Məhkəmə qərarları › İş №2(012)-2972/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2972/2021

06.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2972/2021 06.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 1 saylı Maraqlı şəxsndə yerləşən Notariat kontoruna qarşı “qohumluq faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “qohumluq faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun, yəni Ərizəçi X5 bacısı qızı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin xalası X13 28.12.2020-ci il tarixdə vəfat etmişdir. O, Bakı şəhəri Talıblı küçəsi, 3 №-li yaşayış evinin 8 saylı mənzilinin mülkiyyətçisi olmuşdur. X.Quliyevanın birinci növbədən olan vərəsələri ölmüşlər. X16 01.02.2003-cü il tarixdə vəfat etmişdir. Eləcə də, bir övladı - X22 olmuş və o, 11.09.2018-ci ildə vəfat etmişdir. X.Quliyevanın iki bacısı olmuş, onlar Türkmənistanda yaşamış və vəfat etmişdirlər. X.Quliyevanın bacılarından biri ərizəçinin anası X11muşdur. Ərizəçidə anasının doğum haqqında şəhadətnaməsi yoxdur. X4 anadan olmuş və onun doğumu orada qeydə alınmışdır. Ona görə də ərizəçi hazırda anasının doğum haqqında şəhadətnaməsini əldə edə bilmir. Ərizəçi miras qalmış mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 1 saylı Maraqlı şəxsndə yerləşən Notariat kontoruna müraciət etmişdir. Lakin Notariat kontorunda ərizəçi anası X9 doğum haqqında şəhadətnaməsini əldə edə bilmir. Belə olan halda ərizəçi xalası X13 ilə qohumluq faktının məhkəmə qaydasında təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin ərizəçi xalasının sağlığında ona qulluq edən yeganə şəxs olmuşdur və ölümündən sonra vərəsəsi kimi ondan miras qalmış əmlakı faktiki qəbul edərək idarə edir. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi nümayəndəsi-vəkili Vəkil ərizədə göstərilənləri təsdiq edib, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxsndə Notariat Kontoru məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Ərizəçi onun qardaşı arvadıdır. Qardaşı arvadının iki xalası vardır. Ərizəçi, yəni qardaşı arvadının anasıgil üç bacı olmuşlar: Alla, Xanım və Gülxar. X13 həqiqətən Ərizəçi xalası olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, Ərizəçi qaynıdır. 1991ci ildən qohum olmuşlar, elə həmin dövrdən də bir-birlərini tanıyırlar. Ziyalı ailədirlər. Qardaşı arvadının iki xalası vardır. Ərizəçi, yəni qardaşı arvadının anasıgil üç bacı olmuşlar: Alla, Xanım və Gülxar. X13 həqiqətən Ərizəçi xalası olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, mərhum X1 baxıcısı olmuşdur. Ərizəçi tez-tez xalasına baş çəkməyə gəlib-gedərdi. X2 həqiqətən Ərizəçi xalası olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, X2nın qonşusu olmuşdur. 1972-ci ildən orada yaşayır və 50 ildən çoxdur ki həmin ailəni tanıyır. X2 həqiqətən də Ərizəçi xalası olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən MH seriyalı 057834 №-li Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Talıblı küçəsi, 3 №-li yaşayış evinin, 8 saylı mənzili X5 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 27.12.1996-cı il tarixdə reyetr kitabının 744 səhifəsində 111721 № ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 06 yanvar 1966-cı il tarixli 4092İ №-li Orderin surətindən görünür ki, Bakı şəhəri, Talıblı küçəsi, 3 №-li yaşayış evinin, 8 saylı mənzilinə X13 ilə birlikdə X25 və X19 da mülkiyyət hüququ əldə etmək imkanına malikdirlər. İş materiallarında olan AZ seriyalı ******* №-li Doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, xx xxxx 1967-ci il təvəllüdlü Ərizəçi atası X3, anası X10. İş materiallarında olan 750357 №-li Doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, 13 iyul 1934-cü il təvəllüdlü X5 atası Nəcəf Quliyev, anası Xeyransa Quliyevadır. İş materiallarında olan AZ-İİ seriyalı 176242 №-li Ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X18 07.12.2009-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17.12.2009-cu il tarixdə 548 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 147742 №-li Ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X13 28.12.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01.01.2021-ci il tarixdə 32 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 034567 №-li Ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X25 01.02.2003-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.04.2003-cü il tarixdə 405 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 973764 №-li Ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X22 11.09.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02.10.2018-ci il tarixdə 1592 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ seriyalı 030168 №-li Evlənmək haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X25 ilə X13 arasında nikah Bakı şəhəri Səadət Sarayında 04 noyabr 1965-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 3090 №-si ilə qeyd edilmişdir. İş materiallarında olan 307438 №-li Doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, 05 oktyabr 1977-ci il təvəllüdlü X15 atası X25, anası X8r. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizəçinin, şahidlərin izahatlarından və təqdim edilən sənədlərdən Ərizəçi X5 bacısı qızı olması, yəni X5 Ərizəçi xalası olması faktı işdə olan sübutlarla təsdiqini tapdığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi “Ərizəçi”nın “X13”nın bacısı qızı olması, yəni “X13”nın ərizəçi “Ərizəçi”nın xalası olması faktı müəyyən edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar