Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2457/2022 18.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı QSC BOKT-un cavabdeh X1 qarşı «borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən əsas borc üzrə 9933,75 ABŞ dolları, faiz borcu 102,75 ABŞ dolları olmaqla, cəmi 10036,50 ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 141,16 manat və müvəqqəti təminat tədbiri üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumnun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-FH-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İX-35” markalı (buraxılış ili 2013, ban - KMHJT81BBDU703356, rəngi - tünd boz metalik) avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT-un icraçı direktoru Süleyman Bəkirov müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək ipoteka predmeti olan Cavabdeh mülkiyyətində **-EH-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İX-35” markalı (buraxılış ili 2013, ban - KMHJT81BBDU703356, rəngi - tünd boz metalik) avtomobilin üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulması, mühafizə olunan Azərbaycan Respublikası Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin MTT(012)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı QSC BOKT-un icraçı direktoru Süleyman Bəkirovun müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilmiş, məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-EH-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İX-35” markalı (buraxılış ili 2013, ban - KMHJT81BBDU703356, rəngi - tünd boz metalik) avtomobilin üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulması, mühafizə olunan Azərbaycan Respublikası Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. İddiaçı QSC BOKT-un icraçı direktoru Süleyman Bəkirov xx.xx.2022-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, 2(012)-2457/2022 saylı müki işə xitam verilməsini və MTT(012)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı QSC BOKT-un icraçı direktoru Süleyman Bəkirov ərizəsini onunla əsasladırmışdır ki, icraatda olmuş İddiaçı QSC BOKT-un cavabdeh X1 qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(012)-2457/2022 saylı mülki işə cavabdeh X2 xx.xx.2013-cü il tarixli, 0953 saylı kredit müqaviləsi üzrə öhdəliyi icra etdiyi üçün 2(012)- 2457/2022 saylı mülki işə xitam verilməsi və mülki iş üzrə MTT(012)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadın ləğv edilməsi zərurəti yaranmışdır. Odur ki, o, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh X4 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı QSC BOKT-un nümayəndəsi məhkəməyə xx.xx.2022-ci il tarixli ərizə ünvanlamış və həmin ərizədən görünür ki, cavabdeh X2 İddiaçı QSC BOKT-a olan borcunu tam ödəmişdir və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.4-ci maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bundan əlavə Abşeron Rayon Məhkəməsinin MTT(012)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı QSC BOKT-un icraçı direktoru Süleyman Bəkirovun müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilmiş, məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-EH-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İX-35” markalı (buraxılış ili 2013, ban - KMHJT81BBDU703356, rəngi - tünd boz metalik) avtomobilin üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulması, mühafizə olunan Azərbaycan Respublikası Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Hazırda İddiaçı QSC BOKT-un icraçı direktoru Süleyman Bəkirov xx.xx.2022-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh tərəfindən borcun ödənildiyini bildirmiş və MTT(012)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadın ləğv edilməsini xahiş etmişdir. Bu səbəbdən artıq müvəqqəti təminat tədbirinin qüvvədə qalması öz əhəmiyyətini itirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin müvəqqəti təminat tədbiri barədə MTT(012)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, Cavabdeh mülkiyyətində olan **-EH-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İX-35” markalı (buraxılış ili 2013, ban - KMHJT81BBDU703356, rəngi - tünd boz metalik) avtomobilin üzərinə qoyulmuş həbs götürülməli və məhdudiyyətlər aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 162,191, 261, 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı QSC BOKT-un cavabdeh X1 qarşı «borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair 2(012)-2457/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. Abşeron Rayon Məhkəməsinin müvəqqəti təminat tədbiri barədə MTT(012)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin, Cavabdeh mülkiyyətində olan **-EH-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İX-35” markalı (buraxılış ili 2013, ban - KMHJT81BBDU703356, rəngi - tünd boz metalik) avtomobilin üzərinə qoyulmuş həbs götürülsün və məhdudiyyətlər aradan qaldırılsın. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2457/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2457/2022
18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver