Məhkəmə qərarları › İş №2(012)-2870/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2870/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2870/2020 20.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi, kreditin, faizlərin, cərimənin ödənilməsi və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçının xeyrinə əsas kredit borcu üzrə 61075,51 manat, faiz borcu üzrə 15487,41 manat, cərimə borcu üzrə 2446,56 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat olmaqla, cəmi 79069,47 manat pulun tutulması, tələbin ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 79069,47 manat pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin fərdi yaşayış evindən boşaldılması və ipoteka predmetinin hərracda satışından əldə edilmiş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 040HOME395750 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 torpaq sahəsinin və üzərində tikilməkdə olan yaşayış evinin alınması üçün 84 ay müddətinə, illik 9 % ödəmək şərti ilə 88388 ABŞ dolları məbləğində kredit verilmişdir. Abşeron rayon 1 saylı Notariat Kontorunda xx.xx.2013-cü ildə bağlanmış torpaq sahəsinin alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 satın aldığı Abşeron rayonu Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsini kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka qoyanın arvadı - Cavabdeh2 həmin əmlakın ipoteka qoyulmasına notarial qaydada təsdiq edilmiş razılıq vermişdir. Bankın ipoteka hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Borcalanın ərizəsinə əsasən onunla bank arasında bağlanmış kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2015-ci il tarixli razılaşmaya əsasən borcalanın bu tarixə olan 75 749,21 ABŞ dolları məbləğində borc qalığı həmin günə olan valyuta kursuna (1 ABŞ dolları =1,0517 AZN) uyğun olaraq manata konvertasiya edilərək borc qalığı 799 660 manat, kreditin qaytarılması üçün son müddət xx.xx.2024cü il müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixdə Abşeron rayon 1 saylı Notariat Kontorunda alqı-satqı və ipoteka müqaviləsinə müvafiq dəyişikliklər olunmuşdur (həmin müqaviləyə Əlavə № 1). Kredit müqaviləsinin şərtlərinə görə borcalan hər təqvim ayının müvafiq günündə kredit və kreditdən istifadəyə görə faiz məbləğini hissə-hissə Banka ödəməlidir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə ödənilməsi gecikdirilən borcun məbləği əsas borc üzrə 61075,51 manat, faizlər üzrə 15487,56 manat,cərimə üzrə 2446,56 manat təşkil edir. Belə olan halda ipoteka predmeti kimi həm torpaq sahəsinə, həm də onun üzərindəki tikilən fərdi yaşayış evinə yönəldilməlidir. Odur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçının xeyrinə əsas kredit borcu üzrə 61075,51 manat, faiz borcu üzrə 15487,41 manat, cərimə borcu üzrə 2446,56 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat olmaqla, cəmi 79069,47 manat pulun tutulması, tələbin ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 79069,47 manat pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin fərdi yaşayış evindən boşaldılması və ipoteka predmetinin hərracda satışından əldə edilmiş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X8 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, həmçinin iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, işdə olan “Kreditor” İddiaçı ASC-nin Badamdar filialı ilə “Borcalan” Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinə əsasən “Kreditor” “Borcalan”a 84 (səksən dörd) ay müddətinə 88388 (səksən səkkiz min üç yüz səksən səkkiz) ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən kredit məbləğinin 10500 (on min beş yüz) manat hissəsi “Borcalan”a Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsinin alınması üçün, 58689 (əlli səkiz min altı yüz səksən doqquz) manat hissəsi isə həmin torpaq sahəsi üzərində yaşayış evinin tikintisi (yarımçıq evin tikilib başa çatdırılması) üçün verilmişdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Borcalan” bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kreditin və faizin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat miqdarında dəbbə pulu ödəməlidir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən “Borcalan”ın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 və X9 ilə xx.xx.2013-cü il tarixli, 040HOME395750/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsi, Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixli, 040HOME395750/G saylı girov müqaviləsi bağlanılır. İşdə olan xx.xx.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh1 88388 ABŞ dolları əsas borc və bu məbləğ üzrə 31066,9 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 119454,9 ABŞ dolları məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Kreditor-İpoteka saxlayan İddiaçı ASC-nin Badamdar filialı ilə Alıcı- İpoteka qoyan Cavabdeh1, ikinci tərəfdən irəlidə satıcı adlandırılacaq X2 adından Abşeron rayon 1 saylı Notariat Kontorunun xx xxxxxxx 2013-cü il tarixli, 7E/16665 nömrəli etibarnaməyə əsasən hərəkət edən X3 tərəfdən xx.xx.2013-cü il tarixli, 040HOME395750/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı və ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən Satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X17 tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli 10569 nömrəli arayışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsini (bundan sonra əmlak adlandırılacaq) Alıcı-İpoteka qoyana satır. Həmin alqı-satqı və ipoteka müqaviləsinin 1.4-cü bəndinə əsasən əmlakın satış qiyməti 10500 (on min beş yüz) manat tam olaraq Kreditor-İpoteka saxlayan tərəfindən xx.xx.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Həmin alqı-satqı və ipoteka müqaviləsinin 1.6.1 və 1.6.2-ci bəndlərinə əsasən kreditin məbləği 88388 ABŞ dolları, kreditin qaytarılma tarixi - kredit müqaviləsinə uyğun olaraq Alıcı-İpoteka qoyana faktiki təqdim edildiyi tarixdən 7 il müddətinə xx xxxxxx 2020-ci il tarixidir. Həmin alqı-satqı və ipoteka müqaviləsinin 3.1.2 və 3.2-ci bəndlərinə əsasən Alıcı-İpoteka qoyan tərəfindən ipoteka il təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər 12 ay ərzində 3 və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsi və onun satılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək öhdəliklərin icrası məqsədi ilə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 ilə X5 xx xxxxxx 1986-cı il tarixdə Ermənistan SSR Kalinin rayonun Evlin kənd sovetliyində rəsmi nikaha daxil olmuşdur. İşdə olan Cavabdeh2 notariat qaydasında təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsinə əsasən X6 məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən alınmasına və İddiaçı ASC-dən götürülən kreditin təminatı kimi həmin banka ipotekaya qoyulmasına etiraz etmədiyini, banka olan borclar ödənilmədiyi təqdirdə tutmanın həmin mənzilə yönəldilməsinə razı olduğunu və bu halda mənzili könüllü şəkildə boşaltmağı öhdəsinə götürdüyünü göstərmişdir. İşdə olan xx.xx.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2015-ci il tarixli Razılaşmaya əsasən borcalanın 75 749,21 ABŞ dolları məbləğində borc qalığı həmin günə (xx.xx.2015-ci il tarixinə) olan valyuta kursuna (1 ABŞ dolları =1,0517 AZN) uyğun olaraq manata konvertasiya edilərək borc qalığı 799 660 manat, illik 9 faiz, kreditin qaytarılması üçün son müddət xx.xx.2024-cü il müəyyən edilmişdir. İşdə olan xx.xx.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh1 79660 manat əsas borc və bu məbləğ üzrə 36008,91 manat faiz məbləği olmaqla, cəmi 115668,91manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2013-cü il tarixli, 040HOME395750/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsinə (Əlavə №1) dair xx.xx.2015-ci il tarixli razılaşmaya əsasən alqı-satqı və ipoteka müqaviləsinin təminatı olduğu 040HOME395750 saylı kredit müqaviləsinin son icra müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinə əsasən 61075,51 manat əsas kredit borcu, 15487,41 manat məbləğində faiz borcu, 2446,56 manat məbləğində cərimə borcu, ümumilikdə 79009,47 manat məbləğində borcu vardır. İşdə olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx xxxxx 2020-ci il tarixli pretenziya məktubuna əsasən cavabdeh bank qarşısında olan borcu barədə xəbərdar olunmuşdur. İşdə olan İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, X7 və X4 ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişə əsasən ipoteka qoyan ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdar olunmuşdur. İşdə olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X12 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, ipoteka qoyana ünvanlandırılmış ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X17 tərəfindən İddiaçı ASC-yə ünvanlanmış **********7 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən **********86 reyestr nömrəli torpaq sahəsi üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışlara əsasən iddiaçı tərəfindən cəmi 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi borclu bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyi icra etmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə cavabdeh tərəfindən götürülmüş öhdəliyin lazımınca yerinə yetirilməməsini və müqavilənin şərtlərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borclarının Cavabdeh1 iddiaçı bankın xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə cərimə borclarının cavabdehdən tutulması ilə əlaqədar tələb üzrə qeyd edir ki, bu hissədə də tələb qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsnin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək olmasını, həmçinin kreditorun əmlak mənafelərini, habelə tərəflərin digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimələrin miqdarı azaldılaraq əsas və faiz borcuna uyğun həcmdə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılması, 269.4cü maddəsinə əsasən isə ipoteka daşınmaz əşyalara, habelə rəsmi qaydada reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün Cavabdeh1 mülkiyyətində olan və iddiaçı banka ipotekaya qoyulmuş Abşeron rayonu Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldilməli, əmlak açıq hərracda satılmalıdır. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Buna görə də məhkəmə hesab edir ki, hazırki halda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün Cavabdeh1 mülkiyyətində olan və iddiaçıya ipoteka qoyulmuş Abşeron rayonu Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldilməli, ev açıq hərracda satılmalıdır. Məhkəmə iddia tələbinin iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Eyni Məcəllənin 423.2-ci maddəsində isə qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməyərək ona göndərilmiş xəbərdarlıq məktubunda göstərilmiş müddət ərzində heç bir zəruri addım atmamış və bununla da müqaviləni əhəmiyyətli dərəcədə pozaraq iddiaçını müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Buna görə də iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsi ləğv edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından da göründüyü kimi, ipoteka predmeti olan ev məhz kreditin qaytarılması üçün ipotekaya qoyulmuşdur. Belə olan halda ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılmasından 1 ay sonra cavabdehlər evdən çıxarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan daşınmaz əmlaklar kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi yüklü edildiyi üçün qanunvericiliyin yuxarıda qeyd olunan normasına əsasən həmin ev satıldıqdan sonra 1 ay ərzində cavabdehlər tərəfindən boşaldılmalıdır. Məhkəmə iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yuxarıda qeyd olunan borc tutulmalı və həmin tutma cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılmasından əldə edilmiş pul vəsaitindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsinə əsasən 61075,51 (altmış bir min yetmiş beş manat, əlli bir qəpik) manat məbləğində əsas, 15487,41 (on beş min dörd yüz səksən yeddi manat, qırx bir qəpik) manat məbləğində faiz borcu, cərimə borcu üzrə tələb azaldılaraq 20 (iyirmi) manat olmaqla, cəmi 76582,92 (yetmiş altı min beş yüz səksən iki manat, doxsan iki qəpik) manat, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan cəmi 10 (on) manat və xidmət haqqının əvəzi olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin,əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcu ödənilsin. Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0277 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra fərdi yaşayış evi boşaldılsın və alıcıya təhvil verilsin. İddia tələbi cərimə borcu üzrə qalan hissədə təmin edilməsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 040HOME395750 saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver