Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-306/2021 22.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə dair mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı ASC-nin nümayəndəsi X2 mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əslinin iddiaçıya geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən İddiaçı ASC-nin nümayəndəsinin mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əslinin iddiaçıya geri qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin nümayəndəsinin mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əslinin iddiaçıya geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-306/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-306/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver