Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2196/2021 07.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ 2 Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X9 və Cavabdeh iştirakı ilə, İddiaçı Sumqayıt şəhər Probasiya şöbəsinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt şəhər Probasiya şöbəsi Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mobil nəzarət qurğusunun dəyəri, yəni 1.346 manat 03 qəpik məbləğində pulun Cavabdeh alınmasına dair qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 1(012)-85/2020 saylı, 12.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş icra olunması üçün 22.07.2020-ci il tarixdə Sumqayıt şəhər Probasiya şöbəsinin icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Nəzarət subyekti Cavabdeh yaşadığı ünvanda 22.07.2020-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd elektron qolbağ üçün enerji bankı, üç ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin, elektron nəzarət vasitəsini daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh 14.08.2020-ci il tarixdə öz izahatında bildirmişdir ki, evində olduğu zaman ehtiyatsız davranışı nəticəsində ona verilən mobil nəzarət qurğusunun ekranını sındırmışdır. Mobil nəzarət qurğusuna baxış keçirilən zaman yararsız vəziyyətə salındığı müəyyən edilmişdir. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından mobil nəzarət qurğusunu sındırmış və maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 1.346,03 manat təşkil edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, həqiqətən də ona verilən mobil nəzarət qurğusunun ekranı sınmışdır, vurulmuş maddi ziyanın məbləği ilə razı deyildir. Belə ki, mobil nəzarət qurğusunun ekranını çox aşağı məbləğə təmir etdirə bilər. Bunu iddiaçı təşkilata da bildirmişdir. Lakin iddiaçı təşkilat cihazın bütöv dəyərini ondan tələb edir. Qətnamə çıxarılarkən göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 1(012)-85/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cavabdeh həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 gün (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərində Bakı şəhəri və Abşeron rayonu ərazisini, saat 23:00-dan 06:00-dək isə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulması, Cavabdeh cəzaçəkmə müddətinin başlanğıcının onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, iş üzrə maddi sübut olan «Mersedes-Benz ML 320» markalı AZ **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı zərərçəkmiş şəxs X7 təhvil verilməsinin nəzərə alınması, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməsi, hökmün icrasının Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunması hökm edilmişdir. İş materiallarında olan icra məmuru X9 və Asif Məmmədov tərəfindən tərtib edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 27.07.2020-ci il tarixli protokolun surətindən görünür ki, A.Məmmədova 3 ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil telefon, 1 ədəd enerji mənbəyi, 1 ədəd qolbağ təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydalarının pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin icra məmuru Sevinc Rəhimova, böyük icra məmurları Cavad Həsənov və Ülvi Allahverdiyev, məhkum Cavabdeh tərəfindən tərtib edilmiş protokolun surətindən görünür ki, məhkum Cavabdeh məxsus mobil nəzarət qurğusunun şüşə hissəsi sınmış halda təhvil alınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən Sumqayıt şəhər Probasiya şöbəsinin icra məmuru Sevinc Rəhimovaya ünvanlanmış 14.08.2020-ci il tarixli izahatın surətindən görünür ki, verilmiş suallara cavabında Cavabdeh onun yol verdiyi qanun pozuntusunun qərəzli olmadığını və belə bir fikri olmadığını, ehtiyatsızlıqdan telefonun şüşəsini ehtiyatsızlıqdan sındırdığını bildirmişdir. İş materiallarında olan elektron nəzarət dəstəsinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, 14.09.2020-ci il tarixdə keçirilmiş texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyekti olan Cavabdeh təhkim olunmuş mobil qurğunun ekranı sınıdırılmışdır. İş materiallarında olan Maliyyə və təminat idarəsinin rəisi tərəfindən Probasiya xidmətinin rəisinə ünvanlanmış məktubun surətindən görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan dəyəri 1.346,03 manat olan 1 ədəd xüsusi proqram təminatı ilə mobil nəzarət qurğusunun dəyərinin nəzarət subyektindən tutulması xahiş edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 1(012)-85/2020 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hökmün icrasının Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmuş, Sumqayıt şəhər Probasiya şöbəsi tərəfindən hökmün icrası ilə əlaqədar Asif Məmmədova 3 ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil telefon, 1 ədəd enerji mənbəyi və 1 ədəd qolbağ təhvil verilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsi tərəfindən Cavabdeh təhvil verilmiş mobil nəzarət qurğusunun şüşə hissəsi sınmış, nəticə də 1.346,03 manat maddi ziyan dəymişdir. Hazırda iddiaçı təşkilat vurulmuş 1.346,03 manat maddi ziyanın Cavabdeh tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən mobil nəzarət qurğusunun bərpası mümkün olmadığından, bir ədəd 1.346,03 manat dəyərində mobil nəzarət qurğusuna Cavabdeh dəymiş maddi ziyan 1.346,03 manat qiymətləndirilməli, iddia təmin edilərək 1.346,03 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı Sumqayıt şəhər Probasiya şöbəsinə ödənilməlidir. Eyni zamanda iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul da Cavabdeh dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 1.346,03 manat məbləğində pul alınaraq Sumqayıt şəhər Probasiya şöbəsinə ödənilsin. Cavabdeh dövlət nəfinə 30 manat rüsuma görə pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Cəmilə Səfiyeva 2(012)-144/2021 saylı iş Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X6 və cavabdehin vəkili-nümayəndəsi X2 iştirakları ilə, İddiaçı «xxxx» X4 cavabdeh X3 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 09 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, QƏT ETDİ: İddia təmin edilsin. X1 dəymiş maddi ziyana görə 2294 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti tutularaq «xxxx» X5 ödənilsin. X1 100 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2196/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2196/2021
07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver