Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-197/2022 24.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı mülkiyyətin müdafiəsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı mülkiyyətin müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, RX ******* nömrəli, 19.11.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Fatmayi kəndi yerləşən və dəqiq koordinatları DƏDRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********56 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş 0.06 ha torpaq sahəsinə Cavabdeh tərəfindən qanunsuz müdaxiləyə son qoyulması, ona məxsus torpaq sahəsində onun tərəfindən aparılmış bütün tikililərin cavabdeh tərəfindən sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, RX ******* nömrəli, 19.11.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Fatmayi kəndi yerləşən və dəqiq koordinatları DƏDRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********56 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş 0.06 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. O, həmin torpaq sahəsini 2014-cü ildə alqı-satqı yolu ilə almışdır. Lakin, sonradan ona məlum olmuşdur ki, torpaq sahəsi cavabdeh olan Cavabdeh tərəfindən zəbt edilmişdir. Zəbt etdiyi ərazidə onun tərəfindən müəyyən tikinti işləri aparılmışdır. Dəfələrlə, cavabdehə onun torpaq sahəsini zəbt etdiyini və həmin torpaq sahəsini boşaldaraq onun istifadəsinə geri qaytarması ilə bağlı müraciət etsə də, cavabdeh onun sözlərinə məhəl qoymamışdır. Eyni zamanda, bununla bağlı olaraq tərəfindən Abşeron Rayon Polis İdarəsinə şikayət olunmuşdur. O və cavabdeh tərəfindən müvafiq izahatlar verilmiş, lakin, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət işinin başlanması rədd edilmişdir. İddiaçıya məxsus olan torpaq sahəsi cavabdehin özünə məxsus olmadığını bildiyi halda qəsdən Cavabdeh tərəfindən zəbt edilmişdir. Bununla da cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə prosesində iştirak edən İddiaçı, onun vəkilli-nümayəndəsi Vəkil iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək qeyd etmişdir ki, 2013-cü il tarixdən həmin ərazidə yaşayır. Tikinti və torpaqla bağlı sənədi yoxdur. İddiaçı ilə aralarında barışıq və razılaşma mümkün deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən qismən əsaslı olduğundan iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı adına 19.11.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********56 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(012)-3481/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə inşaat-texniki ekspertizası təyin edilmiş, İddiaçı məxsus Abşeron rayonu Qobu qəsəbəsində RX ******* saylı, 19.11.2014-cü il tarixli DƏDRX-dən çıxarışa əsasən Abşeron rayonu, Fatmayi kəndində yerləşən və dəqiq koordinatları DƏDRX-nin Abşeron Əİ tərəfindən verilmiş **********56 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş 0,06 ha torpaq sahəsinin naturada yeri müəyyən edilməli və cavabdeh tərəfindən aparılmış tikilinin həmin torpaq sahəsinin üzərində yerləşibyerləşməməsinin müəyyən edilməsi ekspert qarşısında sual olaraq qoyulmuşdur. İşin materiallarında olan Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2022-ci il tarixli 10/2098 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİnin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus RX ******* saylı, 19.11.2014-cü il tarixli DƏDRX-dən çıxarışa əsasən Abşeron rayonu, Fatmayı kəndində yerləşən DƏDRX-nin Abşeron Əl tərəfindən verilmiş **********56 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş 0.06 ha torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları naturada yeri müəyyən edilərək, cavabdeh tərəfindən aparılmış 20 m2 köməkçi tikilinin 18 m2 hissəsinin həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşdiyi müəyyən edildi. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparıldığını, cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasını və həmin torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş tikililərin onun hesabına sökülməsini xahiş edir. İş üzrə ekspert rəyinə əsasən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus RX ******* saylı, 19.11.2014cü il tarixli DƏDRX-dən çıxarışa əsasən Abşeron rayonu, Fatmayı kəndində yerləşən DƏDRX-nin Abşeron Əl tərəfindən verilmiş **********56 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş 0.06 ha torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları naturada yeri müəyyən edilərək, cavabdeh tərəfindən aparılmış 20 m2 köməkçi tikilinin 18 m2 hissəsinin həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. Cavabdehin aparılmış tikinti və torpaq sahəsi ilə bağlı sənədləri yoxdur, ona aid olmayan torpaq sahəsində tikinti aparmışdır. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Beləliklə, işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.06 ha torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində Cavabdeh tərəfindən aparılmış 20 m2 köməkçi tikilinin 18 m2 hissəsi yerləşdiyindən məhz 18 kv.m-lik hissə Tikili cavabdeh tərəfindən onun öz vəsaitləri hesabına sökülməli, torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməli və iddiaçının sahibliyinə verilməlidir.Digər tikililər iddiaçının torpaq sahəsində yerləşmədiyindən qalan hissədə iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Eyni zamanda iş üzrə 50 manat məbləğində ekspertiza xərci və 311 manat mütəxəsissə iddiaçı tərəfindən rəy verilməsi üçün 311 manat məhkəmə xərci vardır ki, iddia qismən təmin edildiyindən ekspertiza xərcinin 10 manatı iddiaçıdan və 40 manatı cavabdehdən tutulmalı , mütəxəsiss xərcinin 280 manatı cavabdehdən tutulub iddiaçıya verilməlidir.Həmçinin,08 manat rüsuma görə pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.06 ha torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatlarıdaxilində Cavabdeh tərəfindən aparılmış 20 m2 köməkçi tikilinin 18 m2 hissəsi Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili olaraq onun öz vəsaitləri hesabına sökülsün, torpaq sahəsi əvvəlki vəziyyətə gətirilsin və iddiaçının sahibliyinə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin 08 manatı və mütəxəsiss rəyinə görə 280 manat, cəmisi 288 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 40 manat və Xəlilova Füzuli Bayram oğlundan 10 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-197/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-197/2022
24.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Digər - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver