Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2768/2021 01.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Abaszadə Sevda Nizami qızının katibliyi ilə İddiaçı A MMC-nin Cavabdeh qarşı torpaq sahəsində tikilmiş qanunsuz tikilinin sökülərək ərazinin əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı A MMC Cavabdeh qarşı torpaq sahəsində tikilmiş qanunsuz tikilinin sökülərək ərazinin əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı A Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan, cavabdehin evi ilə Park Solero yaşayış kompleksinin mühafizə çəpəri arasında yerləşən yaşıllıq ərazidə heç bir icazə olmadan, şəhərciyin eskiz layihəsində nəzərdə tutulmayan və layihəyə xələl gətirən, cavabdeh tərəfindən kubik daşlarından qanunsuz olaraq tikilən tikilinin Cavabdeh hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan 14.04.2021-ci il tarixli göndərilmiş bildirişlərə əsasən mülki iş üzrə tərəflər 06.05.2021-ci il tarixinə saat 10:40-a, 08.05.2021-ci il tarixli göndərilmiş bildirişlərə əsasən isə mülki iş üzrə tərəflər 01.06.2021-ci il tarixinə saat 11:20yə təyin olunmuş məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6. maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı A MMC-nin Cavabdeh qarşı torpaq sahəsində tikilmiş qanunsuz tikilinin sökülərək ərazinin əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2768/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2768/2021
01.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver