Məhkəmə qərarları › İş №2(012)-2597/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2597/2020

04.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2597/2020 04.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 MTK-nın nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 oğluna qarşı məzilin təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, X6 və Cavabdeh2 oğluna qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, «xxxx» MMC ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında inşa olunan İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı 26 saylı mənzilə dair cavabdeh X8 ilə xx xxxxx 2019-cu il tarixli, 224 saylı Cavabdeh2 ilə xx xxxxxx 2010-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi, «xxxx» MMC ilə arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında inşa olunan yaşayış binasının İİ blok, ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı 26 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması və mənzilin ona təhvil verilməsi vəzifələri cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi Cavabdeh1 Mənzil Tıkınti Kooperativinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh kimi cəlb edilmiş X5 onunla bağlanmış etibarsızlığı tələb edilən xx xxxxx 2019-cu il tarixli, 224 saylı müqavilə ləğv edildiyindən X5 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddiaçınını vəkili və nümayəndəsi məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə «xxxx» MMC arasında bağlanılmış xx xxxxxx 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı 26 saylı mənzilə dair iddiaçı tərəfindən hissə-hissə olmaqla ödənişlər edilmiş və müvafiq xx xxxxxx 2009-cu tarixli maliyyə arayışı verilmişdir. xx xxxxxx 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış Nizamnamənin l.l-ci bəndinə əsasən Cavabdeh1 «xxxx» MMC-nin hüquqi varisidir. xx xxxxxx 2020-ci il tarixdə «Müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi barədə» bildirişlə Cavabdeh1nə müraciət etmişdir. 10 (on) gün ərizində «xxxx» MMC ilə xx xxxxxx 2007-ci il tarixli alqı-satqı müqaviləsinə və xx xxxxxx 2009-cu il tarixli maliyyə arayışına əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 (üç) otaqlı 26 saylı mənzilə onun sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi barədə konkret tədbirlər görülməsi və ona rəsmi qaydada məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh1 MTK-nın xx xxxxxx 2020-ci il tarixli, 26/20 №li cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı 26 saylı mübahisəli mənzil xx xxxxxx 2010-cu il tarixli müqaviləyə əsasən Cavabdeh2 təkrar satılmışdır. Daha sonra xx xxxx 2016-cı il tarixli 06 saylı müqavilənin əsasında yeni şərtlərlə xx xxxxx 2019-cu il tarixli 224 saylı müqavilə ilə X1. Mübahisəli 26 saylı mənzilin iddiaçıya təhvil verilməsinə dair tələblərlə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qanunvericilik normalarına əsasən cavabdeh «xxxx» MMC ilə aralarında bağlanılmış xx xxxxxx 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı 26 saylı mənzilə görə tərəfindən tam olaraq haqq ödənilmiş və mənzillər üzənndə sahiblik və istifadə hüquqlarım yaranmışdır. Buna baxmayaraq cavabdeh mənzildən istifadə etməyə və sahiblik etməyə maneələr yaradır. Cavabdehin mənzildən istifadə etməyə və mənzilinə daxil olmağına manelər yaratması aradan qalxmalıdır. Digər payçılarla müqayisədə hüquqları kobud pozulur. Cavabdeh Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında inşa olunan yaşayış binasının İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı 26 saylı mənzilə mənzilin iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısıdır. Cavabdeh1 MTK göstərilən müqavilə əsasında mənzili iddiaçıya təhvil verilməli olmasına baxmayaraq öz vəzifələrini yerinə yetirmir. Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında inşa olunan yaşayış binasının İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı 26 saylı mənzil iddiaçıya verilməli, həmin 26 saylı mənzilə dair Cavabdeh2 ilə xx xxxxxx 2010-cu il tarixli müqavilə «xxxx» MMC ilə aralarında bağlanılmış xx.xx.2007-cı il tarixdən sonra bağlandığından etibarsız hesab edilməlidir. Onunla bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə qüvvədə olduğundan, ləğv edilmədiyindən və həmin mənzilə mülkiyyət hüquqlanm öncə yarandığından Cavabdeh1 MTK-nin icra orqanının rəhbərinin ona artıq məxsus olan mənzili barədə sərəncam vermək səlahiyyəti olmamışdır. Ona görə də həmin mübahisəli 26 saylı mənzilə dair Cavabdeh2 ilə bağlanmış xx xxxxxx 2010-cu il tarixli müavilələr etibarsız hesab olunmalıdır. Odur ki, qeyd olunları nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh1 MTK-nın nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, iddia tələbində qeyd olunan mənzilə dair yalnız Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında müqavilənin mövcud olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş; -xx.xx.2007-cı il tarixli «xxxx» MMC-nin direktoru X2 ilə İddiaçı arasında bağlanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, MMC Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 7-ci mərtəbə, ümumi sahəsi 97.7 m2 olan 2-ci blokunda izolə olunmuş 3 otaqdan ibarət 26 nömrəli mənzili pay kimi Ə.Soltanova verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 400 manat təşkil edir. Sahəsi 97.7 m2 olan mənzil üçün 39080 manat ödənilməlidir. - «xxxx» MMC tərəfindən xx.xx.2009-cu il tarixli maliyyə arayışının təsdiq olunuş surətindən görünür ki, ünvan 2 «A» ünvanda inşa olunan yaşayış binası «xxxx» MMC-yə məxsusdur. Bu binanın İİ blok, Vİİ mərtəbəsində, ümumi sahəsi 97.7 kv.metr olan X10 tərəfindən 39080 (otuz doqquz min həşdad) manat ödənilmişdir. MMC-yə heç bir borcu yoxdur. -xx.xx.2010-cu il tarixli Cavabdeh1 MTK-nın sədri X2 və Cavabdeh2 arasında bağlanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi inşa edilən 12 mərtəbəli yaşayış evinin 2-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 97.7 m2 olan izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi Cavabdeh2 verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 400 manat təşkil edir. Sahəsi 97.7 m2 olan mənzil üçün 39080 (otuz doqquz min səksən) manat ödənilməlidir. - Cavabdeh1 MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 26/20 nömrəli məktubdan görünür ki, «xxxx» MMC ilə aralarında bağlanılmış 14 fevral tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 olan, 3 otaqlı 26 saylı mənzilə dair tərəfindən tam ödəniş edilmiş və müvafiq maliyyə arayışı verilmişdir. ünvan 1 ünvanda inşa olunmuş İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı 26 saylı mənzil sonradan 1) payçı X8 ilə xx xxxx 2016-cı il tarixli müqavilənin əsasında yeni şərtlərlə xx xxxxx 2019-cu il tarixli müqavilə bağlanılmışdır. 2) payçı Cavabdeh2 ilə xx xxxxxx 2010-cu il tarixdə mübahisəli mənzilə dair müqavilə bağlanılmışdır. Mübahisəli 26 saylı mənzilin ona təhvil verilməsinə dair tələblərlə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 19/10 nömrəli arayışdan görünür ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi Cavabdeh1 MTK ilə İddiaçı aralarında bağlanılmış xx xxxxxx 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanda inşa olunmuş yaşayış binasının İİ blok. 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı 26 saylı mənzilə dair tərəfindən hissə-hissə olmaqla ödənişlər edilmiş və müvafiq xx xxxxxx 2009-cu tarixli maliyyə arayışı verilmişdir. Həmin müqavilənin, qəbz və maliyyə arayışının ikinci nüsxələri, müvafiq reyestr-qeydiyyat kitabinın ilkin versiyası, müvafiq qəbz və maliyyə arayışına əsasən vergi ödənişlərinin həyata keçirilməsi barədə hər hansı məlumat olmadığından tələb olunan sənədləri təqdim edə bilmirik. Qeyd edirik ki, «xxxx» MMC-nin əvvəlki rəhbərliyi X2 təsisçisi və direktoru olduğu digər «xxxx“ MMC tərəfindən ünvan 4 saylı ünvanda inşa etdiyi yaşayış binasında mənzillərin bir neçə dəfə sataraq dələduzluq etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. Onun barəsində 15 il azadlıqdan məhrum edilməklə cəza təyin edilmişdir. Tələb olunan sənədləri bütünlüklə «xxxx» MMC-nin əvvəlki rəhbərliyi X2 həbs olunmamışdan öncə götürərək naməlum istiqamətdə aparmışdır. Həmin sənədlərin hazırda mövcudluğu haqqında məlumatımız yoxdur. Bundan sonra Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbərliyi «xxxx» MMC-də baş verənləri araşdırmaqdadır və bütün mübahisəli məsələlər onların birbaşa nəzarətindədir. «xxxx» MMC-nin əvvəlki rəhbərliyi X2 barəsində «xxxx» MMC üzrə cinayət işi açılmamışıdr. Koopertivdən mənzil və qeyri-yaşayış sahəsi əldə edən payçıların özlərinin təqdim etdikləri müqavilələrin, maliyyə arayışlarının, ödəniş qəbzlərinin asillərinə müvafiq olaraq bloklar üzrə siyahı tərtib edilir. Bu siyahı koopertivdə yeganə məlumat mənbəyidir və payçılar müracət etdikcə bu siyahı yenilənir. İddiaçı iddiası üzrə ünvan 5 ünvanda inşa olunmuş yaşayış binasının İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı, 26 saylı mübahisəli mənzilə dair X8 cavabdeh olaraq cəlb edilmişdir. Cavabdeh kimi cəlb edilmiş X8 ilə xx xxxxx 2019-cu il tarixli, 224 saylı müqaviləyə əsasən ona ayrılımış yaşayış binasının İİ blok. 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı, 26 saylı mənzil «xxxx» MMC ilə bağlanılmış xx xxxxxx 2007-ci il tarixli müqaviləyə əsasən öncədən digər payçı İddiaçı satılmışdır.Cavabdeh X8 Cavabdeh1 MTK-nə rəsmi qaydada xx xxxxxxxx 2020-ci il tarixdə müraciət edərək İddiaçı məhkəmə qaydasında mübahisələndirilən Xırdalan şəhəri. M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında olan yaşayış binasının İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı, 26 saylı mənzilə dair onunla xx xxxxx 2019-cu il tarixli, 224 saylı təkrar müqavilə bağlanıldığı və həmin müqavilənin ləğv edilməsi və ilkin bağladığı müqavilənin bərpa edilməsi bildirilmişdir. Cavabdeh1 MTK tərəfindən X5 ərizəsi araşdırılmaqla qarşılıqlı razılaşmanı və xahişini nəzərə alaraq Xırdalan şəhəri. M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında inşa olunan yaşayış binasının İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kvadrat metr olan. 3 otaqlı, 26 saylı mənzilə dair xx.xx.2019-cu il tarixli, 224 saylı müqavilə ləğv edilmiş, həmin yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı 111 saylı mənzilə dair '‘Cavabdeh1» MTK ilə xx xxx 2016-cı il tarixli, 06 saylı müqavilə bərpa edilmişdir. Bu barədə X6 rəsmi olaraq xx xxxxxxxx 2020-ci ildə 08/10 saylı məktub təqdim edilmişdir. Hal-hazırda yaşayış binasında tikinti işləri tam başa çatmadığından, yaşayış binası istismara verilmədiyindən, təhvil-təslim həyata keçirilmədiyindən İddiaçı mənzilin təhvil verilməsi mümkün deyildir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə «xxxx» MMC arasında bağlanılmış xx xxxxxx 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı 26 saylı mənzil iddiaçıya verilmişdir. Mənzilin dəyəri iddiaçı tərəfindən hissəhissə olmaqla ödənilmiş və müvafiq olaraq ona tam ödəniş haqqında xx xxxxxx 2009-cu tarixli maliyyə arayışı verilmişdir. xx xxxxxx 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış Nizamnamənin l.l-ci bəndinə əsasən Cavabdeh1 «xxxx» MMC-nin hüquqi varisi olmuşdur. İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Mənzilin ona təhvil verilməsi ilə Cavabdeh1 MTK-müraciət edilmiş, xx xxxxxx 2020-ci il tarixli, 26/20 №li cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı 26 saylı mübahisəli mənzil xx xxxxxx 2010-cu il tarixli müqaviləyə əsasən Cavabdeh2 təkrar satılmışdır. Mübahisəli 26 saylı mənzilin iddiaçıya təhvil verilməsinə dair tələblərlə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Mübahisəli mənzillə bağlı iddiaçı Cavabdeh1 MTK-nın hüquqi xələfi «xxxx» MMC ilə daha əvvəl Müqavilə bağlamasına və mənzilin haqqının tam ödənilməsinə baxmayaraq Cavabdeh1 MTK göstərilən müqavilə əsasında mənzili iddiaçıya təhvil verməli olmasına baxmayaraq öz vəzifələrini yerinə yetirməmişdir. Ona görə də İddiaçı, həmin mübahisəli 26 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli müavilənin etibarsız hesab olunması, xxxx» MMC ilə arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında inşa olunan yaşayış binasının İİ blok, ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı 26 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması və mənzilin ona təhvil verilməsi vəzifələri cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi Cavabdeh1Mənzil Tıkınti Kooperativinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.3-cü maddəsinə əsasən mənziltikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Tərəflər, yəni «xxxx» MMC ilə İddiaçı arasında hüquq münasibətlərinin yarandığı dövrdə (mənzilə dair müqavilə xx xxxxxx 2007-ci il tarixdə bağlanmışdır) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» xx xxxxxxx 2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. X11 Məhkəməsinin «Önəryıldız Türkiyəyə qarşı» iş üzrə xx xxxxxx 2004-cü il tarixli Qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və X3 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı X11 Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə xx xxxxxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, «Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin «mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh «xxxx» MMC («İcraçı») ilə İddiaçı («Payçı») arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli müqaviləyə əsasən «İcraçı» mübahisəli mənzili pay kimi «Payçı»ya verməyi, «Payçı» isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Cavabdehin təqdim etdiyi maliyyə arayışına əsasən həmin mənzilin dəyəri kimi müəyyən edilmiş 39080 (otuz doqquz min səksən) manat məbləğində pul İddiaçı tərəfindən tam ödənilmişdir, onun MMC-yə heç bir borcu yoxdur. Bu, işin mübahisəsiz halıdır, yəni mənzilə dair mülkiyyət hüququ qeydə alınmasa da, nəzərə alınmalıdır ki, iddiaçı mənzilin pay dəyərini cavabdehə tam olaraq ödəməklə Mülki Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan qaydada həmin əmlaka mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 14.2.1. maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bununla bağlı məhkəmə qeyd edir ki, xx xxxxxx 2007-ci il tarixdə bağlanmış müqavilə qüvvədə olduğu halda, həmin müqavilənin predmeti olan ünvan 1 ünvanında inşa olunan yaşayış binasının İİ blok, ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı 26 saylı mənzilin satılmasına dair Cavabdeh2 ilə xx xxxxxx 2010-cu il tarixli müqavilə bağlanmışdır. Bununla da, məhkəmə hesab edir ki, xx xxxxxx 2010-cu il tarixli müqavilə etibarsız hesab olunması üçün əsaslar onların bağlandığı andan mövcud olmuşdur. Belə ki, iddiaçı ilə bağlanmış müqavilənin tarixindən görünür ki, həmin müqavilə cavabdehlə bağlanmış müqavilədən çox əvvəl bağlanmış və beləliklə iddiaçı ilə «xxxx» MMC (hazırda «xxxx» MTK) arasında mülki hüquq və vəzifələr əvvəl yaranmışdır. Məhkəmə tədqiqi zamanı müəyyən edilmiş sübutları qarşılıqlı yoxlayaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli müavilənin etibarsız hesab olunması hissəsində əsaslıdır, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərində nəzərdə tutulmuşdur ki, tikinti işləri başa çatdıqdan sonra «İcraçı» mənzili təhvil verir, «Payçı» mənzili qəbul edir. Təhviltəslim tərəflərin imzası ilə təsdiq olunan aktla sənədləşdirilir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı öhdəliyini yerinə yetirərək mənzilin pay dəyərini tam qaydada cavabdeh «xxxx» MTK-ya ödəsə də, cavabdeh icrası məcbur olan müqavilə öhdəliyinə əməl edib mənzili iddiaçıya təhvil verməmiş, əksinə, mənzil qanunsuz və əsasssız olaraq digər cavabdehə satılmış, onlarla müqavilə bağlanmışdır. Hazırda məhkəmə tərəfindən həmin müqavilələrin etibarsız sayılmalı olması barədə hüquqi nəticəyə gəlindiyindən, iddia həmin hissədə də təmin olunaraq xx xxxxxx 2007-ci il tarixli müqavilənin predmeti olan mənzilin İddiaçı təhvil verilməsi ilə bağlı irəli gələn öhdəliklərin icrasının həyata keçirilməsi cavabdeh «xxxx» MTK-ya həvalə edilməlidir. Eyni zamanda iddia tələbində mübahisəli mənzilə İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması tələbi göstərilmişdir ki, bununla bağlı məhkəmə qeyd edir ki, müqavilə bağladığı, pay haqqını tam ödənildiyi vaxtdan və hazırda müqavilə qüvvədə olduğundan iddiaçı həmin mənzilə istifadə və sahiblik hüququ əldə etmişdir. Ona görə də həmin hüququların tanınmasına zərurət olmadığından iddia tələbinin həmin hissəsi təmin edilməməlidir. Beləlliklə, məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması tam sübuta yetirilmişdir, ona görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı 26 saylı mənzilə dair Cavabdeh2 ilə «xxxx» MTK arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli müqavilə etibarsız hesab edilsin. İddiaçı ilə «xxxx» MMC arasında bağlanılmış xx xxxxxx 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kvadrat metr olan, 3 otaqlı 26 saylı mənzilin İddiaçı təhvil verilməsi ilə bağlı irəli gələn öhdəliklərin icrasının həyata keçirilməsi «xxxx» MTK-ya həvalə edilsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver