Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-330/2023 14.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bank "xxxx" ASC-yə qarşı reyestrdən çıxarışın ləğvi, mənzildə yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və iddiaçının mülkiyyət hüququ tanınmaqla mənzilin ona təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bank "xxxx" ASC-yə qarşı reyestrdən çıxarışın ləğvi, mənzildə yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və iddiaçının mülkiyyət hüququ tanınmaqla mənzilin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən Cavabdeh2 adına verilmiş Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ tam həcmdə tanınmaqla mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə onun arasında bağlanmış kredit müqaviləsi əsasında ona yaşayış sahəsinin alınması üçün bank tərəfindən 47000 manat məbləğində ipoteka krediti ayrılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulmuşdur. "xxxx" ASC iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək ondan öz xeyrinə 40807,07 manat əsas, 929,05 manat faiz borcu olmaqla, cəmi 41736,12 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra həmin ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxıldıqda iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(104)-1588 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bu qərardaddan nə iddiaçı, nə də cavabdeh kassasiya şikayəti vermişdir. İş üzrə borcverən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ləğv edilmişdir. İpoteka və Kredit Zəmanət Fondu ilə Bank "xxxx" ASC arasında imzalanmış xidmət müqaviləsinə əlavə olaraq ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)- 2363 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(104)- 1588 qərardadı ilə ləğv olunmuşdur, lakin buna baxmayaraq Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi onun xəbəri olmadan məhkəmə tərəfindən icraya yönəldilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və ona məxsus olan ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin satılması üçün “X1 Mərkəzi” MMC-yə sifariş verilmişdir. Onun xəbəri olmadan hərrac keçirilmiş və "xxxx" ASC həmin mənzili almışdır. Hərracın keçirilməsi və onun nəticələri barədə o, Bank "BTB” ASC-nin əməkdaşları və Abşeron rayon İcra Şöbəsinin icra məmurları mənzilə gələrək orada olan əşyaları boşaltmağa başladıqda bilmişdir. Ona məlumat vermişlər ki, hərrac keçirilmişdir və artıq mənzilin sahibi Bank "xxxx" ASC-dir. Hal-hazırda mənzilin əşyaları tələbkar tərəfindən çıxarılmış və mənzilə sahibliyi Bank "xxxx" ASC bir müddət etmişdir. Sonradan isə Bank "xxxx" ASC sözügedən mənzil hazırki iddia üzrə Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Onun adına mənzilə dair xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. Abşeron rayon İcra Şöbəsi tərəfindən Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi icra edilmişdir. Lakin həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588 qərardadı ilə ləğv olunmuşdur. Beləliklə, Bərdə Rayon Məhkəməsinin ləğv olunmuş qətnaməsi qanunsuz icraya yönəldilmiş və icra edilmişdir. Xətai Rayon Məhkəməsində hərrac protokolunun etibarsız sayılmasına dair iddia qaldırmış, xx.xx.2021-ci il tarixli 2(011)-6600/2021 saylı qətnamə ilə onun iddiası təmin olunaraq sözügedən mənzilə dair satış protokolu etibarsız sayılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin şikayət təmin edilməmiş, cavabdeh tərəfindən daha sonra kassasiya şikayəti verilmiş, lakin həmin şikayət də təmin edilməmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minərək sözügedən mənzilə dair keçirilmiş hərracın nəticələri etibarsız sayılmışdır. Mübahisəli mənzil üzrə hərracın satış protokolu etibarsız sayıldıqdan sonra onun üzərində aparılmış digər hərəkətlər də etibarsızdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə ərizə vermiş və məhkəmədən Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair DƏDRX tərəfindən Bank "xxxx" ASC adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, DƏDRX tərəfindən həmin mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə oradan çıxarılması və əmlakın boşaldılması, onun mübahisəli mənzilə mülkiyyət hüququ tanınmaqla həmin mənzilin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, onun təmin edilməsini xahiş etdi. İştirak etdikləri məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədilər və onun təmin edilməməsini xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin və Abşeron Rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6600/2021 saylı iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolu etibarsız hesab edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11845/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bank "xxxx" ASC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6600/2021 saylı iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi Bank "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ali Məhkəmənin 2(102)-2465/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh Bank "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11845/2021 nömrəli mülki iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1588/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı 40807,07 manat əsas, 929,05 manat faiz borcu olmaqla, cəmi 41736,12 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra həmin ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57000 manat məbləğində müəyyən edilməsi barədə iddiasına dair mülki iş üzrə iddiaçının nümayəndəsinin iddia tələbindən imtinası qəbul edilmiş və bu əsas görə iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-736/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, "xxxx" ASC müflis elan edilərək iflas prosedurana başlanılmış, “X2 Company” MMC həmin bankın ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-736/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, MBNP-nin ərizəsi təmin edilmiş, lisenziyası ləğv edilmiş və müflis elan olunmuş "xxxx" ASC-nin ləğvedicisi “X2 Company” MMC-nin fəaliyyətinə xitam verilmiş və həmin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1588/2016 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, həmin Məhkəmənin 2(104)-1588/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadından LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İş materiallarında olan Ali Məhkəmənin 2(102)-1513/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1588/2016 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan MA ******* saylı, xx.xx.2009-cu il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilin mülkiyyətçisi X4r. İş materiallarında olan xx.xx.2010-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilin alınması üçün 240 ay müddətinə illik 8 % ödəmək şərtilə 47000 manat məbləğində ipoteka krediti ayrılmışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, İddiaçı X3 ünvan 3 ünvanında yerləşən 16 saylı mənzili 55700 manata alır. Mənzilin 8700 manatını İddiaçı özü ödəyir, qalan 47000 manatı isə xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC ödəyir və mənzil kredit öhdəliklərinin təminatı kimi bankın xeyrinə ipoteka qoyulur. İş materiallarında olan MA ******* saylı, xx.xx.2010-cu il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolundan və hərracın nəticələri barədə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzili 35508,75 manata "xxxx" ASC-yə satılmışdır. Hərracın keçirilməsinə əsas kimi Bərdə Rayon Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli, 2(021)-2363/2015 saylı icra vərəqəsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilin mülkiyyətçisi "xxxx" ASC-dir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2dur. İş materiallarında olan DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzil Bakı şəhəri, 29 saylı DNK tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-813 saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh2 satılmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi əsasında ona yaşayış sahəsinin alınması üçün bank tərəfindən 47000 manat məbləğində ipoteka krediti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3 ünvanında yerləşən 16 saylı mənzil "xxxx" ASC-yə ipoteka qoyulmuşdur. "xxxx" ASC iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək İddiaçı onun xeyrinə 40807,07 manat əsas, 929,05 manat faiz borcu olmaqla, cəmi 41736,12 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, ona məxsus olan Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra ünvan 7 ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxıldıqda, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588/2016 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Sonradan bu qərardad mübahisələndirilsə də, son nəticədə yuxarı instansiya məhkəməsinin aktı ilə dəyişdirilmədən saxlanılmışdır, yəni hazırda qüvvədədir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə keçirilmiş hərracın nəticələri də İddiaçı tərəfindən mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolu etibarsız hesab edilmişdir. İşdən görünür ki, mənzilin mülkiyyətçisi olan "xxxx" ASC həmin əmlakı Bakı şəhəri, 29 saylı DNK tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-813 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmış və Cavabdeh2 bu mənzil üzərində hüquqlarını xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışla qeydə aldırmışdır. Göründüyü kimi, "xxxx" ASC nəticələri məhkəmə tərəfindən etibarsız hesab edilən hərrac vasitəsilə mübahisəli əmlakı öz mülkiyyətinə keçirdiyindən onun barəsində sərəncam verməsi, yəni onu Cavabdeh2 satması qanunsuzdur və onlar arasındakı əqd etibarsızdır. Mülki Məcəllənin 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materiallarından görünür ki, mübahisəli əmlakla bağlı bütün əməliyyatlar sonradan məhkəmə qaydasında etibarsız hesab edilmiş və son nəticədə mənzil İddiaçı mülkiyyətinə qaytarılmışdır. Hazırda mübahisəli əmlaka dair başqa şəxslərin adına reyestrdən çıxarışların olması iddiaçının mülkiyyət hüquqlarını pozur və hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Bu isə qanunla qadağandır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair Bank "xxxx" ASC-nin adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarış və Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarış ləğv edilməli, Cavabdeh2 Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməli, Cavabdeh2 həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalı və İddiaçı təhvil verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə oradan çıxarılması hissəsində şəxslərin konkret dairəsi müəyyən edilmədiyindən iddia bu hissədə qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair Bank "xxxx" ASC-nin adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarış və Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarış ləğv edilsin. Cavabdeh2 Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3də yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilsin, Cavabdeh2 həmin mənzildən çıxarılsın, mənzil boşaldılsın və İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 və Bank "xxxx" ASC-dən müştərək qaydada 100 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-330/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-330/2023
14.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver