Məhkəmə qərarları › İş №2(012)-3441/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3441/2021

17.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Mənzil mübahisələri - Maneənin aradan qaldırılması - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3441/2021 17.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh-yə qarşı «mənzilin təhvil verilməsi, mənzil üzərində iddiaçının sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, iddiaçının həmin mənzildən istifadə etmək, həmin mənzilə sərbəst, manesəsiz giriş-çıxış imkanlarının təmin edilməsi, mənzildə təmir-tamamlama işləri aparması üçün şərait yaradılması və iddiaçının həmin mənzildən istifadə etməsinə mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh-yə qarşı «mənzilin təhvil verilməsi, mənzil üzərində iddiaçının sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, iddiaçının həmin mənzildən istifadə etmək, həmin mənzilə sərbəst, manesəsiz giriş-çıxış imkanlarının təmin edilməsi, mənzildə təmir-tamamlama işləri aparması üçün şərait yaradılması və iddiaçının həmin mənzildən istifadə etməsinə mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası 19.05.2021-ci il, baxış iclasları 18.06.2021-ci il və 17.08.2021-ci il tarixə təyin edilmiş, lakin tərəflər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh-yə qarşı «mənzilin təhvil verilməsi, mənzil üzərində iddiaçının sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, iddiaçının həmin mənzildən istifadə etmək, həmin mənzilə sərbəst, manesəsiz giriş-çıxış imkanlarının təmin edilməsi, mənzildə təmir-tamamlama işləri aparması üçün şərait yaradılması və iddiaçının həmin mənzildən istifadə etməsinə mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver