Məhkəmə qərarları › İş №2(012)-1948/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1948/2022

12.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq mübahisələri - Sair işlər - Torpaq sahəsinin boşaldılması - Torpaq münasibətləri üzrə sair mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1948/2022 12.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh, Üçüncü şəxs Abşeron Rayon Hökməli Bələdiyyəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X11, Məsməxanım Baxşıyeva və üçüncü şəxs Abşeron Rayon Hökməli Bələdiyyəsinə qarşı «torpaq sahəsindən çıxarılma və tikililərin sökülməklə torpağın əvvəlki vəziyyətə qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə və 3-cü şəxslərin onun Hökməli Bələdiyyəsindən alqı-satqı qaydasında əldə etdiyi 0,05 hektar-/0,5 sot/-torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikillərin cavabdehin öz hesabına sökülməklə torpağın əvvəlki vəziyyətinə qaytarılmasına dair məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər X2, cavabdehin həyat yoldaşı Məsməxanım Baxşiyeva və cavabdehin oğlu X9 onun Hökməli Bələdiyyəsindən alqı-satqı qaydasında əldə etdiyi 0,05 hektar-/0,5 sot/-torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikillərin cavabdehin öz hesabına sökülməklə torpağın əvvəlki vəziyyətinə qaytarılmasına dair məhkəmə tərəfindən qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh, cavabdehin həyat yoldaşı Məsməxanım Baxşıyeva və cavabdehin oğlu X9 onun Hökməli Bələdiyyəsindən alqı-satqı qaydasında əldə etdiyi 0,05 hektar-/0,5 sot/-torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikillərin cavabdehin öz hesabına sökülməklə torpağın əvvəlki vəziyyətinə qaytarılmasına dair məhkəmə tərəfindən qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil oğlu məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Abşeron rayonu, X8 Bələdiyyəsinə aid sahədə uzun müddət istifadəsində olmuş 0,05 hektar-/0,5 sot/-torpaq sahəsini Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli, 05 saylı iclasının protokolundan 21 saylı çıxarışa və torpaqların alqı-satqısına dair“ akta əsasən ödəniş edərək almışdır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət X16 Komitəsinin Abşeron rayon Şöbəsinin 03 iyun 2009-cu il tarixli rəyinə əsasən Abşeron rayonu, X1 Planından çıxarış və “X14 və Ölçüsünü” almışdır. Cavabdeh, cavabdehin həyat yoldaşı Məsməxanım Baxşıyeva və cavabdehin oğlu X11 ilə birlikdə və cavabdehin razılığı ilə 3-cü şəxs İddiaçı Hökməli Bələdiyyəsindən alqı-satqı qaydasında əldə etdiyi 0,05 hektar-/0,5 sot/- torpaq sahəsinə qanunsuz olaraq daxil olmuş və 2 mərtəbəli özbaşına ev inşa etmişlər. Cavabdeh, cavabdehin həyat yoldaşı Məsməxanım Baxşıyeva və cavabdehin oğlu X11 və 3-cü şəxs iddiaçının hüququnu pozmaqla iddiaçıya məxsus torpaq sahəsindən və üzərində olan 2 mərtəbəli özbaşına inşa edimiş evdən əsassız istifadə edirlər və həmin torpaq sahəsindən çıxmaqdan açıq-aşkar imtina edirlər. Beləliklə də İddiaçı özünə məxsus olan torpaq sahəsindən faktiki istifadə etmək imkanından məhrum olunmuşdur. Qeyd edir ki, cavabdeh X6 ünvan 1 ünvanda qeydiyyatdadır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Sənədlər iddiaçının adınadır. O, aldanmış və Hacı Məhəmməd adlı şəxsə sözügedən torpağa görə 5000 ABŞ dolları pul vermişdir. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər X11 və Məsməxanım Baxşıyeva məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Üçüncü şəxs Abşeron Rayon Hökməli Bələdiyyəsinin nümayəndəsi X10 məhkəmə iclasında bildirdi ki, İddiaçı Abşeron rayonu, X8 Bələdiyyəsinə aid sahədə uzun müddət istifadəsində olmuş 0,05 ha torpaq sahəsini Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli, 05 saylı iclasının protokolundan 21 saylı çıxarışa və torpaqların alqı-satqısına dair“ akta əsasən ödəniş edərək almış və torpaq sahəsi qanuni əsaslarla iddiaçıya verilmişdir.İddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Abşeron rayonu Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli, 05 saylı iclasının protokolundan 21 saylı çıxarışından görünür ki, Hökməli bələdiyyəsinin alqı-satqı predmeli olan 0,05 ha torpaq sahəsi məqsədli təyinatlı ərazinin yer quruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə, uzun müddət istifadəsində olan və beş ildən çox Hökməli qəsəbəsində qeydiyyatda olan İddiaçı satılmışdır. İş materiallarında olan Abşeron rayonu Hökməli Bələdiyyəsi tərəfindən verilmiş torpaqların alqı-satqısına dair aktdan görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu Hökməli Bələdiyyəsi ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üçün "xxxx" ASC-nin Abşeron filialındakı **********0001 saylı hesabına 450 manat haqq ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət X16 Komitəsi tərəfindən verilmiş 08 iyul 2009cu il tarixli, A № 208239 saylı, 12530 nömrəli X14 və ölçüsündən görünür ki, X14 və ölçüsü Abşeron rayonu Hökməli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 05\21 nömrəli qərarı ilə İddiaçı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən sahəsi 500 kv.m olan torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1235 saylı arayışdan görünür ki, Cavabdeh Hökməli qəsəbə Yeni yaşayış massivi küçəsində ailə üzvləri həyat yoldaşı- Baxşıyeva Məsməxanım və oğlu-X12 ilə birlikdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Hacı oğluna məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 500 kv.m olan torpaq sahəsindən (Azərbaycan Respublikası Dövlət X16 Komitəsi tərəfindən verilmiş 08 iyul 2009-cu il tarixli, AN № 208239 saylı X14 və ölçüsündə göstərilən koordinatları), Cavabdeh və cavabdehin ailə üzvləri tərəfindən tam olaraq faktiki istifadə olunur və həmin torpaq sahəsində tikili (yaşayış evi) mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli, 10/6692 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********678 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 500 kv.m olan torpaq sahəsinin (Azərbaycan Respublikası Dövlət X16 Komitəsi tərəfindən verilmiş 08 iyul 2009-cu il tarixli, AN No 208239 saylı X14 və ölçüsündə göstərilən koordinatları), Cavabdeh və cavabdehin ailə üzvləri tərəfindən tam olaraq faktiki istifadə olunduğu və həmin torpaq sahəsində tikilinin (yaşayış evi) mövcud olduğu müəyyən olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayonu, X8 Bələdiyyəsinə aid sahədə yerləşən 0,05 ha torpaq sahəsi Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli, 05 saylı iclasının protokolundan 21 saylı çıxarışa və torpaqların alqı-satqısına dair“ akta əsasən iddiaçı tərəfindən ödəniş edilərək alınmışdır. Eyni zamanda Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 500 kv.m olan torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət X16 Komitəsi tərəfindən 08 iyul 2009-cu il tarixli, A № 208239 saylı, 12530 nömrəli X14 və ölçüsü İddiaçı adına verilmişdir. Lakin,məhkəmədə sübutların tədqiqatı zamanı cavabdehlərin iddiaçıya ayrılan 0,05 ha torpaq sahəsindən istifadə etmələrinin hüquqi əsasları ilə bağlı heç bir rəsmi sənəd müəyyən edilməmişdir. Mülki işin məhkəmə gedişatında həqiqətə nail olmaq üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli, 10/6692 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********678 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 500 kv.m olan torpaq sahəsinin (Azərbaycan Respublikası Dövlət X16 Komitəsi tərəfindən verilmiş 08 iyul 2009-cu il tarixli, AN No 208239 saylı X14 və ölçüsündə göstərilən koordinatları), Cavabdeh və cavabdehin ailə üzvləri tərəfindən tam olaraq faktiki istifadə olunduğu və həmin torpaq sahəsində tikilinin (yaşayış evi) mövcud olduğu müəyyən olunmuşdur. Beləliklə, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 500 kv.m olan torpaq sahəsinin Cavabdeh, cavabdehin həyat yoldaşı Məsməxanım Baxşıyeva və cavabdehin oğlu X11 tərəfindən tam olaraq faktiki istifadə olunduğu və həmin torpaq sahəsində tikilinin (yaşayış evi) mövcud olduğu işin faktiki halları ilə, həmçinin mütəxəssis və ekspertiza rəyləri ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hal-hazırda Cavabdeh və onun ailə üzvlərinin özbaşına zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmaması iddiaçının daxili və beynəlxalq qanunvericiliklə qorunan öz əmlakına sahib olmaq və ondan istifadə etmək hüququnu pozur. Məhkəmə yuxarıda qeyd olunanları, o cümlədən cavabdehin izahatını heç bir sübuta əsaslanmadan formal mülahizələrdən ibarət olduğu nəzərə alaraq və aşağıda qeyd olunacaq qanunvericilik normlarını əsas götürərək hesab edir ki, Cavabdeh, cavabdehin həyat yoldaşı Məsməxanım Baxşıyeva və cavabdehin oğlu X11 İddiaçı Hökməli Bələdiyyəsindən alqı-satqı qaydasında əldə etdiyi 0,05 ha sahəsindən məcburi qaydada çıxarılmalı və həmin torpaq sahəsində inşa edilmiş tikillər Cavabdeh öz hesabına sökülməklə torpaq əvvəlki vəziyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.2-ci madəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.3-cü madəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Ekspertiza Mərkəzi tərəfindən keçirilən 31 oktyabr 2022-ci il tarixli, 10/6692 saylı tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh, X11 və Məsməxanım Baxşıyevadan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X4, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh, X11 və Məsməxanım Baxşıyeva İddiaçı Hökməli Bələdiyyəsindən alqı-satqı qaydasında əldə etdiyi 0,05 hektar-/0,5 sot/-torpaq sahəsindən məcburi qaydada çıxarılsın və həmin torpaq sahəsində inşa edilmiş tikillər cavabdehlərin öz hesabına sökülməklə torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 31 oktyabr 2022-ci il tarixli, 10/6692 saylı tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh, X11 və Məsməxanım Baxşıyevadan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X4, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ 34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver