Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-227/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə2, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh Saray Bələdiyyəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Saray Bələdiyyəsinə qarşı mülkiyyət hüququnun bərpa olunması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Saray Bələdiyyəsinə qarşı mülkiyyət hüququnun bərpa olunması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın AN ******* nömrəli alqı-satqı müqaviləsinin, Hərracların Təşkili üzrə X1 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının 28 fevral 2019-cu il tarixli 19/4 nömrəli protokolunun, Cavabdeh1 adına verilmiş RX 15167623 nömrəli çıxarışın etibarsız edilməsi və ailə üzvləri ilə birgə ona məxsus Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi 13 ünvanında yerləşən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsində yerləşən 13 saylı ev, torpaq sahəsi ilə birgə 1978-ci ildən ailəsinin mülkiyyətindədir. Həmin torpaq sahəsi 29 yanvar 1978-ci il tarixdə Abşeron rayonu Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Abşeron rayonu XDS İcraiyyə Komitəsinin verdiyi qərar əsasında atası X2 adına qeydiyyat vəsiqəsi ilə qeydə alınmışdır (Reyestr kitabı № 10247, İnventari işi № 566). 17 iyul 2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 tərəfindən yaşadığı evi və 0,1278 ha torpaq sahəsini ona bağışlanmışdır. Həmin tarixdən o, qeyd etdiyi evinin mülkiyyətçisidir. 28 fevral 2010-cu il tarixdə onun məlumatı olmadan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında hərracların təşkili üzrə Auksion Mərkəzi mülkiyyətində olan torpaq sahəsinin 0,04 ha hissəsinin satılmasına qərar vermişdir. 03 mart 2019-cu il tarixdə atasının mülkiyyətində olan torpaq sahəsinin 0,04 ha hissəsini yenə də xəbəri olmadan AN-10760039 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Saray Bələdiyyəsi adından X3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmışdır. Alqı-satqı müqaviləni bağlandıqdan sonra Cavabdeh1 ailə üzvləri ilə birgə, onun torpaq sahəsində özləri üçün yaşayış evi tikib daimi yaşamağa başlamışlar. Dəfələrlə torpaq sahəsini tərk etməyini onlardan tələb etsə də, nəticəsi olmamışdır. Hazırda isə qeyd etdiyi sahə ilə kifayətlənməyərək, əlavə olaraq onun istifadəsində olan digər torpaq sahəsini də zəbt edib, ailə üzvləri tərəfindən idarə olunan avtomaşın üçün yol açmışlar. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etmədiyini bildirdi və onun rədd olunmasını xahiş etdi. Digər cavabdeh Saray Bələdiyyəsinin nümayəndəsi Nümayəndə3 da məhkəmə iclasında iddianı qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli, **********20-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə 13 ünvanındakı 0,01413 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi X2 adına qeydə alınımışdır. Onun adına xx.xx.2019-cu il tarixli texniki pasport tərtib olunmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, X4 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə 13 ünvanındakı fərdi yaşayış evini İddiaçı bağışlamışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə 13 ünvanındakı 0,1278 ha torpaq sahəsi X2, fərdi yaşayış evi isə İddiaçı adına qeydə alınımışdır. İşdə olan xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, X4 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə 13 ünvanındakı 0,1278 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. İşdə olan Saray Bələdiyyəsinin 26 may 2014-cü il tarixli iclas protokolunun 16/10 saylı qərarından çıxarışdan görünür ki, bələdiyyənin alqı-satqı predmeti olan 0,04 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu - təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinin uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmasıyla bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli, **********65 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi Saray Bələdiyyəsinin adına qeydə alınımışdır. Bələdiyyənin adına xx.xx.2018-ci il tarixli, AN 256147 saylı plan və ölçü tərtib olunmuşdur. İşdə olan Saray Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli iclas protokolunun 20/06 saylı qərarından çıxarışdan görünür ki, bələdiyyənin alqı-satqı predmeti olan yaşayış məntəqələrinin torpaqlarına aid olan torpaq sahəsindən 0,04 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi üçün mülkiyyətə verilməsi məqsədi ilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınaraq, yaşayış məntəqələrinin torpaqlarına aid olan yararsız torpaq sahəsindən alqı-satqı predmeti olan 0,04 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi üçün mülkiyyətə verilməsi məqsədi ilə açıq müsabiqənin keçirilməsi, müsabiqədə qiymətin 2256 manat müəyyən edilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X1 rayon Torpaq hərrac və müsabiqə komissiyası arasında müqavilənin bağlanması qərara alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X1 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə xx.xx.2019-cu il tarixli, 19/4 saylı protokolundan görünür ki, Saray Bələdiyyəsinin mülkiyyətində olan və hərraca çıxarılan 0,04 ha torpaq sahəsi üzrə yüksək qiymət göstəricisi (2260 manat) Cavabdeh1 olmuşdur. İşdə olan AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Saray Bələdiyyəsi mülkiyyətində olan 0,04 ha torpaq sahəsini 2260 manata Cavabdeh1 satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, RX ******* saylı dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh1 adına qeydə alınımışdır. Onun adına xx.xx.2019-cu il tarixli, A 372850 saylı plan və ölçü tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınımışdır. Onun adına xx.xx.2019-cu il tarixli texniki pasport tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, 3-21-3-32/2-1641/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, **********23-10301 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü yanlışlıqla 0.1278 ha kimi qeyd olunmuşdur. Belə ki, həmin torpaq sahəsinin 0.04 ha hissəsi **********46-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində, 0.0278 ha hissəsi isə ümumi istifadə edilən yoldur. Elektron baza məlumatlarında X2 mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0.06 ha kimi qeyd edilmişdir. Bu səbəbdən X2 adına **********23-10301 reyestr nömrəli çıxarışa dair texniki pasportun verilməsi mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 0,04 ha torpaq sahəsi naturada öz yerindədir. **********23-10301 reyestr nömrəli çıxarışa texniki pasport tərtib edilməmişdir. **********23-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus, 1987-ci ildə inşa edilmiş, 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2- 10/1788/2025 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri11 publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, 3-21-3-32/2- 1641/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********23-10301 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü yanlışlıqla 0.1278 ha kimi qeyd olunmuşdur. Belə ki, həmin torpaq sahəsinin 0.04 ha hissəsi **********46-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində, 0.0278 ha hissəsi isə ümumi istifadə edilən yoldur. Elektron baza məlumatlarında X2 mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0.06 ha kimi qeyd edilmişdir. Bu səbəbdən X2 adına **********23-10301 reyestr nömrəli çıxarışa dair texniki pasportun verilməsi mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 0,04 ha torpaq sahəsi naturada öz yerindədir. **********23-10301 reyestr nömrəli çıxarışa texniki pasport tərtib edilməmişdir. **********23-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus, 1987-ci ildə inşa edilmiş, 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, **********20-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə 13 ünvanındakı 0,01413 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi X2 adına qeydə alınımış, onun adına xx.xx.2019-cu il tarixli texniki pasport tərtib olunmuşdur. O, fərdi yaşayış evini xx.xx.2019cu il tarixli bağışlama müqaviləsinə əsasən övladı İddiaçı bağışlamışdır. xx.xx.2019-cu il tarixli, **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə 13 ünvanındakı 0,1278 ha torpaq sahəsi X2, fərdi yaşayış evi isə İddiaçı adına qeydə alınımışdır. xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi ilə X4 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə 13 ünvanındakı 0,1278 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Saray Bələdiyyəsinə qarşı mülkiyyət hüququnun bərpa olunması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın AN ******* nömrəli alqı-satqı müqaviləsinin, Hərracların Təşkili üzrə X1 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının 28 fevral 2019-cu il tarixli 19/4 nömrəli protokolunun, Cavabdeh1 adına verilmiş RX 15167623 nömrəli çıxarışın etibarsız edilməsi və ailə üzvləri ilə birgə ona məxsus Saray qəsəbəsi, X5 küçəsi 13 ünvanında yerləşən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 414-cü maddəsinə görə əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materialları ilə müəyyən olunur ki, Saray Bələdiyyəsinin 26 may 2014-cü il tarixli iclas protokolunun 16/10 saylı qərarı ilə bələdiyyənin alqı-satqı predmeti olan 0,04 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu - təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinin uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmasıyla bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. xx.xx.2018-ci il tarixli, **********65 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi Saray Bələdiyyəsinin adına qeydə alınımış, Bələdiyyənin adına xx.xx.2018-ci il tarixli, AN 256147 saylı plan və ölçü tərtib olunmuşdur. Saray Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli iclas protokolunun 20/06 saylı qərarı ilə bələdiyyənin alqı-satqı predmeti olan yaşayış məntəqələrinin torpaqlarına aid olan torpaq sahəsindən 0,04 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi üçün mülkiyyətə verilməsi məqsədi ilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınaraq, yaşayış məntəqələrinin torpaqlarına aid olan yararsız torpaq sahəsindən alqı-satqı predmeti olan 0,04 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi üçün mülkiyyətə verilməsi məqsədi ilə açıq müsabiqənin keçirilməsi, müsabiqədə qiymətin 2256 manat müəyyən edilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X1 rayon Torpaq hərrac və müsabiqə komissiyası arasında müqavilənin bağlanması qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X1 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə xx.xx.2019-cu il tarixli, 19/4 saylı protokolu ilə Saray Bələdiyyəsinin mülkiyyətində olan və hərraca çıxarılan 0,04 ha torpaq sahəsi üzrə ən yüksək qiymət göstəricisi (2260 manat) Cavabdeh1 elan edilmişdir. Bundan sonra onunla Bələdiyyə arasında AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış, Saray Bələdiyyəsi mülkiyyətində olan 0,04 ha torpaq sahəsini 2260 manata Cavabdeh1 satmışdır. Daha sonra isə torpaq sahəsinə dair Cavabdeh1 öz adına xx.xx.2019-cu il tarixli, RX ******* saylı, oradakı yaşayış evinə dair isə xx.xx.2019-cu il tarixli, **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlar əldə etmişdir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən əldə edilmiş əmlak AN ******* nömrəli alqısatqı müqaviləsindən və Hərracların Təşkili üzrə X1 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının 28 fevral 2019-cu il tarixli 19/4 nömrəli protokolundan öncə Saray Bələdiyyəsinin mülkiyyətində olmuş, buna səbəb isə 0,04 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədə Saray Bələdiyyəsinin 26 may 2014-cü il tarixli iclas protokolunun 16/10 saylı qərarı olmuşdur. Lakin nə bu qərarın, nə də Bələdiyyənin adına olan xx.xx.2018-ci il tarixli, **********65 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın hər hansı bir şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsi iş materiallarından görünmür. Məhkəmə qeyd edir ki, nə qədər ki bələdiyyənin qeyd edilən qərarı və onun torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış müvafiq məhkəmədə mübahisələndirilməmişdir, həmin qərarın nəticələrinin etibarsızlığından söhbət gedə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, AN ******* nömrəli alqı-satqı müqaviləsinin və Hərracların Təşkili üzrə X1 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının 28 fevral 2019-cu il tarixli 19/4 nömrəli protokolunun etibarsız hesab olunması barədə iddia təmin olunmamalıdır. Eləcə də, yuxarıda qeyd edilən əsaslarla reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyası ortaya çıxır ki, Cavabdeh1 adına verilmiş RX 15167623 nömrəli çıxarışın etibarsız və ya ləğv edilməsi məsələsi də öz aktuallığını itirir. Həmin sənəd ləğv edilmədiyindən Cavabdeh1 və onun ailə üzvlərinin Saray qəsəbəsi, X5 küçəsi 13 ünvanında yerləşən torpaq sahəsindən çıxarılması da mümkün deyildir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hallara məcmu halda qiymət verərək və sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı mülkiyyət hüququnun bərpa olunması barədə tələbini əsaslandıra bilməmiş, bu barədə iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayonu Saray Bələdiyyəsinə qarşı mülkiyyət hüququnun bərpa olunması barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mütəxəssis tədqiqatının xərci onun özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 manat pul İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-227/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-227/2025
13.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq mübahisələri - Digər - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver