Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3214/2020 07.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı Cavabdeh qarşı borc pulun əvəzi verilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsinə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı borc pulun əvəzi verilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin borc əvəzi olaraq ona verdiyi torpaq sahəsinin, bu olmadıqda isə hesablanaraq dəyərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki,iddia ərizəsi qanunla müəyyən edilən forma və məzmunda tərtib edilmədiyindən, yəni iddiaçının tələbi konkret olmayıb alternativ olduğundan, bununla da iddia ərizəsinin qanunla müəyyən edilmiş forma və məzmununa iddiaçı tərəfindən əməl olunmadığından iddia ərizəsi MPMnin 152.1.1 maddəsinə əsasən geri qaytarılmalıdır. MPM-nin 152.1.1 maddəsinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət olunmadıqda geri qaytarılır. Həmin Məcəllənin 149.2.3 maddəsinə görə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə qarşı yönəldikdə isə onların hər birinə qarşı olan tələblər göstərilməlidir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi cavabdeh tərəfindən satılmışdır. O halda, iddiaçının cavabdehə qarşı pul tələbi hüququ olduğundan və cavabdehin qeydiyyat ünvanı Sumqayıt şəhəri olduğundan, iddiaçı pul tələbinə dair iddia ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edə bilər. Ona görə də, məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya iddia ərizəsi üzrə aidiyyatı məhkəməyə müraciət etməsi ona izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı borc pulun əvəzi verilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3214/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3214/2020
07.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver