Məhkəmə qərarları › İş №2(012)-3441/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3441/2020

16.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3441/2020 16.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “itirilmiş akt qeydinin bərpa edilməsi” tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx xxxx 1980-ci il tarixdə Ağdərə rayonunun Sırxavənd kəndində ürək çatışmazlığından vəfat etməsi barədə itirilmiş akt qeydlərinin bərpa edilməsi, ona yeni ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən X4 xx.xx.1980-ci il tarixdə Ağdərə rayonunun Sırxavənd kəndində vəfat etməsi barədə itirilmiş akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, atası X7 xx xxxxxxx 1936-cı ildə Ağdərə rayonun Sırxavənd kəndində anadan olmuşdur. O, 9-cu sinifdə oxuyanda yəni, 1980-ci il 20 iyul tarixində atası X2 rayonun Sırxavənd kəndində ürək çatımamazlığından rəhmətə getmişdir. Mərhum Ermənistanda dəfn edilmişdir. Həmin vaxtı atasının ölüm haqqında qeydi Ağdərə rayonun VVADQ-da qeydə alınmış və ölüm haqqında şəhadətnamə alınmışdır. Lakin 1992-ci ildə Ermənistan Respublikasının Azərbaycana təcavüzü nəticəsində ailəlikcə Ağdərə rayonunu tərk edib Abşeron Rayonun Xırdalan şəhərində 27-ci məhəllə ev 79-a köçmüşlər. Gələrkən onlara aid olan sənədlərdə Ağdərədə yerləşən evlərində qalmışdır. Hazırda X5nın 85 yaşı vardır. X5 onların Xırdalan şəhəri, 27-ci məhəllə , ev 79 ünvanında olan evlərini ona vəsiyyət etmək istərkən atasının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən vəsiyyətnamə verə bilməmişdir. Bundan sonra o, Maraqlı şəxsnə müraciət edərək atası X4 ölümünün qeydiyyata alınması barədə ərizə vermişdir. Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli 05/Q- 977/15 nömrəli məktubu ilə onlara bildirildiki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası ”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktı təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilməməkləri səbəbindən imtina edilmişdir. Maraqlı şəxs tərəfindən ölüm haqqında akt qeydinin bərpa edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə məhkəməyə müraciət etməkləri məsləhət görülmüşdür. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında şahid X9 izahatında bildirdi ki, atası X4 ölüm haqqında şəhadətnaməsi yəqin ki, olar. O, həmin vaxt kiçik idi. Atası 1980-ci ildə dünyasını dəyişmiş və əvvəl yaşadıqları, indiki Ağdərə rayonunda dəfn edilmişdir. Həmin vaxt kənd soveti ölən şəxsləri qeydiyyata alırdı. Məhkəmə iclasında şahid X6 izahatında bildirdi ki, mərhum X7 onun qardaşı olmuşdur. Onlar ailədə 10 uşaq olmuşlar. O, ən kiçiyi idi. X1 dünyasını dəyişəndə o, 10-cu sinifdə oxumuşdur. Qardaşı indiki Ağdərə rayonunda rəhmətə getmiş və dəfn edilmişdir. İş materiallarında olan AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1963-cü ildə Dağlıq Qarabağın, Mardakert şəhərində anadan olmuşdur. X3, anası isə X12r. İş materiallarında olan № 802068 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxxxx 1936-cı ildə Mardakert rayonunun, Sırxavənd kəndində anadan olmuşdur. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ağdam rayon İcra Başçısının Sırxavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 198 №-li arayışdan görünür ki, həqiqətən Ərizəçi atası Sırxavənd kənd sakini X7 xx xxxx 1980-c ildə sabiq Ağdərə, indiki Ağdam rayonunun Sırxavənd kəndində vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx xxxxxxx 1936-cı il təvəllüdlü X4 xx.xx.1980-ci il tarixdə Ağdərə rayonunun, Sırxavənd kəndində vəfat etməsi faktı ərizəçinin izahatı ilə yanaşı, şahid ifadəsi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunduğundan X4 xx.xx.1980-ci il tarixdə Ağdərə rayonunun, Sırxavənd kəndində vəfat etməsi barədə itirilmiş akt qeydi bərpa edilməlidir. Mülki Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalarıda müəyyən olunur. Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. «Əsas müddəalar»ın 13-21-ci bəndlərinə görə isə vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, VVADQ orqanı və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 307, 311 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 xx.xx.1980-ci il tarixdə Ağdərə rayonunun Sırxavənd kəndində vəfat etməsi barədə itirilmiş akt qeydi bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar