Məhkəmə qərarları › İş №2(012)-3183/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3183/2021

20.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3183/2021 20.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 Kazımovun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, əlavə sənədlərin toplanması zərurəti yarandığından, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 170-ci maddəsinə əsasən, 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud idiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdə sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar