Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3387/2021 04.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, Surdo tərcüməçi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 01.07.1933-cü il təvəllüdlü X2 Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi H.Əliyev prospektində yerləşən (Qafqaz Universitetinin, Yeni adı:Mühəndislik Universitetinin yanı) evdə 09.04.2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 2ində anadan olmuş və həmin yerdə qeydiyyatda olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, H.Əliyev prospektində yerləşən (Qafqaz Universitetinin (Yeni adı:Mühəndislik Universitetinin yanı) evdə məskunlaşmış 01.07.1933-cü il təvəllüdlü X4 onun atasıdır. Atası 09.04.2021-ci il tarixdə məcburi köçkün kimi məskunlaşdıqları Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, H.Əliyev prospektində yerləşən (Qafqaz Universitetinin, Yeni adı:Mühəndislik Universitetinin yanı) evdə vəfat etmişdir. Belə ki, 09.04.2021-ci il tarixdə faktiki yaşadıqları həmin ünvanda atasının halı qəflətən pisləşmiş, Təcili və X10 Stansiyasına müraciət etmiş, evə həkim briqadası gəlmiş, evə gələn həkimlər atasının artıq vəfat etdiyini bildirmişlər. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən ona xəbərdarlıq vərəqəsi verilmişdir. Həmin xəbərdarlıq vərəqəsi ilə Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs tərəfindən ona 05/Q-509/15 nömrəli, 17 aprel 2021-ci il tarixli imtina məktubu verilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Daha sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, Abşeron Rayon Mərkəzi Xəstəxanasına tərəfindən ona 604 nömrəli, 24.04.2021-ci il tarixli cavab məktubu göndərilmiş və ölümün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə atasının adına ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi bildirilmişdir. Ona görə də göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, X4 onun həyat yoldaşı X3 atası, başqa sözlə isə onun qayınatası olmuşdur. 1987-ci ildən qohum kimi mehriban münasibətləri olmuşdur. Həmin gün saat 8də baldızı ona atasının nəfəsinin gəlmədiyini bildirmişdir. Baldızlarının danışıqlarında qüsur olduğu üçün eyni məhəllədən ev almışlar. Qaynatasının evinə gələn zaman onun nəfəs ala bilmədiyini, oğlunun atasının qolundan tutub onu gəzdirməyə çalışdığını görmüşdür. Dərhal təcili tibbi yardım çağırmış, təcili yardım işçiləri gəlmiş, lakin gəldiklərində artıq gec olmuşdur. Belə ki, mərhum artıq vəfat etmişdir. Təcili tibbi yardım işçiləri qaynatasının Covid-19 virusundan vəfat etdiyini bildirmişdir. Qaynatası bu il aprelin 9-da vəfat etmiş, Masazır kənd qəbiristanlığında dəfn olunmuş, vəfat edərkən heç bir xəstəliyi olmamış, heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin atası ilə həmyerli kimi eyni zamanda mehriban qonşuluq münasibətləri olmuşdur. 09.04.2021-ci il tarixində saat 23:00 radələrində işdən evə qayıdan zaman dayısı oğlu ona zəng edərək X2 vəfat etdiyini bildirmişdir. Dərhal qonşuya getmiş və mərhumun artıq vəfat etdiyini görmüşdür. Mərhum yaşlı olsa da sağlam şəxs idi. Sağlamlığından hər hansı bir şikayəti olmamışdır. Heç bir bədbəxt hadisə olmamış, tamamilə bioloji ölüm olmuşdur. Mərhum səhəri gün Masazır kənd qəbiristanlığında dəfn olunmuş, Covid-19 pandemiyası ilə əlaqədar olaraq yas mərasimi keçirilməmiş, yalnız yaxın qohum və qonşular iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun 15 ildən artıq müddətdir ki, qonşusudur. Bu səbəbdən də ailə üzvlərini, eləcə də atasını yaxşı tanıyırdı. Mehriban qonşuluq münasibətləri olmuşdur. Axşam saatlarında yeznəsi ona zəng edərək qaynatasının rəhmətə getdiyini söyləmişdir. O, hadisə yerinə gedərkən X2 vəfat etdiyinin şahidi olmuşdur. Təcili tibbi yardım briqadası çağırılarkən mərhum artıq vəfat etmişdir. Növbəti gün Masazır kənd qəbiristanlığında dəfn olmuşdur. Mərhumun sağlığında sağlamlığından şikayət etdiyini görməmişdir, ölümü bədbəxt hadisədən olmamışdır. Yaşlı adam idi, bu səbəbdən də ölümü nəfəs çatışmazlığından olmuşdur. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -18.05.2015-ci il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Ərizəçi ünvan 2ində qeydiyyatdadır. -01.10.2003-cü il tarixli AZE 01420003 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X1 rayonu Bozlu kəndində qeydiyyatdadır. -Laçın rayonu X17 İcraiyyə Komitəsi tərəfindən verilmiş 08.04.1980-ci il tarixli № 290634 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Ərizəçi 01.09.1980-ci il tarixdə ünvan 2ində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 22 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X4, anası X5r. -Abşeron Rayon Mərkəzi Xəstəxanası 09.04.2021-ci il tarixli təcili və X10 stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 01:50 radələrində Abşeron rayonu Quşçuluq yaşayış massivi Qafqaz Universitetinin yanında yerləşən həyət evində 01.07.1933-cü il təvəllüdlü X2 adına çağırış daxil olmuş və həkimə qədərki ölüm halı, kişi cinsindən olan meyidin üzərində gözlə görünən sahələrdə zorakı əlamətin olmadığı, yuxu arteriyasında nəbzin, bəbəyin işığa qarşı reaksiyasının, tənəffüsün olmadığı müəyyən olunmuş və Covid-19 virusu ilə bağlı yaxma götürülmüşdür. -Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt şöbəsinin X6 ünvanladığı 17.04.2021-ci il tarixli 05/Q-509/15 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. -Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X19 Ərazi Bölmələrini İdarəetmə X21 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 24.04.2021-ci il tarixli 604 saylı məktubdan görünür ki, 16.04.2021-ci il tarixli X2 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi ilə bağlı müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. B.Xasməmmədovun ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının X22 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20.04.2021-ci il tarixli 2354 saylı arayışdan görünür ki, verilir ünvan 2i ünvanında qeydiyyatda olan, hal-hazırda Abşeron rayonu Xırdalan şəhəri ünvanında qeydiyyatsız yaşayan vətəndaş X7 ondan ötəri ki, mərhum atası 01.07.1933-cü il təvəllüdlü X4 09.04.2021-ci tarixində Masazır kənd qəbiristanlığında dəfn olunmuşdur. -Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotodan görünür ki, X4 dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X4 ərizəçinin atası olmuş, sonuncu 09.04.2021-ci il tarixdə ev şəraitində vəfat etmiş və mərhumun ölüm faktı, ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi şahidlər də məhkəməyə verdikləri ifadələrində X2 09.04.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi H.Əliyev prospektində yerləşən (Qafqaz Universitetinin (Yeni adı:Mühəndislik Universitetinin yanı) evdə vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi atasının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin atası X4 09.04.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi H.Əliyev prospektində yerləşən (Qafqaz Universitetinin, Yeni adı: Mühəndislik Universitetinin yanı) evdə vəfat etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 01.07.1933-cü il tarixdə ünvan 2ində anadan olmuş X2 09.04.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi H.Əliyev prospektində yerləşən (Qafqaz Universitetinin, Yeni adı: Mühəndislik Universitetinin yanı) evdə vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.07.1933-cü il tarixdə ünvan 2ində anadan olmuş X2 09.04.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivi, H.Əliyev prospektində yerləşən (Qafqaz Universitetinin, Yeni adı:Mühəndislik Universitetinin yanı) evdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3387/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3387/2021
04.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver