ha torpaq sahəsindən cıxarılsınlar, həmin əmlaklar boşaldılsın. Cavabdeh1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə həmin əmlak acıq hərracda satılandan sonra istifadə hüququ itirilsin. İpoteka predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinin və 0.0623 ha torpaq sahəsinin likvid dəyəri –ilkin satış qiyməti 72 000 (yetmiş iki min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş qiymətləndirmə ilə əlaqədar "xxxx" MMC-nin qiymətləndirmə xərci ilə əlaqədar 150 manat xidmət haqqını iddiaçı tərəf ödədiyindən və hazırda iddia qismən təmin edildiyindən həmin məbləğin 50 manatı iddiaçıya aid edilsin 100 manatı isə Cavabdeh1 tutularaq İddiaçı ASC-yə verilsin. İş üzrə “X8 Mərkəzi” MMC-nin qiymətləndirmə fəaliyyəti ilə əlaqədar 300 manat məhkəmə xərcinin iddia qismən təmin edildiyindən xərcin 100 manat hissəsi İddiaçı ASCdən, 200 manatı isə Cavabdeh1 tutularaq “X8 Mərkəzi”-yə ödənilsin. İş üzrə "xxxx" MMC-nin qiymətləndirmə fəaliyyəti ilə əlaqədar 200 (iki yüz) manat xidmət haqqının 70 manatı İddiaçı ASC-dən, 130 manatı isə Cavabdeh1 tutularaq həmin MMC-yə ödənilsin. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 manat məhkəmə xərcinin 70 manatı İddiaçı ASC-dən, 130 manatı isə Cavabdeh1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar