Məhkəmə qərarları › İş №2(012)-3190/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3190/2021

02.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Alimentin təyin edilməsi tələbi - Nikahın pozulmas
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3190/2021 02.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 sentyabr 2021-ci il tarixində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 27.01.2006cı il tarixdə Gəncə şəhəri Nizami rayonu VVADQ Şöbəsində bağlanmış 69 №-li nikahının pozulması, birgə nikahdan dünyaya gəlmiş 09.12.2006-cı il təvəllüdlü X3, 28.11.2007-ci il təvəllüdlü X5 və 20.07.2009-cu il təvəllüdlü X1 onun yanında saxlanması, birgə nikahdan dünyaya gəlmiş 09.12.2006-cı il təvəllüdlü X3, 28.11.2007-ci il təvəllüdlü X5 və 20.07.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, onunla Cavabdeh arasında 27.01.2006-cı il tarixdə rəsmi nikah bağlanmışdır. Birgə nikahlarından 09.12.2006-cı il təvəllüdlü X6, 28.11.2007-ci il təvəllüdlü X8 və 20.07.2009-cu il təvəllüdlü X4 dünyaya gəlmişlər. Cavabdehlə ilk günlər normal münasibətləri olsa da, cavabdehlə xasiyyətləri uyğun gələmədiyindən son illər aralarında mübahisələr yaranmışdır. Artıq 8 aydır ki, ayrı yaşayırlar. Cavabdeh isə çörək zavodunda işləyir. Lakin ona və övladlarına heç bir maddi köməklik etməmişdir. Odur ki, boşanmaqda fikri qətidir. Övladlarının onun yanında qalmasını və hər uşağa görə 175 manat olmaqla, cəmi 525 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, nikahın pozulmasına razıdır. Həmçinin övladlarının ana yanıında qalmasına etiraz etmir. Onun aylıq əmək haqqısı 270 manat təşkil edir. Əmək haqqına uyğun olaraq alimentin təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Gəncə şəhəri Nizami rayonu VVADQ Şöbəsi tərəfindən qeydə alınmış AZ-İ № 203970 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı 27.01.2006-cı il il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 69 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZE Seriyalı, 11704852 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 09.12.2006-cı ildə Rusiya Federasiyası, Saxalin vilayətində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdir. İş materiallarında olan AZE Seriyalı, 11165931 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 28.11.2007-ci ildə Rusiya Federasiyası, Saxalin vilayətində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdir. İş materiallarında olan AZE Seriyalı, 11704918 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X2 20.07.2009-cu ildə Rusiya Federasiyası, Saxalin vilayətində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə aydın oldu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan üç yetkinlik yaşına çatmayan uşaqları vardır. Onlar ər-arvad münasibətlərini kəsməklə, birgə təsərrüfat aparmırlar. Ailənin bərpasına ümüd yoxdur. Nikah formal xarakter daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Cavabdeh nikahın pozulmasına razıdır. Həmçinin iddiaçının nikahın pozulmasında israrlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə görə ər-arvad arasında yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığı, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydası və miqdarı və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsi barədə saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Uşaqla bağlı mübahisə olmadığından məhkəmə hesab edir ki, 09.12.2006-cı il təvəllüdlü X6, 28.11.2007-ci il təvəllüdlü X5 və 20.07.2009-cu il təvəllüdlü X4 anaları İddiaçı ilə qalmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan başqa nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bu normalardan çıxış edərək, iş materiallarının araşdırılmasına əsasən cavabdehin maddi durumunun faktiki vəziyyətini, habelə uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq nəticəyə gəlir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 120 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment 21.04.2021-ci ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 27.01.2006-cı il il tarixdə bağlanmış, Gəncə şəhəri Nizami rayonu VVADQ Şöbəsi tərəfindən qeydə alınmış 69 №-li nikah pozulsun. Nikah pozulduqdan sonra 09.12.2006-cı il təvəllüdlü X6, 28.11.2007-ci il təvəllüdlü X8 və 20.07.2009-cu il təvəllüdlü X4 anaları İddiaçı yanında qalsınlar. Cavabdeh 21.04.2021-ci il tarixdən başlayaraq 09.12.2006-cı il təvəllüdlü X3, 28.11.2007-ci il təvəllüdlü X5 və 20.07.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamənin aliment hissəsi dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver