Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3377/2022 26.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsindən istifadə hüququ olmayan hesab olunma və dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsindən istifadə hüququ olmayan hesab olunma və dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, X5, X2, Cavabdeh6, Cavabdeh5 və qeyrilərinin onlara məxsus olan ev əşyaları ilə birlikdə ünvan 3 saylı ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evindən çıxarılmaları və orada yerləşən 0,07 ha torpaq sahəsinin boşaldılması, həmin fərdi yaşayış evinin və həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi, Cavabdeh1, Cavabdeh2, X5, X2, Cavabdeh6 və Cavabdeh5 ünvan 3 saylı fərdi yaşayış evindən istifadə hüquqları olmayan şəxs hesab edilmələri, Cavabdeh1 əmlakın satış qiymətinə görə ödənilmiş 5000 manat, dövlət rüsumu olaraq 224 manat, əldən çıxmış faydaya görə 19000 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ilə evin əvvəlki mülkiyyətçisi Cavabdeh1 arasında Abşeron rayonu 2 saylı Notariat Kontorunda bağlanılmış xx.xx.2018ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh1 xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə faizsiz olaraq 85000 manat məbləğində borc pul vermişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3M-1118 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evi və Abşeron rayonu, Goradil kəndi, M.Müşfıq küçəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsini ipoteka saxlayan İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2018-ci il tarixli, 3M-1119 nömrəli ipoteka müqaviləsinə 1 nömrəli, xx.xx.2019-cu il tarixli əlavə sazişə əsasən müqavilənin 3.2-ci bəndinə dəyişiklik edilərək öhdəliyin əsası kimi faizsiz 105400 manat borc müəyyən olunmuşdur. Cavabdeh1 ilə bağlanılmış kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün və həmin müqavilədən irəli gələn şərtlərə əsasən Abşeron rayon 2 saylı Notariat Ofisi cavabdehə 2 dəfə xəbərdarlıq etməsinə baxmayaraq, onun tərəfindən notariat ofisinə heç bir müraciət daxil olmadığından həmin müqavilələr üzrə icra qeydi aparılmış və icra olunması ücün 16 mart 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon İcra və Propasiya Şöbəsinə göndərilmişdir. Bundan sonra Abşeron rayon İcra və X10 rayonu 2 saylı Notariat Kontorunun 8İ-1175 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Həmin qərar əsasında lazımi icra tədbirləri həyata keçirilmişdir. O cümlədən tələbin könüllü icrası haqqında Cavabdeh1 bildiriş göndərilmiş və o, həmin bildirişlə tanış olaraq onu imza etmişdir. Buna baxmayaraq, cavabdeh könüllü olararq üzərinə düşən öhdəliyi yenə də yerinə yetirməmişdir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 72 saylı, xx.xx.2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən Abşeron rayonu, Görədil kəndi, M.Müşviq küçəsindəki 20 saylı fərdi yaşayış evi 0,07 ha torpaq sahəsi ilə birlikdə 150000 manata qiymətləndirilmişdir. “X1 Mərkəzi” MMC, Abşeron rayon İcra və Propasiya Şöbəsi tərəfindən 17/7550/2V saylı xx.xx.2020-ci il tarixli məktubla Abşeron rayonu, Görədil kəndi, M.Müşviq küçəsi, 20 saylı fərdi yaşayış evi və orada yerləşən 0,07 ha torpaq sahəsinin açıq hərracda (əmlakın ilkin satış qiyməti 150000 manat olmaqla) satışının təşkil edilməsi üçün sifariş verildiyi və açıq hərracın 04 noyabr 2020-ci il tarixdə saat 11:00-da keçiriləcəyi barədə tərəflərə 16 oktyabr 2020-ci il tarixli, 158 saylı bildiriş göndərmişdir. “X1 Mərkəzi” MMC, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 17/75-50/2V saylı xx.xx.2020 tarixli məktubla Abşeron rayonu, Görədil kəndi, M.Müşviq küçəsi, 20 saylı fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsi ilə birlikdə açıq hərracda (əmlakın qiyməti 127500 manat) satışının təşkil edilməsi ücün sifariş verildiyi və açıq hərracın 25 noyabr 2020-ci il tarixdə saat 11:00 da keçiriləcəyi barədə tərəflərə 06 noyabr 2020-ci il tarixli, 191 saylı bildiriş göndərilmişdir. Bildirişin 3-cü bəndində göstərilmişdir ki, satış qiymətinin 5 faizi məbləğində behin ödənilməsi haqqında qəbz hərrac keçirilənədək nağd və ya köçürülmə yolu ilə Hərrac mərkəzinin hesabına ödənilməlidir. “X1 Mərkəzi” MMC tərəfindən həyata keçirilmiş hərracın nəticələrinə dair YP 82 saylı 24 dekabr 2020-ci il tarixli yekun protokolundan görünür ki, sifarişçi satıcı Abşeron rayon İcra və Probasiya Şöbəsi, Abşeron rayonu 2 saylı Notariat Ofisinin 8İ-1175 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən hərracın təşkilatçısı “X1 Mərkəzi” MMC, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 17/75-50/2V saylı xx.xx.2020 tarixli sifariş əsasında Cavabdeh1 məxsus ünvan 2 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi keçirilən hərraclarda iştirakçı olmadığından, əmlakı ipoteka saxlayan tərəfindən, yəni qalib alıcı İddiaçı 95625 manata almışdır. Həmçinin satış qiymətinin 5 faizi həcmində, yəni 5000 manat pulu Hərrac Mərkəzinə ödəmişdir. Hərracın nəticələrinə dair yekun Protokolun 8-ci bəndində satılan əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasının hüqiqi əsasları göstərilmişdir. Həmçinin orada deyilir ki, Azərbaycan Respublikası MM-nin 415.5-ci maddəsinə əsasən hərracın nəticələrinə dair protokol müqavilə qüvvəsinə malikdir. Hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı barədə 24 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən bir tərəfdən satıcı “X7 Mərkəzi” MMC-nin direktoru Ə.N.Ələsgərov şəxsində və digər tərəfdən alıcı İddiaçı arasında bağlanmış müqaviləyə əsasən, (müqavilənin 3.1 bəndi) satıcı ünvan 2 ünvanda yerləşən 0,07 ha torpaq sahəsini alıcının mülkiyyətinə verir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən satıcı əmlakı 95625 manata satdı və alıcı ipoteka saxlayan İddiaçı həmin qiymətə aldı. Müqavilənin 3.3-cü maddəsinə əsasən satılan əmlaka sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi bağlandığı andan sərəncam vermək hüququ isə əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Hərracın yekun nəticələrinə dair ünvan 2 ünvanda yerləşən 0,07 ha torpaq sahəsinin alqı-satqısına dair 24 dekabr 2020-ci il tarixli müqavilə əsasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Görədil kəndi, M.Müşviq küçəsindəki 203.6 kv.metr sahəsi olan 20 saylı fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021, payı tam olmaqla İddiaçı (hüquq sahibi) məxsusdur. Cavabdeh1 ilə bağlanılmış kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün xx.xx.2018-ci il tarixdən onu adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də (əldən çıxmış fayda) məhrum etmişdir. Cavabdeh (aralarında olan şifahi razılaşmaya görə) ona borc olaraq verdiyi pulla qazanc əldə etməli və ona həmin qazanca görə müəyyən məbləğ ödəməli idi. Lakin cavabdeh nəinki ona əlavə pul verib, hətta onun hərəkətləri nəticəsində özü həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. O, həmin pulla başqa bir əmlak əldə edə və bundan faydalana bilərdi. Bu illər ərzində cavbdeh onun pulunu ələ keçirməklə ailəsinin dolanışığı üçün əldə edəcəyi gəlirlərdən məhrum etmişdir. Borc olaraq verdiyi pulla başqa bir ev alsaydı və onu 500 manata icarəyə versəydi, 2018 ortalarından 2021-ci ilin sentyabr ayınadək cəmi 38 ay x 500 manat =19000 manat edər ki, cavabdehin hüquqazidd və qanunsuz hərəkətləri nəticəsində o, bu faydadan da məhrum olmuşdur. Ona görə də Cavabdeh1 19000 manat əldən çıxmış faydanı da ona ödəməlidr. Həmçinin əmlakın satış qiymətinin 5 faizi həcmində Hərrac Mərkəzinə ödədiyi 5000 manat pul da Cavabdeh1 alınaraq ona ödənilməlidir. Bundan əlavə, cavabdeh hüquqazidd və qanunsuz hərəkətləri nəticəsində həm də ona mənəvi zərər vurmuşdir. Bu illər ərzində ağır iztirablar keçirmişdir. Həmin borc olaraq verdiyi pula görə ailəsinin dolanışığında yaranmış ağır vəziyyət onu sıxıntılara düçar etmişdir. Cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi onun və ailəsinin şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və bu illər ərzində mənəvi sartsıntılar keçirmişlər ki, bu mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10000 manat ödənilməsini tələb edir. Cavabdehlər hazırda onun mülkiyyətində olan evdən və torpaq sahəsindən hələ də istifadə edirlər. Onlar könüllü olaraq evdən çıxmaq istəmirlər. Bu da ona məxsus olan əmlakın üzərində öz mülkiyyət hüquqlarını həyata keçirməyə maneçilik törədir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə iddia ərizəsinə əlavə ərizə verərək, cavabdehlərdən dəymiş maddi və mənəvi zərərin əvəzi kimi 95000 manat pulun tutulmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində qeyd edilənlərlə yanaşı, cavabdehlərdən ona vurulmuş maddi zərərin əvəzi kimi 43900 manat və mənəvi zərərin əvəzi kimi 20000 manat, dövlət rüsumu kimi ödənilmiş 224 manat, hərrac üçün ödənilmiş 4780 manat olmaqla, ümumilikdə 68904 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun təmin edilməsini xahiş etdi. İştirak etdikləri məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və X5 iddianı qismən qəbul etdilər və bildirdilər ki, mübahisəli evdən çıxmaq üçün onlara vaxt lazımdır. Bu vaxt başqa yerdə yaşayış sahəsi tapmaq üçün zəruridir. Onlar əlavə etdilər ki, həmin evdə özləri, oğlu Azər, qızı Gülnarə və nəvələri Rəsul və Röya yaşayırlar. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3M-1118 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evi və Abşeron rayonu, Goradil kəndi, M.Müşfıq küçəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsini ipoteka saxlayan İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmış və İddiaçı bu hüququna dair RX ******* saylı reyestrdən çıxarış verilmişdir. İşdə olan 10 mart 2020-ci il tarixli məktubdan görünür ki, Abşeron rayon 2 saylı Notariat Ofisində təsdiq edilmiş əqdlər üzrə icra qeydi aparılaraq icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, YP 82 saylı hərracın nəticələrinə dair yekun protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evi və Abşeron rayonu, Goradil kəndi, M.Müşfıq küçəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsi 95625 manata İddiaçı satılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli hərracın yekun nəticələrinə dair əmlakın alqısatqısına dair müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evi və Abşeron rayonu, Goradil kəndi, M.Müşfıq küçəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsini İddiaçı 95625 manata almışdır. İşdə olan 16 mart 2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Goradil kəndi, M.Müşfıq küçəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 203,6 kv.metr olan 20 saylı fərdi yaşayış evi həmin tarixdən İddiaçı mülkiyyətindədir. Əmlaka dair onun adına 11 mart 2021-ci il tarixli texniki paport tərtib olunmuşdur. İşdə olan Abşeron RİHB-nin Görədil kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 286 saylı arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X8 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materiallarından görünür ki, mübahisəli əmlak onun əvvəlki mülkiyyətçisi Cavabdeh1 tərəfindən kredit müqaviləsinin təminatı olaraq İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında yerinə yetirilmədiyinə görə notariat orqanının verdiyi icra qeydinə əsasən müvafiq icra qurumunun sifarişi ilə açıq hərraca çıxarılmışdır. İşdəki mötəbər sübutlardan görünür ki, mübahisəli əmlak hərrac vasitəsilə 95625 manata İddiaçı satılmışdır. Bundan sonra isə o, öz adına 16 mart 2021-ci il tarixli reyestrdən çıxarış almışdır, yəni həmin evin hazırki mülkiyyətçisi İddiaçıdir. İş üzrə cavabdehlərin həmin evdə heç bir hüquqları olmadan yaşamaları isə iddiaçının mülkiyyət hüquqlarını pozur və hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Bu isə qanunla qadağandır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin cavabdehlərin mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları olmayan şəxs hesab edilmələri hissəsinə münasibətdə qeyd edir ki, cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüquqları mövcud olmadığından, mövcud olmayan hüququn mübahisələndirilməsi də qeyri-mümkündür. Ona görə də iddia bu hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X2, Cavabdeh6 və Cavabdeh5 onlara məxsus əşyalarla birlikdə ünvan 3 saylı ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evindən çıxarılmalı, həmin ünvanda yerləşən 0,07 ha torpaq sahəsi boşaldılmalı, həmin fərdi yaşayış evi və həmin torpaq sahəsi İddiaçı təhvil verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddianın həmin hissəsinin əsaslı hesab edilməsi barədə İddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, X5, X2, Cavabdeh6 və Cavabdeh5 onlara məxsus əşyalarla birlikdə ünvan 3 saylı ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evindən çıxarılsınlar. ünvan 3 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi boşaldılsın. Qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1, Cavabdeh2, X5, X2, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada 100 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3377/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3377/2022
26.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Torpaq sahəsinin boşaldılması - Maddi ziyanın ödənilməsi - Mənzilə istifadə h
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver