Məhkəmə qərarları › İş №2(012)-2806/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2806/2023

01.08.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Sair mülki iş - Mənzil mübahisələri - Maneənin aradan qaldırılması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2806/2023 01.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinə istifadə hüququnun tanınması maneələrin aradan qaldırılması və sahibinə təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 avqust 2023-cü il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinə istifadə hüququnun tanınması maneələrin aradan qaldırılması və sahibinə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında fəaliyyət göstərən “FAM-88" MMC tikinti şirkətindən müqavilə əsasında aldığı, A bloku, birinci qat zirzəminin yəni ona məxsus, 470 kv.m qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun tanınması, maneələrin ardan qaldırılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında fəaliyyət göstərən “FAM-88" Məhdud Məsuliyyətli Cəmiyyətini inşa etdiyi, 2 girişlı, 16 mərtəbəli binanın A bloku, birinci qat zirzəmi, ümumi sahəsi 470 (dörd yüz yetmiş) kv.m olan qeyriyaşayış sahəsini 21 noyabr 2021-ci il tarixdə müqaviləyə əsasən almışdır. Bu qeyriyaşayış sahəsi üçün “FAM- 88" MMC tikinti şirkətinə kvadrat sahəsi 212 (iki yüz on iki) manat olmaqla, ümumilikdə 100000 (yüz min) manat tam şəkildə ödəmişdir. Mülkiyyət sahibi olmağına baxmayaraq, bu günə kimi şirkət tərəfindən müxtəlif maneələrlə mülkiyyətinə sahiblənə bilmir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz verərək, iddia tələbini qəbul etməyərək, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Bildirmişdir ki, iddiaçı Musayev X4 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa edilən 2 girişli, 16 mərtəbəli binanın A bloku, birinci qat zirzəmi, ümumi sahəsi 470 (dörd yüz yetmiş) kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanan müqavilə üçün iddiaçı pul tam ödəməmişdir. Belə ki, bu qeyri-yaşayış sahəsi X2 Vüsal Firudin oğluna olan 90 000 (doxsan min) manat borcun əvəzinə girov qoyulmuşdur. Qeyri-yaşayış sahəsinin qiyməti 100000 (yüz min) təşkil edir. Bu qeyriyaşayış sahəsi üçün ümumilikdə 25000 (iyirmi beş min) manat pul ödənilir. Məbləğin qalan 75000 (yetmiş beş min) manatını 10 (on) gün müddətində ödəmələri üçün 26 sentyabr 2022-ci il tarixdə bağlanan müqavilədə qeyd edilmişdir. Əks təqdirdə pul ödənilməzsə müqavilənin etibarsız hesab edilməsi qeyd edilmişdir. İddiaçı X3 olan 75000 (yetmiş beş min) manat pul ödəmədiyi üçün 22 aprel 2023-cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda ünvan 1 ünvanında inşa edilən Cavabdeh MMC-yə məxsus 16 mərtəbəli, 2 girişli, A bloku, birinci qat zirzəmi, ümumi sahəsi 470 (dörd yüz yetmiş) kv.m olan qeyriyaşayış sahəsinə olan pay haqqından imtina etməsi ilə bağlı notarial qaydada ərizə vermişdir. Ərizədə Cavabdeh MMC-yə qarşı heç bir iddia tələbinin olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Mənzil Tikintisi haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanı A blok birinci qat zirzəmini bir pay kimi İddiaçı təhvil verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və zirzəmini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən mənzilin sahəsi 470 kv.m-dir. Mənzilin 1 kv.m-nin dəyəri 212 (iki yüz on iki) manatdan ibarətdir. Mənzilin ümumi dəyəri 100000 (yüz min) manatdır. Payçı hər ay bu qeyri-yaşayış sahəsini X3 İddiaçı olan borcun əvəzinə verilir. Cavabdeh MMC tərəfindən tərtib edilmiş 26 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binası "xxxx" MMC şirkətinə məxsusdur. Bu binanın A blok zirzəmidə ümumi sahəsi 470 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən 100000 (yüz min) manat tam şəkildə ödənilmişdir. Bu qeyri-yaşayış sahəsi X3 İddiaçı olan borcun əvəzində verilir. İddiaçı tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən adına olan Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında yerləşən blok A, ümumi sahəsi 470 kv.m olan zirzəmidən və pay hüququndan imtina edir. Gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir iddiası və maddi tələbi olmayacaqdır. Cavabdeh MMC-nin təsisçisi X1 payçı İddiaçı(imza etməyib) və X3 iştirakı ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli qarşılıqlı razılığa əssən bağlanmış əqdin surətindən görünür ki, Cavabdeh MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında inşa edilmiş 2 girişli binanın A bloku, zirzəmi qatındakı 470 kv.m qeyri-yaşayış sahəsinə İddiaçı tərəfindən 10000 (on min) manat məbləğ ödənilmişdir. Gələcəkdə ödəniləcək 90000 (doxsan min) manat məbləğ X6 tərəfindən Cavabdeh MMC-nin kassasına ödənilməsi barədə qarşılıqlı əqd bağlamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Mənzil Tikintisi haqqında müqaviləyə əsasən Cavabdeh MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanı A blok birinci qat zirzəmini bir pay kimi İddiaçı təhvil verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və zirzəmini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən mənzilin sahəsi 58, 470 kv.m-dir. Mənzilin 1 kv.m-nin dəyəri 212 (iki yüz on iki) manatdan ibarətdir. Mənzilin ümumi dəyəri 100000 (yüz min) manatdır. Payçı hər ay bu qeyri-yaşayış sahəsini X3 İddiaçı olan borcun əvəzinə verilir. Həmin müqavilənin 3-cü bəndinə əsasən mənzilin sahəsi 470 kv.m-dir. Mənzilin 1 kv.m-nin dəyəri 212 (iki yüz on iki) manatdan ibarətdir. Mənzilin ümumi dəyəri 100000 (yüz min) manatdır. Cavabdeh MMC tərəfindən tərtib edilmiş 26 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının A blok zirzəmidə ümumi sahəsi 470 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən 100000 (yüz min) manat tam şəkildə ödənilmişdir. Bu qeyri-yaşayış sahəsi X3 İddiaçı olan borcun əvəzində verilir. İddiaçı tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən adına olan Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında yerləşən blok A, ümumi sahəsi 470 kv.m olan zirzəmidən və pay hüququndan imtina edir. Gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir iddiası və maddi tələbi olmayacaqdır. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi iddia tələbinə etirazda qeyd etmişdir ki, İddiaçı X3 75000 (yetmiş beş min) manat pul ödəmədiyi üçün 22 aprel 2023-cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən Cavabdeh MMC-yə məxsus 16 mərtəbəli, 2 girişli, A bloku, birinci qat zirzəmi, ümumi sahəsi 470 (dörd yüz yetmiş) kv.m olan qeyri-yaşayış sahəsinə olan pay haqqından imtina etməsi ilə bağlı notarial qaydada ərizə vermişdir. Ərizədə Cavabdeh MMC-yə qarşı heç bir iddia tələbinin olmadığını bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı ikinci dəfə xx.xx.2022-ci il tarixli ikinci müqavilə bağlanmışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı 22 aprel 2023-cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda qeyri-yaşayış sahəsinə olan pay haqqından imtina etməsi ilə bağlı notarial qaydada ərizə verdiyindən, tərəflər arasında mübahisəli qeyri-yaşayış sahəsinə dair münasibətlərə artıq xitam verilmişdir,odur ki, yenidən həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması, maneələrin ardan qaldırılması və ona təhvil verilməsi barədə iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, Mülki prosessual qanunvericilikdə hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 442.1-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə işin müəyyən edilən hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinə istifadə hüququnun tanınması maneələrin aradan qaldırılması və sahibinə təhvil verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinə istifadə hüququnun tanınması maneələrin aradan qaldırılması və sahibinə təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar