Məhkəmə qərarları › İş №2(012)-3100/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3100/2021

05.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3100/2021 05.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Kazımov Elçin Məmməd oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı6 iştirakı ilə, İddiaçılar İddiaçı6, İddiaçı3, İddiaçı10, İddiaçı1, İddiaçı2, İddiaçı9, İddiaçı7, İddiaçı5, İddiaçı4 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı buraxılmış müddətin bərpası tələbinə dair mülki iş üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı6, İddiaçı3, İddiaçı10, İddiaçı1, İddiaçı2, İddiaçı9, İddiaçı7, İddiaçı5, İddiaçı4 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı buraxılmış müddətin bərpası tələbinə dair iddia ərizəsi ilə müraciət etmişlər. İddiaçı6 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 170-ci maddəsinə əsasən, 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud idiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı6, İddiaçı3, İddiaçı10, İddiaçı1, İddiaçı2, İddiaçı9, İddiaçı7, İddiaçı5, İddiaçı4 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı buraxılmış müddətin bərpası tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdə sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar