Məhkəmə qərarları › İş №2(012)-2874/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2874/2021

20.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzilə istifadə hüququnun tanınması - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2874/2021 20.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh1 nümayəndəsi X1, Cavabdeh2 MTK-nın nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 sentyabr 2021-ci il tarixdə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə ”Progress-2016” MTK arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, 63 saylı müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının İ blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr olan 14 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi vəzifələrinin Cavabdeh2nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış evinin 1-ci blok, İV mərtəbə, 2(iki) otaqlı, ümumi sahəsi 88.8 kv.metr olan 14 saylı mənzilə dair "xxxx" MMC ilə aralarında 20 iyun 2008-ci il tarixli, 341 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə yeni şərtlərlə 28 dekabr 2017-ci il tarixdə "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh2 MTK ilə təkrar bağlanmışdır. Pay haqqının tam (əlavə hər kvadrat metr sahə üçün 100 manat pay haqqı nəzərə alınmaqla) ödənilmiş və müvafiq maliyyə arayışı verilmişdir. 2020-ci ilin sentyabr ayında ona məlum olmuşdur ki, mübahisəli 14 saylı mənzil 28 dekabr 2018-ci il tarixdə Cavabdeh1 təkrar satılmışdır. Həmin şəxslə şəxsən əlaqə saxlayaraq araşdırma aparılmış və satılmış mənzilin təkrar satıldığı aydınlaşdırılmışdır. Cavabdeh1 şirkətə müraciət edərək ödədiyi pulların geri alınması tövsiyə edilmişdir. 20 iyun 2008-ci il tarixli müqavilə bağlanan zaman qüvvədə olmuş Mülki Məcələnin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikası “Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Qərarı ilə Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Abşeron rayon İH-nin başçısının 301 saylı, 25.08.2006-cı il tarixli sərəncamı ilə ünvan 3 ünvanda inşasına icazə verilmiş yaşayış binasının İ blok, İV mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr olan 2 otaqlı, 14 saylı mənzilə görə tərəfindən tam ödəniş edilmiş və həmin müqavilə yeni şərtlərlə 28 dekabr 2017-ci il tarixdə əlavə pay haqqı ödənilməklə təkrar bağlanmış və müvafiq maliyyə arayışı verilmişdir. Lakin cavabdeh ‘'Progress-2016” MTK həmin mübahisəli mənzili 28 dekabr 2018-ci il tarixdə Cavabdeh1 təkrar satmışdır. Onunla 63 saylı, 28.12.2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən hər kvadrat metri 650 manat olmaqla ümumilikdə 57720 manat ödənildiyi qeyd edilmişdir. Müvafıq maliyyə arayışı verilmişdir. Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda inşa olunan yaşayış binasının İ blok, İV mərtəbə,ümumi sahəsi 88.8 kvadrat metr olan 2 otaqlı, 14 saylı mənzilə Cavabdeh1 ilə "Progress-2016” MTK arasında 28 dekabr 2018-ci il tarixli müqavilə onunla ilkin bağlanılmış 20 iyun 2008-ci il tarixli müqavilədən 10 il sonra bağlanılmışdır. Mənzilə dair sərəncam vermək hüququ İddiaçı olduğu halda 14 saylı mənzil təkrar Cavabdeh1 əsassız olaraq satılmışdır. Bildirir ki, mübahisəli mənzil onunla bağlanmış müqavilədə 4-cü mərtəbədə göstərilir, Cavabdeh1 isə 5-ci mərtəbə kimi qeyd olunmuşdur, baxmayaraq ki, mənzil eyni 14 saylıdır. Əvvəllər 1-ci mərtəbə qeyri-yaşayış sahəsi olduğundan yaşayış üçün nəzərdə tutulan mərtəbələr sırasına daxil edilmirdi. İndi isə həmin 1-ci mərtəbə ümumi mərtəbələr sırasına daxil edildiyindən 4-cü mərtəbə 5-ci mərtəbə kimi qeyd edilir. Mənzillərin nömrələri isə dəyişməz qalır. Qanunvericilik normalarına əsasən cavabdeh ”Progress-2016” MTK onunla 14 saylı mənzilə dair bağlanmış müqavilə əsasında ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının İ blok, İV mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr olan mənzilin ona təhvil verilməsinə dair vəzifələrin daşıyıcısıdır. Beləliklə, müqaviləyə əsasən mənzilə görə cavabdeh ”Progress-2016” MTK-nə tərəfindən tam olaraq haqq ödənilmiş və mənzil üzərində sahiblik və istifadə hüquqları yaranmışdır. Mənzil ona təhvil verilməli, Cavabdeh1 ilə ’’Progress-2016” MTK arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, atası Cavabdeh1 mübahisə predmeti olan mənzilin tam dəyərini, yəni 57.720 manat ödəmişdir. Onların MTK-ya heç bir borcu yoxdur. Əlavə olaraq atası MTK-nın etməli olduğu lakin etməkdən boyun qaçırdığı istilik və izolyasiya sistemi də çəkdirərək mənzilə əlavə xərc çəkmişdir. O bir müddət əvvəl mənzilə baş çəkmək istəyəndə mənzilin başqa şəxsə satıldığını öyrənmişdir. MTK-nın rəhbəri İddiaçı başqa obyekt verdiyini və mənzilin atasına məxsus olduğunu demişdir. Eyni zamanda, Progress MTK mənzilə dair ödənilən məbləği geri qaytaracığını bildirsə də, ona indiyədək 6400 manat məbləğində vəsait qaytarmışdır. O, mənzilin ona verilməsini və ya mənzilə dair indiyədək ödənilən vəsaitin tam şəkildə ona qaytarılmasını xahiş etdi. Cavabdeh2 MTK-nın nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, mübahisə predmeti mənzilə dair ilkin müqavilə iddiaçı ilə İddiaçı arasında 2008-ci il tarixdə bağlanmışdır. Eyni mənzilə dair İddiaçı ilə yeni şərtlərlə 2017-ci il tarixdə başqa payçı müqaviləsi bağlanmışdır. Cavabdeh1 ilə Progress MTK arasında mübahisə predmeti olan mənzilə dair 28.12.2018-ci il tarixdə payçı müqaviləsi bağlanmış və Cavabdeh1 tərəfindən 57.000 manat ödəniş olunaraq mənzilin dəyəri tam ödənilmişdir. Hazırda Progress MTK-nın bir binası tikilmişdir və 5 bloklu binanın 4 blokunun tikintisi başa çatmışdır. Progress MTK mübahisə predmeti mənzilin dəyəri olan məbləği hissə-hissə cavabdehə ödəməyi öhdəlik götürmüşdür və indiyədək Cavabdeh1 6000 manat məbləğində vəsait qaytarılmışdır. İş materiallarında olan 20 iyun 2008-ci il tarixli, 341 saylı müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kv.metr olan bir otaqlı, İ blok, 14 saylı mənzil pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 20 iyun 2008-ci il tarixli maliyyə arayışından görünür ki, Məsimov X5 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda inşa olunmuş yaşayış binasının İ blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr olan 14 saylı mənzilə görə 34.000 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 28 dekabr 2018-ci il tarixli, 63 saylı müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kv.metr olan bir otaqlı, İ blok, 14 saylı mənzil pay kimi payçı Cavabdeh1 verməyi, payçı Cavabdeh1 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli, 5/767 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 20 iyun 2008-ci il tarixli, 341 saylı müqavilənin mətnindəki əlyazılan, “İcraçı” və “Payçı” hissələrindəki əlyazılan rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni gelli qələmlə icra olunmuşdurlar. Həmin müqavilənin “İcraçı” hissəsindəki “Direktor” sözündən sonrakı imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə gelli qələmlə icra olunmuşdur. Həmin müqavilənin mətnindəki əlyazılan və “İcraçı”,“Payçı” hissələrindəki əlyazılan ilə müqavilənin “İcraçı” hissəsindəki “Direktor” sözündən sonrakı imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə fərqli gelli qələmlə icra olunmuşdurlar. Həmin müqavilənin “Payçı” hissəsində “İmza” sözündən sonrakı imza və “Telefon №” sözündən sonrakı “2089812” rəqəmlər rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin müqavilədə olan möhürün rəngləyici maddəsi kimyəvi tərkibinə görə ştempel boyalarına aiddir. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərardadda göstərilən “İş materiallarında olan 20 iyun 2008-ci il tarixli, 341 saylı müqavilədəki əl ilə yazılmış yazılmış yazıların, vurulmuş möhürün və imzalanmış imzaların 2008-ci il tarixdə yazılmasına və möhürlənməsinə uyğun gəlirmi?” sualı üzrə tədqiqat aparılmadı. Beləliklə, məhkəmədə sübutların tədqiqatı zamanı müəyən edilir ki, İddiaçı ilə "xxxx" MMC ilə arasında ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış evinin 1-ci blok, İV mərtəbə, 2(iki) otaqlı, ümumi sahəsi 88.8 kv.metr olan 14 saylı mənzilə dair 20 iyun 2008-ci il tarixli, 341 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə yeni şərtlərlə 28 dekabr 2017-ci il tarixdə "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh2 MTK ilə təkrar bağlanmışdır. Pay haqqının tam (əlavə hər kvadrat metr sahə üçün 100 manat pay haqqı nəzərə alınmaqla) ödənilmiş və müvafiq maliyyə arayışı verilmişdir. 2020-ci ilin sentyabr ayında ona məlum olmuşdur ki, mübahisəli 14 saylı mənzil 28 dekabr 2018-ci il tarixdə Cavabdeh1 təkrar satılmışdır. İş materialları, iddiaçının və cavabdeh şirkətin nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçının cavabdehlə 20 iyun 2008-ci il tarixli, 341 saylı müqavilə mahiyyətinə görə həmin müqavilənin mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, mübahisə edilməyən hallarıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin qeyd olunmuş faktiki hallarına və istinad olunacaq maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh1 ilə ”Progress-2016” MTK arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, 63 saylı müqavilə etibarsız hesab edilməli və İddiaçı ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının İ blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr olan 14 saylı mənzilə sahiblik və istifadə hüququ tanınmalı, mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh2nə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə bu normalara istinadən hesab edir ki, "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh2 MTK 20 iyun 2008-ci il tarixli, 341 saylı müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının İ blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr olan 14 saylı mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıdığı üçün mübahisəli mənzili iddiaçıya təhvil verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmədə işin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh1 tərəfindən mübahisəli mənzillə bağlı Cavabdeh2 MTK-ya 57.000 manat ödəniş edilmiş, həmin puldan Cavabdeh1 Cavabdeh2 MTK 6000 manat məbləğində vəsait qaytarılsada, qalan vəsait qaytarılmamışdır.Məhkəmə yuxarıda qeyd olunan Mülki Məcəllənin 337.5-ci maddəsinə istinad edərək hesab edir ki, tərəflər arasında əqd etibarsız sayıldığından geri qaytarılmamış 51000 manat Cavabdeh2 MTK-dan alınaraq Cavabdeh1 ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli, 5/767 nömrəli məhkəmə-texniki ekspertizasına görə 80 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh2 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X3, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, 63 saylı müqavilə etibarsız hesab edilsin. İddiaçı ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının İ blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr olan 14 saylı mənzilə sahiblik və istifadə hüququ tanınsın. ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının İ blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr olan 14 saylı mənzil tərəflər arasında bağlanmış 20 iyun 2008-ci il tarixli, 341 saylı il tarixli müqavilə əsasında Cavabdeh2 MTK tərəfindən İddiaçı təhvil verilsin. Cavabdeh2 MTK-dan 51000(əlli bir min) manat tutularaq Cavabdeh1 ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli, 5/767 nömrəli məhkəmə-texniki ekspertizasına görə 80 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh2 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X3, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver