Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3195/2023 26.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdehlər Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinə və Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi, tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinə və Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi, tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ceyranbatan Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2009-cu il tarixli 13 saylı qərarın etibarsız hesab edilməsi, Ceyranbatan Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 14 oktyabr 2009-cu il tarixli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin ləğv edilməsi, X1 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, torpaq sahəsi üzərində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında münasibətlər Ceyranbatan Bələdiyyəsinin 08 oktyabr 2009-cu il tarixli 13 saylı qərarına əsasən yaranmışdır. Bu qərar Ceyranbatan Bələdiyyəsi tərəfindən verilmişdir və inzibati aktdır, çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixdə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na (İV fəsil) görə bələdiyyələr inzibati orqandır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 16.1-ci bəndinə görə inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. Qüvvədə olan qanunvericiliyə görə inzibati orqanın qərarının etibarsızlığı mülki deyil, inzibati icraat qaydasında tələb edilməlidir. Bu cür tələblərin mülki məhkəmə icraatı qaydasında araşdırılması və həll edilməsi qadağandır. Halbuki, İddiaçı məhkəmə aidiyyətini pozmuş, hazırki tələblə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə ödəmişdir. Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə ödənilən 100 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinə və Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi, tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı hazırki mülki iş (2(012)-3195/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3195/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3195/2023
26.05.2023 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Torpaq mübahisələri - Qanunsuz tikilinin sökülməsi - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver