Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2033/2021 07.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X1nun xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, X1 xx.xx.2000-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuşdur. Oğlu xx.xx.2020-ci il tarixdə yaşadıqları evdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 3-cü döngə-1, 17 saylı evdə vəfat etmişdir. X1 xx.xx.2020-ci il tarixdə Qazax rayonu Kəmərli kənd qəbirstanlığında dəfn edilmişdir. Hal-hazırda müəyyən sənədləşmə halları ilə bağlı onun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin alınması üçün ərizə ilə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Verilmiş imtina məktubunda ona ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməli olduğu bildirilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Ərizəçi həyat yoldaşı, X5 isə anasıdır. xx.xx.2020-ci il tarixində səhər saatlarında oğlunun otağından tappıltı səsini eşitmiş, otağa gedərkən oğlunun yerdə yığılıb ayaqlarını yerə döydüyünü görmüşdür. Yoldaşı təcili tibbi yardım çağırmış, lakin onlar gələnədək oğlu artıq vəfat etmişdir. Həmin gün Qazax rayonuna getmiş, növbəti gün isə oğlunu orada dəfn etmişlər. Yas mərasimi də həmin rayonda olmuşdur. Oğlu sağlam uşaq olmuş, heç bir xəstəliyi olmamışdır və qəflətən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Ərizəçi qonşusudur. Hadisə baş verən gün yəni xx.xx.2020-ci il tarixində hər səhər olduğu kimi səhər saatlarında o, parka gəzmtiyə gedirdi. Həmin zaman ona qonşusu zəng edib Ərizəçi övladı X5 rəhmətə getdiyi bildirilmiş, lakin eşitdiklərinə inanmamışdır. O, qonşusunun evinə getdikdə ərizəçinin oğlunun artıq rəhmətə getdiyini, təcili tibbi yardım işçilərinin isə artıq getdiyini görmüşdür. Dəfn mərasimi rayonda olmuşdur. Bildiyinə görə Sənanın ölümünə səbəb qəfl rəhmətə getməsidir, başqa səbəb yoxdur. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Asan-Sumqayıt tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE № 15701052 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2000-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M 3-cü küçə döngə-1 17 saylı evdə qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qocayev X2 rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M 3-cü küçə döngə-1 17 saylı evdə qeydiyyatdadır. -xx.xx.2000-ci il tarixli, İ-AZ № 087275 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 143 nömrə ilə qeydiyyat aparılmış, atası Ərizəçi, anası X3r. -Maraqlı şəxs xx.xx.2021-ci il tarixli 05/Q-170/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmişdir. -Təcili və X4 Stansiyası xx.xx.2020-ci il tarixli xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanına 2000-ci il təvəllüdlü X5 adına çağırış daxil olmuş, saat 06:30 radələrində həkiməqədərki ölüm, kişi cinsindən olan meyid aşkar edilmiş, zorakılıq əlamətləri olmamışdır. -Tibbi Ərazi Bölmələrini X9 X14 Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 126 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci - bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. S.Qocayevin ölümünün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə tərəflərindən verilmədiyi bildirilmişdir. -İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. -Qazax Rayon İcra Hakimiyyəti Başçısının Kəmərli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 11-21/199 saylı arayışından görünür ki, həqiqətən mərhum X10 xx.xx.2020-ci il tarixdə Qazax rayonu Kəmərli kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X10 ərizəçinin oğlu olmuş, sonuncu xx.xx.2020-ci il tarixdə səhər saat 06:30-da ev şəraitində vəfat etmiş, lakin buna baxmayaraq X5 ölüm faktı ilə bağlı vətəndaşlıq vəziyyəti aktlarında müvafiq qeydiyyat aparılmamışdır. X5 ölüm faktı, ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi şahidlər də məhkəməyə verdikləri ifadələrində X5 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi oğlunun ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin X1 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində vəfat etmişdir. Təcili və X4 Stansiyası xx.xx.2020-ci il tarixli xəbərdarlıq vərəqəsində X6 zorakılıq əlamətləri olmadığı və həkiməqədərki ölüm baş verdiyi qeyd edilmişdir ki, ölümün şəxsin kənar təsir nəticəsində deyil, bioloji ölüm nəticəsində vəfat etməsini bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2000-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş X5 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 3-cü küçə döngə 1, 17 saylı evdə vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2000-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş X5 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 3-cü küçə döngə 1, 17 saylı evdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2033/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2033/2021
07.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver